Azərbaycan Dövlət İnformasiya Agentliyi

“Bir müəllimin manifesti” Vaşinqtonda

Bakı, 9 fevral, AZƏRTAC

“Bir müəllimin manifesti” proqramı 3 komponentindən ikisini Qazaxda və ADA Universitetində geridə qoyub, indi isə artıq növbəti tərkib hissəsi ilə yanvar ayının 17-dən etibarən ADA Universitetinin ABŞ-dakı Mərkəzində, Vaşinqtondadır.

Ötən ilin oktyabr ayının 1-dən fəaliyyətinə start verilən “Bir müəllimin manifesti” adlı təhsil proqramı, əslində, rektor Hafiz Paşayevin təşəbbüsü ilə yenidən bərpa olunan, təhsil tariximizin başlanğıc nöqtəsi sayılan Qazax Müəllimlər Seminariyasının 100 ildən sonra tərtib edilən ilk proqramıdır. Bu təşəbbüs yalnız Qazax Müəllimlər Seminariyasının bərpası deyil, həmçinin milli tariximizin və irsimizin bərpası yolunda atılan addımların davamıdır.

Bu fikirlər ADA Universitetinin akademik işlər üzrə prorektoru Vəfa Kazdalın “Bir müəllimin manifesti” Vaşinqtonda” məqaləsində yer alıb. AZƏRTAC məqaləni təqdim edir.

“Azərbaycan” qəzetinin tam kolleksiyasının ərəb qrafikalı əlifbadan latın qrafikalı əlifbaya transliterasiyası və nəşr edilməsi, Azərbaycanda ilk əsaslı dərs vəsaitinin ‒ “Vətən dili” kitabının yenidən nəşr olunması, akademik Kamal Abdullanın ADA Universitetində keçdiyi Azərbaycanşünaslıq fənninin mühazirələri əsasında “Azərbaycançılıq və Kitabi-Dədə Qorqud” kitabının tərtib edilməsi və 2020-ci ildə nəşr olunması ADA Universitetinin rektorunun azərbaycançılıq məfkurəsinin gücləndirilməsi yolunda atdığı əsaslı addımların bariz nümunələrindəndir və eyni zamanda minlərlə gəncə əsl vətənpərvərlik dərsidir.

Proqramımıza 20 ucqar rayon məktəblərindən seçilən 24 müəllim və 14 nəfər direktordan ibarət heyətin təşkil etdiyi 38 iştirakçı ilə başladıq. Onlar özlərini hər fürsətdə təsəvvür edilə bilməyəcək qürurla Qazax Müəllimlər Seminariyasının ilk müəllim-tələbələri kimi təqdim edirlər.

Mərhələli şəkildə hər bir qrupun Vaşinqton səfəri təşkil ediləcək. Lakin ilk olaraq 16 nəfərlik qrupla birlikdə 8 həftəlik proqram üçün okeanın o biri tərəfini kəşf etməyə gəldik. “Bir müəllimin manifesti” təhsil proqramı adlansa da, ADA Universitetinin ABŞ-dakı Mərkəzinin prezidenti və eyni zamanda, ADA Universitetinin qurulmasında və strateji inkişafında, eləcə də Qazax Müəllimlər Seminariyasının bərpasında əvəzsiz xidmətlər göstərən şəxslərdən biri olan Qalib Məmməd bu proqramı bir missiya və vətəndaşlıq məsuliyyəti kimi görür. O, Qazax Müəllimlər Seminariyası və “Bir müəllimin manifesti” proqramının məramını Çernyayevskinin kəndbəkənd gəzərək gənc, istedadlı müəllimləri kəşf etməsi, onları yetişdirməsi və milli təhsilimizə qazandırmasına bənzədir. Proqram iştirakçıları ilə yaxından tanış olduqda belə məlum olur ki, onlardan bir neçəsi müəllimlik peşəsindən uzaqlaşmaq istəyirmişlər, lakin bu proqramda iştirakdan sonra müəllimlik sənətinə böyük həvəs, sevgi, yeni məqsəd və ambisiyalarla geri qayıtdıqlarını bildirirlər. Bunlardan biri - Vəfa Fərəcli Yevlax rayonu Rüstəmli kənd tam orta məktəbinin ingilis dili müəllimidir. Bir müddət bundan əvvəl başqa iş imkanları axtaran Vəfa müəllim indi artıq özünəinamı sayəsində ADA-da bu ildən Azərbaycan dilində tədris olunacaq “Təhsilin idarə edilməsi” və “Müasir təlim və tədrisin təşkili və metodikası” üzrə magistr proqramlarının birində, daha sonra isə Amerikada doktorantura səviyyəsi üzrə təhsilini davam etdirməyi hədəfləyir. Belə ki, proqramın amalı yerli təhsil mühitinə həm yeni müəllimlər qazandırmaq, həm də müəllimlik peşəsinə yeni bir ruh və həvəslə qayıdışa təkan verməkdir.

Vaşinqton proqramının məqsədi ümumi proqramın məqsədindən fərqlənmir. Burada ali məqsəd müəllimlik sənətinin ləyaqətini bərpa etmək, müəllim peşəsinin dəyərini artırmaq və müəllimlərimizin özünə olan inamını gücləndirməkdir.

Bunun üçün müəllimlərimizlə təhsil sahəsində ən son tendensiya və təcrübələri paylaşmalı, onların təşəbbüskarlıq ruhunu artırmalı, müasir təhsildə tələb olunan tədqiqat əsaslı və problemi həll etməyə yönəlmiş idarəetmə (sinif və ya məktəb) bacarıqlarını inkişaf etdirməli və əməkdaşlıq mədəniyyətini gücləndirməliyik.

Vaşinqton proqramı məqsədinə görə ümumi proqramın məqsədilə eyni və məzmununa görə bundan əvvəl gələn komponentlərin davamıdır. Proqramın başlıca tərkib hissələrindən biri təhsil məqsədləri üçün ingilis dili proqramının təqdim edilməsidir. Proqram iştirakçıları Vaşinqtona getməzdən əvvəl üç ay intensiv şəkildə ADA Universitetinin müəllimləri tərəfindən tədris edilən ümumi ingilis dili dərslərinə qoşulub, dil səviyyələrini artırıblar. Burada ingilis dili vasitəsilə müəllimlər müxtəlif pedaqoji yanaşmalar və təhsil standartlarını təhlil edir, öyrəndiklərini tədris etdikləri fənlərə tətbiq edərək tədris proqramının tərtibi üzərində işləyirlər. Bu dərsin son məhsulu müasir tələblərə cavab verən tədris proqramının tərtibi (sillabus) olacaq. Müəllimlər həm ingilis dili səviyyələrini elmi məqsədlər üçün təkmilləşdirir, həm də müasir təlim və tədrisin təşkili üzrə bilik və təcrübələrini inkişaf etdirirlər. Bu hissə ilə yanaşı, müəllimlər qlobal məsələlər və onların təhsilə təsiri adı altında mühazirələr və müzakirələrdə iştirak edirlər. Bu mühazirələr tanınmış siyasətçilər, təhsil ekspertləri, mədəniyyətşünaslar və amerikan müəllimlər tərəfindən təqdim olunur. Bu mühazirələr silsiləsi onlara bundan əvvəl keçirilən Müəllim liderliyi fənninin praktiki və beynəlxalq davamıdır. Əlbəttə ki, Amerika təhsil sistemi və Amerika mədəniyyəti ilə tanışlıq proqramın həm maraqlı, həm də mühüm bir hissəsidir. Bu komponent çərçivəsində iştirakçılar Vaşinqtonun zəngin muzey imkanlarından faydalanaraq onları ziyarət edir, daha sonra topladıqları məlumatlar əsasında müzakirələr təşkil edir, dərslərdə fikir mübadiləsi aparırlar.

Onu da vurğulamaq istərdim ki, proqram iştirakçıları düşdükləri mühitin təsirindən qaynaqlanaraq hər anlarını dəyərləndirir, asudə vaxtlarını müstəqil şəkildə tədqiqatçılıq fəaliyyətinə həsr edərək araşdırmalar aparırlar. Müxtəlif ölkələrin təhsil sahəsindəki fəaliyyətlərinin oxşar və fərqli cəhətlərini müqayisə edir, fikir və təkliflər irəli sürürlər.

Vaşinqton komponentinin iştirakçıların öz tədqiqat layihələrinin təqdimi ilə yekunlaşması bu proqramın bir daha tətbiq xarakterli olduğuna dəlalət edir. Bu tədqiqat layihələri bundan əvvəlki 3 modulda tədris olunan Təhsildə tədqiqat metodları fənninin davamıdır. Layihədə iştirakçılar öz sahələrinə uyğun olaraq 4 qrupa bölünüblər: təbiət elmləri, riyaziyyat, dil və incəsənət, tarix və coğrafiya. Hər qrup proqram çərçivəsində əldə etdiyi bilik və bacarıqlara əsaslanaraq təhsildə və xüsusi olaraq onların öz ixtisas sahələrində mövcud olan bir problemi araşdırıb onun həlli yollarını təklif etməlidir.

Qayıdaq yenə də niyə məhz Azərbaycandan kənarda belə bir komponentin təşkilinin mahiyyətinə. Bu gün Azərbaycan müəllimi öz məktəbindən, kəndindən çıxmadan yenilikçi ruhunu tam şəkildə inkişaf etdirə bilməz. Sərhədləri aşaraq o, dünya təcrübəsini məktəbinə, məktəbini isə dünyaya yaxınlaşdıracaq. Məhz buna görə “Bir müəllimin manifesti”nin coğrafi marşrutu Qazax-Bakı-Vaşinqtondur. Bu olduqca maraqlı və yeni bir yanaşmadır. Qlobal təhsil proqramları (hər semestr bir ölkədə) ali təhsil sahəsində ən son tendensiyalardandır. Amma bu proqramın unikallığı onun həm lokal (regionlararası), həm də qlobal (ölkələrarası) olmasıdr. Bu yanaşmada biz nəinki regionlarımıza dünya qapılarını açırıq, eyni zamanda, ADA-nın da qapılarını region müəllimlərinin üzünə daha geniş açırıq. Bizim professor heyəti bu proqram çərçivəsində iştirakçılar üçün dərslərin təşkili və həyata keçirilməsində bilavasitə iştirak edir, regionlarda təhsillə bağlı məsələlərlə yaxından tanış olur və onun inkişafına yönəlik verdikləri töhfələri yalnız “Bir müəllimin manifesti” proqramı çərçivəsi ilə məhdudlaşdırmır, proqramdan kənarda da fəaliyyətlərini uğurla davam etdirirlər.

Amerika Birləşmiş Ştatlarında belə bir təcrübə keçmək, demək olar ki, iştirakçıların hər biri üçün əlçatmaz arzu idi. Onlar inanmırdılar ki, bu arzu nə vaxtsa reallaşa bilər. Görünür, ADA-nı yaxından tanımırmışlar. ADA hər zaman olduğu kimi bu dəfə də sözünün arxasında durdu. Əlçatmaz görünən arzular bir-bir reallaşmağa başladı. Arzularının həyata keçməsi ilə iştirakçıların özlərinə inamı artdı. Bu artıq sabah yüzlərcə şagirdin xəyal qurması, onun həyata keçməsi üçün çalışması və ona doğru inamla addımlaması deməkdir. Bu iştirakçıların hər biri öz məktəbinə qayıdanda bir nümunə olacaq - “Mənim bir xəyalım var!” nümunəsi.

Xəyaldan bəhs etmişkən, Vaşinqtondakı proqram ayın 17-si başlamalı idi. Gözəl açılış proqramı hazırlamışdıq. Ayın 17-si Amerika Birləşmiş Ştatlarında qeyri-iş günü ‒ Martin Lüter Kinq günü idi. Biz isə onun məşhur “I have a dream” (Mənim bir arzum var!) nitqi ilə bağlı düşüncələrimizi məzarı üzərində səsləndirməyi planlaşdırmışdıq. Hətta müəllimlər arasında bu nitqi paylaşıb və dinləmişdik. Koronavirus böyük planlarımıza mane ola bilməsə də, bu niyyətimizə maneçilik törətdi. Amma boşuna demirlər ki, xeyirlisi belə imiş. Təhsil Məqsədləri üçün İngilis dili proqramımızın tərtibçisi və tədris edəni pedaqoq Lisa xanım Donohoe Luscome Amerika Birləşmiş Ştatlarının dillərin tədrisi və tərcümə sahəsində ən nüfuzlu universitetlərindən biri olan Monterey Beynəlxalq Münasibətlər Universitetinin müəllimidir. ADA Universitetinin bir sıra dil proqramlarını tərtib və tədris edən Lisa COVID-19 virusuna yoluxduğundan, həmçinin pandemiya qaydalarına əsasən biz 5 gün karantinə göndərildiyimizdən proqramımızın açılışını 17-si edə bilmədik. Düzdür, dərslər planlaşdırdığımız tarixdən onlayn şəkildə başladı. Proqramın başlanğıc mərasimi isə Azərbaycan xalqının ən böyük və ən müqəddəs xəyalı olan müstəqilliyimizin bərpası uğrunda mübarizə apardığı, o xəyalın gerçəkləşməsi üçün canlarından keçdikləri o gündə ‒ 20 Yanvar günündə baş tutdu. Bizim milli qürur və mənəviyyat günümüzdə. “Azad Azərbaycan” arzusunda olan yüzlərlə azərbaycanlının və bu ideya uğrunda canlarını qurban edən şəhidlərimizin anım günündə. Onların Vətənim Azərbaycanı müstəqil, azad görmək xəyalları var idi və o xəyallar gerçəkləşdi. Biz də 32 il sonra bu xəyalların reallaşması nəticəsində mavi səmalarda dalğalanan bayrağımızın fonunda başqa arzuları gerçəkləşdirmək üçün okeanın digər tərəfində toplaşdıq.

Rektor Paşayev hər dəfə qeyd edir ki, bu proqramın əsas məqsədi müəllimlərimizdə özlərinə inamı gücləndirməkdir. Hər zaman olduğu kimi sadə, amma incə və dərin düşüncədir. Özünə inamı olan müəllim özünə inamı olan nəsillər deməkdir. Özünəinam nədir? Özünəinam ən birincisi, öz milli kimliyimizi, irsimizi, mədəniyyətimizi, tariximizi dərindən bilmək, ona dəyər vermək, onunla qürurlanmaqdır. Özünəinam güclü azərbaycançılıq ruhudur. Bu sevginin, qürurun daşıyıcıları məhz vətənpərvərlik ruhu yüksək olan müəllimlərdir. Əgər biz, doğrudan da, o şəhidlərimizi ehtiramla anmaq istəyiriksə, bunu öz əməllərimizlə, yəni gənc nəsli azad dəyərləri olan azərbaycanlılar kimi yetişdirməklə bu borcumuzdan çıxa bilərik. Bu vəzifə, ilk növbədə, müəllimlərimizin üzərinə düşür. Bax, belə bir patriotik notlarla proqrama Vaşinqtonda start verdik.

Dərslərdən sonra sanki Bakıdakı ADA-nın mini modelini yalnız xatırlatmaqla qalmayan, həmçinin fəlsəfəsini: müasirlik və azərbaycançılığı təbliğ edən ADA-nın Vaşinqtonda yerləşən Mərkəzinin kiçik, amma çox isti və işıqlı otaqlarında tez-tez söhbətlər edirik. Azərbaycan və Amerika mədəniyyətini qovuşduran bu məkan Azərbaycan incəsənəti və Amerika arxitekturasını özündə birləşdirərək, doğrudan da, buraya gələnləri həm azərbaycançılıq məfkurəsi altında birləşdirirərək yeniliyə səsləyir. Azərbaycan xalçaları, Azərbaycan yazıçılarının və rəssamlarının əsərləri, Vaqif Mustafazadənin şəkilləri, çay mədəniyyətimizin xüsusi göstəricisi olan armudu stəkanlar burada xüsusi bir məna kəsb edir. ADA Universiteti dəfələrlə ABŞ-da təhsil alan azərbaycanlı doktorantları ilə birlikdə konfranslar təşkil edərək bu gün özünün ən yaxşı professor heyətini məhz bu məkanda kəşf edib və kəşf etməkdə də davam edir. Bu məkanda ADA Universitetinin idarə heyəti (dekanlar, direktorlar, prorektorlar) universitetin strateji xəritəsini ən nüfuzlu ABŞ universitetlərinin idarə heyəti ilə bərabər hazırlayıb. Bu məkanda tələbələr ADA və Corc Vaşinqton Universitetlərinin ikili diplom proqramı üzrə təhsil alırlar. Bu məkan yenilik, intellekt, mədəniyyət, mübadilə, əməkdaşlıq mərkəzidir. Maraqlıdır ki, Bakıda ADA Universitetində tələbələr necə ki dərs bitdikdən sonra evə getmək istəmirlər və kampusda qalmaq istəyirlər, burada da eynilə müəllimlərimiz ADA-da qalmaq istəyirlər. Burada müəllimlərlə söhbətlərimiz təhsilimiz və onun üçün nələr edə bilərik mövzusu ətrafında təşkil edilir. Bu söhbətlərdə müəllimlərimiz tez-tez deyirlər ki, bilirsiniz kənddə bütün müəllimlər ingilis dilini öyrənir ki, onlar da bu proqramda iştirak edib Vaşinqtona gəlsinlər. Bu, proqramın öz missiyasına çatmasının göstəricisidir. Bu o deməkdir ki, artıq inam var, arzu var və o arzuya gedən yol var.

İngilis dilində bir gözəl ifadə var. Son vaxtlar onu tez-tez işlədirəm “Stars are aligning”, yəni ulduzlar cərgəyə düzülür. Əgər ulduzlar cərgəyə düzülürsə, bu o deməkdir ki, kainat da o işi dəstəkləyir. “Bir müəllimin manifesti” o qədər nəcib bir missiyadır ki, hətta ulduzlar belə bu iş üçün cərgəyə düzülüb. Proqramın başlanğıc mərasiminin Azərbaycan xalqının müstəqilliyini şəhidlərinin qanı ilə qazandığı o günə ‒ 20 Yanvar gününə təsadüf etməsi, Təhsil Nazirliyinin təşkil etdiyi vebinar gördüyümüz işin nə qədər doğru, müqəddəs olduğunu göstərən sanki kainatdan bizə göndərilən bir işarə idi.

Firidun bəy Köçərlinin ad günü yanvar ayının 26-sı idi. Yanvarın 28-i Təhsil Nazirliyinin təşəbbüsü və Cəsarət Valehovun virtuoz moderatorluğu ilə proqram iştirakçılarının iştirak etdiyi vebinar keçirilir və ADA Universitetinin ABŞ-dakı Mərkəzindən birbaşa yayım olur. Cəsarət müəllim yayıma başlamadan bizim hamımıza baxır, səmimi, könüllü, müasir, birlik və bərabərlik ruhunu hiss edib: “Mən də qalstuku çıxarım”,- deyərək qalstukunu çıxarır və yayıma başlayır. Bütün auditoriya isə onu alqışlayır. O, qalstuku çıxarmaq deyildi, o, formallığı qırmaq, bir olmaq, səmimi olmaq, yaxın olmaq, güvənmək idi. Dəyişiklik və yenilik ancaq belə sərbəst, güvən, inamla dolu olan əməkdaşlıq mühitində mümkündür. Cəsarət müəllim o mühiti hiss etdi və o anda ona qoşulmaq qərarına gəldi. 100 il əvvəl Qazaxda dayanan qatar bu dəfə təyyarə ilə davam etdi. Yeni ümidlər, yeni arzular, yeni fikirlər və təhsildə yeniliklər bu təyyarədə idi. Firidun bəyin ad gününü anmağın bundan daha gözəl yolu, məncə, ola bilməzdi.

Proqram iştirakçılarının gərgin və həyəcan dolu Vaşinqton təcrübəsi davam edir. Proqram mart ayında müəllimlərin yekun layihələri ilə tamamlanacaq. “Bir müəllimin manifesti” adlı təhsil proqramı çərçivəsində iştirakçıların qazandıqları təcrübə və nailiyyətləri, ən əsası, təqdim edəcəkləri layihələrin nəticələrini oxucularla paylaşmağı davam edəcəyik.

Xəbəri sosial şəbəkələrdə paylaşın

Bizi sosial şəbəkələrdə izləyin

YAP-ın VIII Qurultayında müəyyənləşdirilən vəzifələr partiya üzvlərinin diqqətinə çatdırılıb

Daşkənddə Qazaxıstan futbolçularının kütləvi zəhərlənməsi ilə bağlı cinayət işi açılıb

Əməkdar müəllim Niftalı Qocayevin 90 illik yubileyi qeyd olunub

Aşıq Ədalət Dəlidağlı: Gənclər aşıq sənətini yaşatmalı, ənənələrimizi gələcək nəsillərə ötürməlidirlər

AHİK-in nümayəndə heyəti Türkmənistanda həmkarlar ittifaqları ilə əlaqələrin inkişafını müzakirə edib

Azərbaycanda əczaçılıq sektorunun inkişafı: sənaye potensialı, investisiyalar və yeni iqtisadi imkanlar

Vişeqrad dördlüyü prezidentlərinin sammiti: Əsas mövzu Ukraynaya dəstək və Aİ-nin genişlənməsidir

Budapeştdə İkinci Dünya müharibəsi dövrünə aid 240-dan çox partlayıcı aşkarlanıb

Con Spenser: Prezident İlham Əliyevin qətiyyətli rəhbərliyi Vətən müharibəsində Qələbəni təmin edən əsas amillərdən biri oldu

Media: Türkiyədə ikinci Atom Elektrik Stansiyasının tikintisi 30 milyard dollara başa gələcək

Xətai Tibb Mərkəzində Göz xəstəlikləri və cərrahiyyə şöbəsi fəaliyyətə başlayıb

“Aramco”nun xalis mənfəəti 2,6 milyard dollar artıb

Separatçı əməllərin təşkilinə görə beynəlxalq axtarışda olan şəxs həbs edilib

Bakıda Venesiya ab-havası: Turistlərin heyran qaldığı nağılvari məkandan FOTOREPORTAJ

Qəlbindəki nur ilə seçilən azərbaycanlı

“Liverpul”un futbolçusu “Fənərbağça” ilə oyunu buraxacaq

Sosial həssas qrupdan olan daha 20 tələbə aylıq 200 manat təqaüd alacaq

® “Bir” və “CineMastercard”dan yeni tərəfdaşlıq: Kino biletləri tezliklə “Birbank”da

Rusiya Ukraynanın 9 vilayətində enerji infrastrukturuna zərbələr endirib

Fransalı nazir: Aksiyalarda gözyaşardıcı qazdan və qumbaralardan istifadə dayandırılmayacaq

Rusiya “3+3” formatında növbəti görüşün tezliklə keçirilməsinə ümid edir

Qazi Bəbir Qasımov: Vətən müharibəsində tarixi ədalət öz yerini tapdı

Ursula Fon der Lyayen: Hörmüz böhranı Avropa üçün 127 milyard avro əlavə xərc yaradıb

“Görünən və görünməyən Səməd Vurğun”: Muzeydə maraqlı görüş

“Qalatasaray” və “Fənərbağça”nın sabiq futbolçusu karyerasını bitirib

Azərbaycan üzərindən Qazaxıstan neftinin daşınması üzrə əməkdaşlığın genişləndirilməsi nəzərdən keçirilib

® “Bank of Baku”nun növbəti maliyyə savadlılığı tədbiri Şirvanda baş tutub

“Qanlı Meri”: BIAF-2026 festivalının əsas tamaşası Musiqili Teatrın səhnəsində

İspaniyada futbolçunun vəfatı ilə əlaqədar bir neçə oyun təxirə salınıb

İmişlidə “Aqrar sahədə dövlətin dəstəyi mexanizmləri” mövzusunda panel müzakirəsi keçirilib

“Azərbaycan Dəmir Yolları” yükdaşıma infrastrukturunun inkişafı və rəqəmsallaşma planlarını açıqlayıb

S.Ə.Sadıqovun Azərbaycan Respublikası Dövlət Ehtiyatları Agentliyinin sədri təyin edilməsi haqqında
Azərbaycan Respublikası Prezidentinin Sərəncamı

Azərbaycan Respublikası Dövlət Ehtiyatları Agentliyinin STRUKTURU

Azərbaycan Respublikası Dövlət Ehtiyatları Agentliyinin ƏSASNAMƏSİ

Azərbaycan Respublikası Dövlət Ehtiyatları Agentliyinin fəaliyyətinin təmin edilməsi haqqında
Azərbaycan Respublikası Prezidentinin Fərmanı

“Tarixi yaşatmaq üçün onu gələcək nəsillərə ötürmək lazımdır”- Vətən Müharibəsi Qəhrəmanı Zaur Hüseynov

Futbol üzrə Asiya Kuboku turniri regional gərginlik səbəbindən təxirə salınıb

Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2019-cu il 12 aprel tarixli 163 nömrəli Qərarı ilə təsdiq edilmiş “Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyi” publik hüquqi şəxsin tabeliyindəki tibb müəssisələrinin Siyahısı”nda dəyişiklik edilməsi haqqında
Azərbaycan Respublikası Nazirlər Kabinetinin QƏRARI

“Azərbaycan Respublikasının hava limanlarında xüsusilə mühüm şəxslər (VİP) və rəsmi nümayəndə heyətləri salonlarının xidmətlərindən istifadə hüququ olan Azərbaycan Respublikasının vəzifəli şəxslərinin Siyahısı”nın, “Azərbaycan Respublikasının hava limanlarında xüsusilə mühüm şəxslər (VİP) və rəsmi nümayəndə heyətləri salonlarının xidmətlərindən istifadə hüququ olan xarici dövlətlərin və beynəlxalq təşkilatların nümayəndələrinin Siyahısı”nın və “Azərbaycan Respublikasının hava limanlarında xüsusilə mühüm şəxslər (VİP) və rəsmi nümayəndə heyətləri salonlarından istifadə Qaydaları”nın təsdiq edilməsi haqqında” Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2021-ci il 29 oktyabr tarixli 322 nömrəli Qərarında dəyişiklik edilməsi barədə
Azərbaycan Respublikası Nazirlər Kabinetinin QƏRARI

Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2010-cu il 1 dekabr tarixli 229 nömrəli Qərarı ilə təsdiq edilmiş “Azərbaycan Respublikası diplomatik nümayəndəliyinin tabeliyində olan mədəniyyət mərkəzi haqqında Əsasnamə”də dəyişiklik edilməsi barədə
Azərbaycan Respublikası Nazirlər Kabinetinin QƏRARI

Azərbaycanda ilk dəfə dövlət tibb müəssisəsində tor qişanın qopması ilə bağlı əməliyyat icra olunub VİDEO

Azərbaycanda ilk dəfə dövlət tibb müəssisəsində tor qişanın qopması ilə bağlı əməliyyat icra olunub VİDEO

İraqda xlor qazının sızması nəticəsində 52 məktəbli qız zəhərlənib

“Paylarının (səhmlərinin) nəzarət zərfi dövlətə məxsus olan hüquqi şəxslərin fəaliyyətində səmərəliliyin artırılması ilə bağlı bir sıra normativ hüquqi aktların təsdiq edilməsi haqqında” Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2019-cu il 4 iyun tarixli 257 nömrəli Qərarında dəyişiklik edilməsi barədə
Azərbaycan Respublikası Nazirlər Kabinetinin QƏRARI

Azərbaycan Respublikasının İnsan hüquqları üzrə müvəkkilinin (ombudsmanın) seçilməsi haqqında
Azərbaycan Respublikası Milli Məclisinin QƏRARI

Kamilə Dadaş-zadə: Festival aşıq sənətinin ənənələrinin yaşadılmasına xidmət edir

® “Rabitəbank” Xankəndidə sahibkarlarla görüş keçirib

UNICEF Ukrayna və Myanmada uşaqların təhsili və təhlükəsizliyinə artan təhdidlər barədə xəbərdarlıq edir

8 Noyabr – Zəfər Günü ilə əlaqədar Azərbaycan Respublikası Milli Məclisinin Bəyanatı

Azərbaycanın hərbi pilotlarının peşəkarlığı artırılır VİDEO

Azərbaycanın hərbi pilotlarının peşəkarlığı artırılır VİDEO

Fransa və Almaniyada etirazlar: Avropanın siyasi, iqtisadi və sosial modelinin sınağı - ŞƏRH

® “Azercell“in “Oflayn Qadınlar” layihəsi iki beynəlxalq festivalda beş mükafat qazanıb

Bahadur Rzayev: Dövlət tibb müəssisələrinin kadr potensialının gücləndirilməsi əsas istiqamətlərdəndir

Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Agentliyində “Yüksəliş” müsabiqəsinin qalibi ilə növbəti görüş olub

“Balaca səyyah” premyeraya hazırlaşır

Azərbaycanın turizm imkanları İordaniyanın turizm sənayesi nümayəndələrinə təqdim olunub

Dialoq, multikulturalizm və multikultural dəyərlərin qarşılıqlı əlaqəsi - ŞƏRH

Dövlət Komitəsində vətəndaşların müraciətləri dinlənilib

Əbu-Dabidə üçtərəfli danışıqlarda Rusiyanı Vladimir Medinski təmsil edəcək

Qırğız ekspert Paris və Berlindəki iğtişaşların Aİ-nin qlobal ambisiyalarına mənfi təsirindən bəhs edib - ŞƏRH

Şəhid ailələri üçün sağlamlıq aksiyasına start verilib

® “PAŞA Real Estate Qrup”un nümayəndələri Daşkənd şəhərinin meri ilə görüşüblər

Vətən müharibəsi şəhidi Rövşən Nurzadənin xatirəsi anılıb

Sürücülər və operatorların məsul şəxsləri üçün keçirilən imtahanların nəticələri açıqlanıb

Özünüməşğulluq proqramı: Azad olunmuş ərazilərdə 1224 nəfər üçün kiçik təsərrüfatlar yaradılıb VİDEO

Özünüməşğulluq proqramı: Azad olunmuş ərazilərdə 1224 nəfər üçün kiçik təsərrüfatlar yaradılıb VİDEO

Ekologiya və təbii sərvətlər naziri Hacıqabulda vətəndaş müraciətlərini dinləyib

Direktor: Xətai Tibb Mərkəzində mürəkkəb göz əməliyyatları icbari tibbi sığorta hesabına həyata keçiriləcək

“Ulduz” jurnalının oktyabr nömrəsi dahi şair Xaqani Şirvaninin 900 illik yubileyinə həsr olunub

Aslan Kərimov: “Sabah” Norveçdə süni örtüklü meydançanın çətinliyi ilə üzləşəcək

Amerikalı müəlliflərin “Qarabağ uğrunda müharibə: Strategiya, texnologiya və qələbə” kitabının təqdimatı olub YENİLƏNİB

Misir üç ölkənin vətəndaşlarının ölkəyə giriş qaydalarını sərtləşdirib

“İnsanlığın şahidi”: Reza Deqati BSU tələbələri ilə Qarabağ həqiqətlərini və fotojurnalistikanı bölüşüb

“WhatsApp”da yayılan saxta kampaniyalarla bağlı vətəndaşlara xəbərdarlıq edilib

UNCTAD: Neft şoku inkişaf etməkdə olan ölkələrə daha ağır zərbə vurub

Yunanıstanın yeddi regionunda fırtına ilə əlaqədar qırmızı təhlükə səviyyəsi elan olunub

Azərbaycan idmançılarının reytinq cədvəlində dəyişiklik olub

Xəzər dənizinin Qazaxıstan sektorunda beynəlxalq narkotik qaçaqmalçılığı şəbəkəsi çökdürülüb

Zəfərlə yazılan tarix, qürurla yaşanan gün

Liam Kollinz: Ermənistan qüvvələrinin Hadrut istiqamətindəki əks-hücumları onların hərbi zəifliklərini üzə çıxardı

Azərbaycan nümayəndələri Asiya Elmlər Akademiyasının rəhbər orqanlarında təmsil olunacaqlar

Zəfərimizin elmi salnaməsi: Qarabağın təbiətinin öyrənilməsi və gələcək nəsillərə ötürülməsi

ABŞ-də aralıq seçkilər ərəfəsində Asiya fond bazarlarında ucuzlaşma müşahidə olunur, neftin qiyməti isə sabitləşir

Fransa Bankının rəhbəri: İnflyasiya, büdcə riski və süni intellekt faizlərə təsir göstərir

Rusiyanın hücumu nəticəsində Xarkovda 73 nəfər yaralanıb

Azərbaycan Kubokunda qayda pozuntularına görə cəzalar açıqlanıb

Kembric alimləri atomdan 100 milyard dəfə kiçik miqyasda siqnallar aşkar ediblər

Qarın boşluğunun ultrasəs müayinələrinin təhlilini sürətləndirə bilən yeni sistem hazırlanıb

Süni intellektə investisiyaların azalması Britaniya iqtisadiyyatında tənəzzül riskini artıra bilər

Fransada işsizlərin əksəriyyətinin ayrı-seçkiliyə məruz qaldığı məlum olub

Metyu Brayza: ABŞ investorları Azərbaycanda süni intellekt infrastrukturuna artan maraq göstərirlər –  ŞƏRH  VİDEO

Metyu Brayza: ABŞ investorları Azərbaycanda süni intellekt infrastrukturuna artan maraq göstərirlər – ŞƏRH VİDEO

Azərbaycanda sukuk emissiyasının həyata keçirilməsi nəzərdə tutulur

BDYPİ xəbərdarlıq edir: Avtonəqliyyat vasitələrinin payız-qış mövsümünə hazırlanması mühüm şərtdir VİDEO

BDYPİ xəbərdarlıq edir: Avtonəqliyyat vasitələrinin payız-qış mövsümünə hazırlanması mühüm şərtdir VİDEO

“Elektron ticarət haqqında” Qanuna dəyişiklik parlamentdə birinci oxunuşda qəbul edilib

Con Spenser: Vətən müharibəsindəki döyüş əməliyyatları müasir hərb tarixində diqqətəlayiq nümunədir

Aşıq sənətinin tədrisi məsələlərinə dair müzakirələr aparılıb

Aqroparkların əcnəbi mütəxəssisləri üçün miqrasiya qaydalarının sadələşdirilməsi təklif olunur

Politoloq: Düşüncə və yanaşmalar mütləq dəyişilməlidir

Azərbaycanla Britaniya arasında ikiqat vergitutmanın aradan qaldırılmasına dair yeni Konvensiya layihəsi üzrə danışıqlar aparılıb

Liam Kollinz: Azərbaycanın iqtisadi potensialı və hərbi islahatları Qələbənin əsas amillərindəndir

Fransada təlim zamanı iki əsgərin ölümünün yol verilmiş nöqsanlarla bağlı olduğu aşkarlanıb

İspaniyanın “Tenerife” klubunun futbolçusu vəfat edib