BİR AYDA 763 MİN TONDAN ARTIQ NEFT HASİL EDİLMİŞDİR
Azərbaycan Dövlət Neft Şirkətindən AZƏRTAC-ın müxbirinə bildirmişlər ki, cari ilin mart ayında dənizdəki və qurudakı mədənlərdən 763,6 min ton, yəni proqnozdan 22,7 min ton çox neft hasil edilmişdir. Bu da aylıq tapşırığa 103,1 faiz əməl etmək deməkdir.
Şikətin neft və qaz çıxarma idarələri, həmçinin müştərək müəssisələr və əməliyyat şirkətləri tərəfindən ümumilikdə cari ilin 1-ci rübündə 2 milyon 230,5 min ton, yəni nəzərdə tutulandan 55,5 min ton artıq neft çıxarılmış və rüblük proqnoza 102,6 faiz əməl olunmuşdur.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 30.09.2026 [19:02]
Azərbaycan məhsulları Minskdə beynəlxalq sənaye sərgisində nümayiş olunur
- 30.09.2026 [18:11]
® "Prime Leasing" Cənub bölgəsində: Cəlilabadda yeni filial qapılarını açdı
- 30.09.2026 [18:04]
Qeyri-neft-qaz ixracında yeni mərhələ: Sahibkarlar üçün yeni imkanlar
- 30.09.2026 [17:46]