Bir gündə beş uşaq üzərində koxlear implant əməliyyatı aparılıb
Bakı, 29 mart, AZƏRTAC
Respublika Müalicəvi Diaqnostika Mərkəzinin otorinolarinqoloq-cərrahı Tural Hüseynov bir gündə 1-4 yaş arasında beş uşaq üzərində koxlear implant əməliyyatlarını uğurla həyata keçirib.
Mərkəzdən AZƏRTAC-a verilən məlumata görə, üzərində əməliyyat aparılan xəstələrin beşində də ikitərəfli anadangəlmə eşitmə qüsuru olub. Koxlear implantasiya əməliyyatları ilə əlaqədar xəstələrdə zəruri testlər aparılıb, onlarda eşitmə sinirindən impuls alınıb və implantların normal çalışdığı təsbit edilib.
Əməliyyatdan bir gün sonra uşaqlar evə yazılıb və bir ay sonra onlara implantların xarici parçasının taxılması planlaşdırılıb.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 28.08.2023 [17:29]
Ötən həftə Azərbaycanda COVID-19 əleyhinə 70 doza vaksin vurulub
- 26.08.2023 [12:14]
COVID-19-un yeni variantı daha yüksək mutasiya qabiliyyətinə malikdir
- 24.08.2023 [16:45]
Çexiyalı kardioloqlar aritmiyanın müalicəsində yeni üsul hazırlayıblar
- 24.08.2023 [16:26]