Azərbaycan Dövlət İnformasiya Agentliyi

Bir millət, iki dövlətin şanlı zəfəri: 15 sentyabr 1918-ci il - Araşdırma

Bir millət, iki dövlətin şanlı zəfəri: 15 sentyabr 1918-ci il -  Araşdırma

Bakı, 15 sentyabr, AZƏRTAC

Azərbaycan 1918-ci il mayın 28-də müstəqilliyini elan edib. Beləliklə, Azərbaycan Türk Dünyasında və Müsəlman Şərqində ilk Cümhuriyyəti qurmaqla tarixə düşdü. Həmin tarixdən 105 il keçir. Prezident İlham Əliyevin imzaladığı 2017-ci il 16 may tarixli Qərarla 2018-ci il “Cümhuriyyət ili” elan edildi və 2018-ci ildə Azərbaycan və Qafqaz İslam Ordusunun birləşmələri tərəfindən Bakının işğaldan azad edilməsinin 100-cü ildönümü qeyd olundu. Hər iki dövlət başçısının da hərbi paradda iştirakı və ölkə başçısının bu tarixi hadisəyə verdiyi önəm və tarixi günə başqa ölçü və məna qatıb.

15 sentyabr Azərbaycan-Türkiyə qardaşlığının və həmrəyliyinin təsdiqlənib tarixə düşdüyü mühüm gündür. Bir yumruq kimi birləşən iki qardaş xalqın düşmən qüvvələrinə vurduğu zərbə və hədə-qorxu türk qüdrətinin və kimliyinin uzun illər Qafqazda güclü olmasında mühüm rol oynayıb. Qafqaz İslam Ordusunun Azərbaycanı və onun paytaxtı Bakını heç bir qazanc və talan güdmədən azad etmək uğrunda apardığı müharibə və mübarizə nümunəsi tarixdə nadir hallarda rast gəlinən bir vəziyyətdir. Yeməklərini paylaşan, bir-birinin yarasını saran, bir-biri üçün dua edən iki qardaş qüvvə, Azərbaycan və Türkiyə əsgərləri Azərbaycanda müsəlman və türk varlığına son qoymağa çalışan düşmən qüvvələrinə qarşı çiyin-çiyinə dayanaraq böyük qələbə qazandılar. 1918-ci il sentyabrın 15-də türk ordusu Azərbaycan qoşunları ilə birlikdə Bakını düşmən işğalından xilas etdi.

AZƏRTAC xəbər verir ki, bu sözlər Sosial Tədqiqatlar Mərkəzinin sektor müdiri, Qərbi Azərbaycan Ziyalılar Şurasının üzvü Əfqan Vəliyevin “Bir millət, iki dövlətin şanlı zəfəri: 15 sentyabr 1918-ci il” sərlövhəli məqaləsində bəhs olunub.

Məqalədə, həmçinin qeyd edilib: “Azərbaycan 1918-ci il mayın 28-də müstəqilliyini elan edərkən paytaxt Bakı da daxil olmaqla, ölkənin bütün şərq hissəsi hələ də düşmən əsarətində idi. Çar Rusiyası kimi, hətta bolşevik Rusiyası da Qafqazdan və onun şah damarı olan Bakıdan əl çəkmək istəmirdi. Gah erməni daşnakları, gah da kayzer Almaniyası ilə müqavilə bağlayan bolşeviklər Azərbaycanı bölmək və parçalamaq bahasına da olsa, Bakı neftindən əl çəkə bilmədilər. Bolşeviklər ermənilərə dəstək verərək Bakıda mart faciəsini təşkil edib erməni cəlladı Şaumyanın köməyi ilə minlərlə günahsız insanın qətlə yetirilməsinə bais oldular. Ermənilər Şamaxı şəhərini yenidən viran qoyub, Lənkəran şəhərini qan içində boğdular. Bu vəziyyət qarşısında yeni qurulan Azərbaycan Xalq Cümhuriyyəti hökuməti Seymin dağılmasından dərhal sonra Bakının xilası üçün Osmanlı dövlətinə müraciət etdi və kömək istədi. 1918-ci il iyunun 4-də Azərbaycan Milli Şurasının sədri Məmməd Əmin Rəsulzadənin başçılıq etdiyi nümayəndə heyəti ilə Osmanlı hökumətinin ədliyyə naziri Xəlil bəy və Vehip Paşanın başçılıq etdiyi nümayəndə heyətləri arasında görüş keçirildi. Görüşdə Azərbaycan nümayəndə heyəti Azərbaycanın işğalçı qüvvələrdən təmizlənməsi və Bakının azad olmasını təmin etməyə köməklik göstərmək üçün Osmanlı hökumətindən hərbi yardım istədi. Birinci Dünya Müharibəsində Osmanlı dövləti məğlub olub ordusu və Osmanlı imperiyası çox zəifləsə də, Ənvər Paşanın nazir olduğu Osmanlı hökuməti Azərbaycan Milli Şurasının ərizəsini qəbul edərək Azərbaycana kömək məqsədilə Nuri Paşa komandanlığında ordunu Azərbaycana göndərmək qərarını verdi. Qafqaz İslam Ordusunun komandanı təyin edilən Nuri Paşa 1918-ci il 4 iyun müqaviləsindən xeyli əvvəl, mayın ortalarında müəllim zabitlərindən ibarət nümayəndə heyətinin başçısı kimi Azərbaycan Ordusunun qurulmasına kömək məqsədilə Mosulda komandanı olduğu ordudan ayrılıb Azərbaycana gəldi. Nuri Paşa Azərbaycandan Üçüncü Ordu Komandanı Vehip Paşaya göndərdiyi raportda Azərbaycanda ordu qurmaq üçün hər cür imkan və vasitələrin olduğunu, müəllim zabitə ehtiyac olduğunu və Komandanı olduğunu və Mosulda qalan müəllim zabit heyətinin də ən qısa zamanda Azərbaycana göndərilməsini xahiş etdi. Məlum olduğu kimi, həmin nümayəndə heyəti müharibə şəraiti və digər səbəblərdən Azərbaycana gedə bilmədi. İlk zabitlər məktəbi Gəncə şəhərində açılsa da, müstəqillik müharibəsi bu sahənin hərtərəfli inkişafına mane oldu.

1918-ci il iyunun 4-də Batumidə Osmanlı imperiyası ilə Azərbaycan arasında bağlanmış müqaviləyə əsasən, Azərbaycana göndərilən beşinci Qafqaz piyada diviziyası qısa müddətdə Azərbaycan əsgərləri ilə birləşərək Qafqaz İslam Ordusu adını aldı. 1918-ci ilin avqustunda on beşinci piyada diviziyasının dəstəklədiyi Qafqaz İslam Ordusu 1918-ci il sentyabrın 15-də Bakını “qırmızı istila”dan xilas etməklə Azərbaycandakı tarixi missiyasını qələbə ilə başa vurdu. Daha sonra sentyabrın sonu və oktyabrın əvvəllərində Dağıstanın azad edilməsi başlayanda Osmanlı İmperiyası Dağıstan süvariləri ilə birlikdə Dərbəndi, Təmər-Xan-Şura və Şamil-Qalanı bolşeviklərdən və digər qüvvələrdən təmizləyərək Terek-Kalaya yürüş etdi. Osmanlı İmperiyası və müttəfiqlərinin Birinci Dünya Müharibəsində məğlub olması xəbərini alan Qafqaz İslam Ordusu Azərbaycanı və bütün Qafqazı boşaltmalı oldu. İmzalanan 1918-ci il 30 oktyabr tarixli Mudros müqaviləsinin 11-ci maddəsinə görə Osmanlı ordusundan Qafqazı boşaltmaq, 15-ci maddəsinə əsasən isə Bakının ingilislərin işğalına buraxılması tələb olunurdu.

Əgər Qafqaz İslam Ordusu öz vəzifəsini təhvil verib Azərbaycan ordusunu yaratmadan Azərbaycanı tərk etsəydi, hərbi-siyasi tarazlıq pozulacaq, Azərbaycanda və Qafqazda çox şey itiriləcək, Azərbaycanın taleyi təhlükə altına düşəcəkdi. Buna yol verməmək üçün Osmanlının yeni kabineti Qafqaz İslam Ordusunun Qafqazı boşaltması əmrindən iki gün sonra 1918-ci il 26 oktyabr tarixli və 5276 saylı sərəncamı imzalayır. Sərəncamda belə deyilir: “Xidmət etmək istəyənlər. Şimali Qafqazda və Azərbaycanda qalacaq”. Bu icazəyə əməl edərək Azərbaycan vətəndaşı olan Nuri Paşa Qafqaz İslam Ordusu Komandanlığından istefa verərək Azərbaycan ordusunda general rütbəsi ilə komandir oldu.

Mudros müqaviləsinin 11-ci maddəsinə əsasən Osmanlı hökuməti Zaqafqaziya və Şimal-Qərbi İranı boşaldıb, 15-ci maddəyə görə isə Batumi və Bakının ingilislər tərəfindən işğalına razılıq verməsi qərarından sonra Qafqaz İslam Ordusu 1918-ci il noyabrın 24-də Azərbaycanı tərk etdi. 1920-ci il aprelin 27-də Azərbaycan Xalq Cümhuriyyəti bolşeviklər tərəfindən işğal edildikdən sonra təslim olmağı qəbul etməyən Azərbaycan ordusunun bir hissəsi Türkiyəyə gedərək Türkiyənin milli-azadlıq müharibəsində iştirak etdilər.

71 il sovet hakimiyyəti altında yaşayan Azərbaycan 1991-ci ildə sovetlərin dağılması prosesini fürsətə çevirərək başladığı müstəqillik savaşında qalib gələrək yenidən müstəqilliyini elan etdi. Azərbaycanın müstəqilliyini ilk tanıyan Türkiyə olub, iki ölkə arasında bir çox sahələrdə əməkdaşlıq və strateji tərəfdaşlıq sazişləri bağlanıb, qarşılıqlı əlaqələr yüksək səviyyəyə çatıb.

Ulu Öndər Heydər Əliyevin “Bir millət, iki dövlət” prinsipi əsasında inkişaf edən Azərbaycan-Türkiyə münasibətləri bu gün daha yüksək müstəviyə keçərək daha geniş məkana yayılıb. Azərbaycan Prezidenti İlham Əliyevin qeyd etdiyi kimi: “... Türkiyə-Azərbaycan artıq bir yumruqdur, bir ürəkdir, bir candır”.

Xəbəri sosial şəbəkələrdə paylaşın

Bizi sosial şəbəkələrdə izləyin

Masallıda ağır yol qəzası olub, iki nəfər ölüb

Bakıda CAMCA Regional Forumu işə başlayıb

Azərbaycan qəhrəmanlarından bəhs edən kitab Belarus muzeyinə təqdim olunub

Prokurorluq orqanları qanunun aliliyinin və ədalətin etibarlı keşikçisidir

Bu gün Azərbaycanda prokurorluq orqanlarının yaranmasının 108 illiyi və prokurorluq işçilərinin peşə bayramıdır

Marko Rubio İran nümayəndə heyətinin ABŞ-ni dərhal tərk etməsini tələb edib

CENTCOM: ABŞ qüvvələri İranla əlaqəli 125 ticarət gəmisini nəzarətə götürüb

Nyu-Yorkda Van Qoq, Mone və Sezanın nadir əsərləri hərraca çıxarılacaq

Zığ şosesində hərəkət bərpa olunub YENİLƏNİB

Tramp: ABŞ Hörmüz boğazına tam nəzarət edir

NASA-nın "Crew-13" heyəti bu gün Beynəlxalq Kosmik Stansiyaya yola düşəcək

Tramp: Rusiyanın neft emalı zavodlarındakı vəziyyət dizel qıtlığına yol açır

Tramp inanır ki, Rubio Kuba probleminə həll yolu tapacaq

Pentaqon ABŞ silahlı qüvvələrində pilotsuz əməliyyatlar üçün yeni komandanlıq yaradır

Rusiya payız kampaniyası zamanı orduya 120 min nəfər çağıracağını açıqlayıb

Kamçatka sahillərində ardıcıl üç zəlzələ olub

Latviya prezidenti ölkəsində nüvə silahı yerləşdirməyə hazır olduğunu bildirib

ADEX 2026: Elm və müdafiə sənayesi tərəfdaşlığı yeni mərhələdə

Kürdəmirdə toy məclisindən sonra bir neçə qonağın halı pisləşib

Fransa maliyyə bazarlarından rekord məbləğdə borc götürməyə hazırlaşır

İlon Mask müharibələrin gələcəyini araşdıracaq yeni təşəbbüsə rəhbərlik edəcək

Texnologiyanın sərhədləri Bakıda: “ADEX-2026”

Azərbaycanın müdafiə naziri britaniyalı və slovakiyalı həmkarları ilə görüşüb

"Neftçi" basketbol komandası FIBA Avropa Kubokunun əsas mərhələsinə yüksəlib

Fransa şəkərli məhsullara yeni vergi tətbiq etməyi planlaşdırır

Murad Hüseynov: Üzeyir Hacıbəyli Festivalı mədəni əlaqələri genişləndirir

Fransa Böyük Britaniya ilə qeyri-qanuni miqrasiya sazişini dayandırır

Azərbaycan Basketbol Liqası: "Sabah" mövsümə qələbə ilə başlayıb

Şamaxıda yol qəzası ölümlə nəticələnib VİDEO

Şamaxıda yol qəzası ölümlə nəticələnib VİDEO

Mərkəzi Asiyanı Pakistan limanları ilə birləşdirəcək yeni layihə

İşğaldan azad edilmiş ərazilərdə tərbiyəçi-müəllim vəzifəsinə işə qəbul üzrə müsahibə elan edilib

Azərbaycan – Rusiya arasında hərbi sahədə əlaqələrin inkişaf istiqamətləri müzakirə olunub

Bakıda “Tamo sənəti: Azərbaycanda Kolumbiya əl işləri ənənəsi” sərgisi açılıb

MDB ölkələrinin xarici işlər nazirləri Türkmənistanda görüşəcəklər

“ADEX 2026”: BDU rektoru elm–universitet–sənaye əməkdaşlığının vacibliyini diqqətə çatdırıb

“ASELSAN”ın baş direktoru: Qardaş ölkə Azərbaycanla əməkdaşlığımızı gücləndirməyə davam edirik

Üzeyir Hacıbəyli XVIII Beynəlxalq Musiqi Festivalı başa çatıb VİDEO

Üzeyir Hacıbəyli XVIII Beynəlxalq Musiqi Festivalı başa çatıb VİDEO

Səməd Vurğunun oğlu: Atamın poeziyası ideologiyalardan asılı olmayaraq dəyərini qoruyub

Milli Məclisin 2026-cı ilin payız sessiyasında ilk plenar iclası keçirilib YENİLƏNİB

Azərbaycan-Yunanıstan enerji tərəfdaşlığının perspektivləri nəzərdən keçirilib

Bu saata olan əsas xəbərlər

“ASELSAN” “ADEX 2026”ya hansı silahlarla gəlib? VİDEO

“ASELSAN” “ADEX 2026”ya hansı silahlarla gəlib? VİDEO

Kəngərlidə ağır qəza olub, 5 nəfər xəsarət alıb VİDEO

Kəngərlidə ağır qəza olub, 5 nəfər xəsarət alıb VİDEO

Ayxan Abbasov: Milli komandalar səviyyəsində zəif rəqib anlayışı qalmayıb

“Birliyin Gücü – 2026” birgə hərbi təlimində hərbi qulluqçular qarşılıqlı təcrübə mübadiləsi aparırlar

İstanbulda beynəlxalq konfransda Kimya İnstitutunun tədqiqatları təqdim olunub

Almaniyada inflyasiya son üç ildə ilk dəfə 3 faizi ötüb

Turan Məmmədəliyeva: “Arşın mal alan” layihəsinin festivala daxil edilməsi bizim üçün qürurvericidir

Emin Mahmudov: Sabah bizim üçün vacib oyun olacaq, qalib gəlmək istəyirik

Azərbaycanın Müdafiə Nazirliyi ilə Türkiyənin müdafiə sənayesi şirkətləri arasında əməkdaşlığa dair müqavilələr imzalanıb

“Mingəçevir Reqatası-2026”nın qızıl medalçısı: Uğurun əsas səbəbi özünəinam və məqsədyönlü məşqlərdir VİDEO

“Mingəçevir Reqatası-2026”nın qızıl medalçısı: Uğurun əsas səbəbi özünəinam və məqsədyönlü məşqlərdir VİDEO

MI5: Çinin kəşfiyyat qurumları Britaniya universitetlərində aparılan tədqiqatlardan istifadə edib

“Mingəçevir Reqatası-2026”nın iştirakçısı: Güclü rəqiblərə baxmayaraq, qalib gəldik VİDEO

“Mingəçevir Reqatası-2026”nın iştirakçısı: Güclü rəqiblərə baxmayaraq, qalib gəldik VİDEO

“Qaya” ansamblının “Arşın mal alan” fantaziyası illər sonra səhnədə

Küləkli hava şəraiti ilə bağlı sarı və narıncı xəbərdarlıq verilib

Azər İlyasov: “Mingəçevir Reqatası-2026”da qalibiyyətə əzmlə nail oldum VİDEO

Azər İlyasov: “Mingəçevir Reqatası-2026”da qalibiyyətə əzmlə nail oldum VİDEO

Azərbaycan məhsulları Minskdə beynəlxalq sənaye sərgisində nümayiş olunur

Cəlilabadda aqrar sahənin inkişafı və yeni subsidiya mexanizmlərinə həsr olunmuş regional müşavirə baş tutub

Ekspert: “ADEX 2026” Cənubi Qafqazda təhlükəsizliyin gücləndirilməsi baxımından əhəmiyyətlidir VİDEO

Ekspert: “ADEX 2026” Cənubi Qafqazda təhlükəsizliyin gücləndirilməsi baxımından əhəmiyyətlidir VİDEO

“Birliyin Gücü-2026” təlimləri Azərbaycan Ordusunun yeni inkişaf mərhələsi üçün zəmin yaradacaq - RƏY

“Yerli icra hakimiyyəti orqanlarının strukturunun və idarə edilməsinin təkmilləşdirilməsi haqqında” Azərbaycan Respublikası Prezidentinin 2025-ci il 10 dekabr tarixli 546 nömrəli Fərmanının icrası ilə əlaqədar Azərbaycan Respublikası Prezidentinin bəzi fərmanlarında və Sərəncamında dəyişiklik edilməsi barədə” Azərbaycan Respublikası Prezidentinin 2026-cı il 24 aprel tarixli 651 nömrəli Fərmanının icrası ilə bağlı Azərbaycan Respublikası Nazirlər Kabinetinin bəzi qərarlarında dəyişiklik edilməsi barədə
Azərbaycan Respublikası Nazirlər Kabinetinin QƏRARI

Baş prokuror MDB-yə üzv dövlətlərin Baş Prokurorlarının Əlaqələndirmə Şurasının 36-cı iclasında iştirak edib

Mingəçevir Reqatasının gümüş mükafatçısı: Hədəfim qızıl medal qazanmaqdır VİDEO

Mingəçevir Reqatasının gümüş mükafatçısı: Hədəfim qızıl medal qazanmaqdır VİDEO

Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2015-ci il 2 fevral tarixli 21 nömrəli Qərarı ilə təsdiq edilmiş “Bağlaşma əsasında həqiqi hərbi xidmətə daxilolmanın halları və Qaydası”nda dəyişiklik edilməsi barədə
Azərbaycan Respublikası Nazirlər Kabinetinin QƏRARI

2026-2030-cu illərdə enerji səmərəliliyinə investisiyalar ildə 3,2 trilyon dollara çatdırılmalıdır - HESABAT

“Gənclər arasında ailənin və nikahın əhəmiyyəti, onun qorunması və möhkəmləndirilməsi məqsədilə erkən nikahın və qohumlar arasında nikahın mənfi nəticələrinə dair maarifləndirmə Qaydası”nın təsdiq edilməsi haqqında” Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2020-ci il 23 iyun tarixli 213 nömrəli Qərarında dəyişiklik edilməsi barədə
Azərbaycan Respublikası Nazirlər Kabinetinin QƏRARI

Prezident İlham Əliyevin sosial şəbəkə hesablarında “ADEX 2026” sərgisi ilə bağlı paylaşım edilib VİDEO

"ADEX 2026": İki qardaş ölkənin birgə istehsalı olan zərbə PUA-sı

Bakıda XIV Beynəlxalq Akustika Mühəndisliyi Forumu keçiriləcək

Azərbaycan istehsalı olan 30 millimetrlik QK qumbaraatanı “ADEX 2026”da nümayiş etdirilir

Tarixçi-alim: Albanlar Qafqaz regionunun yerli əhalisi olub

Mingəçevir Reqatasında medal qazanan Azərbaycan avarçəkənləri mükafatlandırılıb VİDEO

Mingəçevir Reqatasında medal qazanan Azərbaycan avarçəkənləri mükafatlandırılıb VİDEO

Azərbaycan-Türkiyə əlaqələrinin inkişafı regionda yeni investisiya imkanları yaradır - ŞƏRH

Hava şəraiti qeyri-sabit keçəcək, temperatur 5-8 dərəcə enəcək - XƏBƏRDARLIQ

“Hürkuş” yeni nəsil təlim təyyarəsi ilk dəfə “ADEX 2026”da

Prezident İlham Əliyev “ADEX 2026” və “Securex Caspian” sərgiləri ilə tanış olub YENİLƏNİB VİDEO

Azərbaycan Alpaqut Federasiyasının İcraiyyə Komitəsində yeni təyinatlar olub

Baş nazir Əli Əsədov Beynəlxalq Üzgüçülük Federasiyasının prezidenti ilə görüşüb

Azərbaycanın “Erkən hisslər” filmi Avstriyada beynəlxalq festivalda nümayiş olunacaq

Elektron pul köçürmələri ilə bağlı yeni qaydanın qüvvəyə minmə tarixi dəyişdirilib - YENİLƏNİB

Rusiya dizel ixracına qadağanın müddətini uzadıb

Azərbaycan istehsalı olan BARS kamikadze dronu ilk dəfə “ADEX 2026”da nümayiş etdirilir

Aqrar Sığorta Fondu bölgələrdə fəaliyyət göstərən mütəxəssisləri əməkdaşlığa dəvət edir

® "Prime Leasing" Cənub bölgəsində: Cəlilabadda yeni filial qapılarını açdı

Azərbaycan istehsalı olan KİQR 01, KİQR 02 və KİQR 03 ilk dəfə “ADEX 2026“da

Daşkənddə Azərbaycan dili kurslarının yeni tədris ilinin açılışı olub VİDEO

Daşkənddə Azərbaycan dili kurslarının yeni tədris ilinin açılışı olub VİDEO

Qeyri-neft-qaz ixracında yeni mərhələ: Sahibkarlar üçün yeni imkanlar

“ADEX 2026” - Azərbaycanın ilk dəfə nümayiş etdirilən hərbi texnika və silahları açıqlanıb

“Böyük Qayıdış” ekran işığında: “Sabaha doğru”

SOCAR “Halliburton” şirkəti ilə mümkün əməkdaşlıq perspektivlərini dəyərləndirib

“Turan Tovuz” – “İmişli” oyununun yeri dəyişdirilib

Vüqar Bayramov: Maliyyə Monitorinqi Xidmətinin yeni qaydaları çirkli pulların yuyulmasına qarşı mübarizəni gücləndirəcək

Azərbaycan istehsalı olan SİQR 01 və SİQR 02 ilk dəfə ictimaiyyətə nümayiş olunur

Recep Öztop: Türkiyə olaraq Mingəçevir Reqatasında təmsil olunmaqdan məmnunluq duyuruq VİDEO

Recep Öztop: Türkiyə olaraq Mingəçevir Reqatasında təmsil olunmaqdan məmnunluq duyuruq VİDEO

İranın Gürcüstandakı səfiri XİN-ə çağırılıb

® “PAŞA Holding” AFAQ layihəsinə dəstəyini davam etdirir

İndoneziyada gəmi qəzasında ölənlərin sayı 78-ə çatıb

Azərbaycan Ordusunun Baş Qərargah rəisi İran hərbi nümayəndə heyəti ilə görüşüb

Tədqiqat: Dəniz səviyyəsinin yüksəlməsi yabanı dəniz növlərinin yayılma arealını genişləndirə bilər

Vinil valdan notlara: Niyazinin “Arşın mal alan” üzərindəki redaktəsi bərpa edilir