Azərbaycan Dövlət İnformasiya Agentliyi

Bir şair anamız vardı...

Bir şair anamız vardı...

Bu gün Azərbaycanın Xalq şairi Mirvarid Dilbazinin doğum günüdür

Bakı, 19 avqust, AZƏRTAC

Dövri-zamanın ağır dönəmlərində ürcah olduğu acıları, qara-qorxuları vahiməllər içində yaşayan dözümlü, dəyanətli, mükəddər şair anamız...

“Zəhərə batırılmış badam içi” kimi keçən uşaqlığının, gənclik çağlarının göyərtdiyi xatirələri ədəbi yaddaşında hifz edən duyğusal şair anamız...

Ömrünə xəbərsiz gələn küləklərin vıyıltılarına bapbalaca, zərif vücudu ilə duruş gətirən, qaranlıqlardan aydınlığa yol alan mükəmməl şair anamız...

Qovğalardan mətanətlə, mərdliklə çıxan, ictimai ağrılara, haqqa, ədalətə ürəyini söykəyən el anası, xalqının çox sevdiyi şair Mirvarid Dilbazi...

Bu fikirlər yazıçı-publisist, filologiya üzrə fəlsəfə doktoru Şəfəq Nasirin Azərbaycanın Xalq şairi, “İstiqlal” ordenli Mirvarid Dilbazinin anadan olmasının 108-ci ildönümünə həsr etdiyi “Bir şair anamız vardı...” məqaləsində yer alıb. Yazını oxuculara təqdim edirik.

XX əsr Azərbaycan poeziyasının görkəmli nümayəndələrindən olan Mirvarid Dilbazi çoxçeşidli mövzularda yazdığı əsərləri ilə böyük bir yaradıcı ömür yaşamışdır. Həyatının ilkin çağları dünyanın siyasi çaxnaşma və təbəddülatlarla qaynayan bir dövrünə təsadüf etmişdi. Kökünün, nəslinin yaşadığı iztirablar, qorxular, sürgünlər, ölümlərlə müşayiət olunmuş acı xatirələri illərlə yaddaşında qövr etmiş, zaman-zaman onu böyük bir həyat məktəbində yetişdirmişdir. Bütün bunlar şairin bədii, poetik yaradıcılığında - şeirlərində, poemalarında sənətkarlıqla öz əksini tapmışdır.

Belə bir acılarla yaşayan sənətkarın həyatından da aydın olur ki, Mirvarid Dilbazinin yaradıcılıq yolu çətin dolaylardan, məşəqqətlərdən keçib. Şair yaşadığı ağrı-acılarını Vətəninə, xalqına olan məhəbbətini ictimai məzmun və ideyası ilə ədəbiyyata gətirmişdir. Belə bir tarixi dövrün səhifəsini yazmaqla o, həm də şəxsiyyətinin bədii obrazını əbədiləşdirmişdir. Təbii ki, bunlar ilk olaraq özünü yetişdirməkdən, təhsil illərindən keçib. Vaxtilə bir nəslin qeyrətli övladlarına - daim ali məktəbdən qovulmaq qorxusuyla yaşayan Mirvarid xanımla bacısına dayaq duran Musaköy kənd camaatının xeyirxahlığı həyat yollarına işıq saldı. Bədii-poetik təbiətə, təfəkkürə malik olan Mirvarid təhsildə və ədəbi yaradıcılığında mükəmməllik qazandı…

XX əsrin əvvəllərindən başlayaraq, xüsusən də Cümhuriyyət dövründə və sonrakı illərdə Azərbaycanda böyük bir maarifçi nəsil yetişmişdi. Bu bəsirətli ziyalılar millətin qəflətdən oyanmasına, dünyəvi məktəblərin açılmasına, qadınların təhsil almasına çalışırdılar. Belə bir vaxtda gənclik köynəyini yenicə əyninə almış, bədii yaradıcılığa könül vermiş Mirvaridin “Qadınların hürriyyəti” adlı ilk şeiri “Oktyabr alovlanır” məcmuəsində dərc olunur. 1934-cü ildə isə “Bizim səsimiz” adlı kitabı işıq üzü görür. Elə o vaxtlardan zamanın nəbzini tutan, mənəvi gücünə söykənərək, özünün poetik incilərilə xalqın yetişməsi, inkişafı istiqamətində qələm çalan M.Dilbazi Vətənin taleyi, qüdrətlənməsi yolunda ideoloji mübarızəsini böyük coşqu ilə davam etdirdi…

Mirvarid Dilbazi 1912-ci il avqustun 19-da şairlər yurdu Qazax rayonunun Musaköy (indi Xanlıqlar adlanır) kəndində anadan olub. Azərbaycan Pedaqoji İnstitutunun Ədəbiyyat-İctimaiyyət fakültəsində təhsil alan Mirvarid ilk əmək fəaliyyətinə Quba Partiya məktəbində ədəbiyyat müəllimi kimi başlayıb. Bundan sonra Bakıda Azərbaycan EA-nın Əlyazmalar Fondunda şöbə müdiri, Azərbaycan Dövlət Nəşriyyatında tərcüməçi vəzifəsində işləyib. 1934-cü ildən Azərbaycan Yazıçılar Birliyinin üzvü, Əməkdar mədəniyyət işçisi (1976), Azərbaycanın ilk qadın Xalq şairi (1979), “İstiqlal” ordenli Mirvarid Dilbazinin ədəbi-bədii yaradıcılığı poeziyaya yenicə gələn gənc şairlər üçün böyük bir həyat məktəbi, eləcə də həmin dövrü araşdıran tədqiqatçılardan ötrü səhih mənbə və məxəzdir.

Zənnimcə, Mirvarid Dilbazini tərcümeyi-halının, zəngin ədəbi irsinin timsalında oxuculara təqdim etmək elə də çətin deyil. Amma mənə elə gəlir ki, sənətkar ədəbi şəxsiyyət olaraq həqiqi obrazını özü daha dürüst və dolğun təsvir edib.

Əslim - Dilbazilərdən

Mərdlər böyüdən yerdən,

Südüm mələk südüdür,

Sərvətim nəğmələrdən -

Özüm də Dilbaziyəm

Azərbaycan qızıyam!

Mirvarid xanım həyatda baş verən hadisələrə hər zaman həssaslıqla yanaşmış, onlara özünün ədəbi baxışları ilə münasibət bildirmişdir. Yaradıcılığa könül verdiyi 70 ildə şairin XX əsrin ikinci onilliyindən başlamış, 2001-ci ilə qədər (ömrünün sonunadək) olan dövrün panoramını görmək mümkündür. Şairin yaradıcılığında müharibə mövzusuna həsr olunmuş əsərləri, o cümlədən “Döyüş imtahanı”, “Kamal”, “Vətən eşqi”, “Qoçaq ataların qoçaq övladları”, “Xatirələr”, sonrakı illərdə isə “Sənətkarın xəyalı”, “Məhəbbət bizimlə qoşa doğulur”, “Həyat lövhələri”, “Bənövşələr üşüyəndə”, “Ana qanadı”, “Dağ çiçəyi”, “Durnalar ötüşəndə” “Çiçəkdən-çiçəyə”… kitablarında yer almış şeirləri, poemaları əsasən yaddaşından boy göstərən xatirələrin, müşahidələrin bədii təxəyyülündə yaratdığı mənzərələrində öz əksini tapmışdır.

Bu sətirləri yaza-yaza yaxın vaxtlarda M.Dilbazinin “Seçilmiş əsərləri”ndən (2004) tanış olduğum şeirlərini, poemalarını xatırladım. Həmin əsərləri nəzərdən keçirdikcə Vətən dərdləri ilə dolu olan şairin sanki qəlbinin səsini eşidirdim. “Öpün bu qanlı torpağı”, “Türkiyəyə gedən yollar”, “Vətən oğulsuz olmasın”, “Qoymayın ağlayım məni”, “Vəzifə məhək daşıdır”, “İthaflar”, “İnsan və məhəbbət”, “Poemalar”, “Pyeslər”dən ibarət bölmələrin hər birində lirik-romantik istiqamətdə, eləcə də realist üslubda yazdığı əsərlərindəki xalq həyatı, insan taleyi və mənəviyyatı, vətənçilik əxlaqının təsviri məndə böyük təəssürat oyatdı. Aldığım qənaətlər düşüncəmdə Mirvarid Dilbazinin şair, ana obrazını canlandırdı. Ömrünün sonunacan qələm-kağızdan bezməyən, ədəbi-bədii fəaliyyətindən yorulmayan şairin ahıl çağlarının yaradıcılığını gözlərimin önündən keçirdim. Xalqımızın başına gətirilən müsibətlər, torpaqlarımızın işğalı, şəhid oğullarımızın acı taleyi, Qarabağımızın düşmən tapdağı altında inləməsi Mirvarid xanımı korun-korun yandırırdı. Vətənin dar günlərində bu Vətən qızı xalqın taleyini öz həyatında yaşadı. Mirvarid xanım həmin günlərdə ürəyində böyük ağrılar daşıyır, bu ağrıları, yanğılarını isti göz yaşları təki ağ vərəqlərə səpirdi. 1990-cı ilin Yanvar qırğınları yaradıcılığından odlu bir xətlə keçdi. Günü ağlamaqla keçən şairə “ağlama” dedikdə o, haqlı olaraq belə cavab verirdi ki, axı mən necə ağlamayım ki, millət ağlayır… görün, başımızın üstündən necə bir tufanlar əsir, xalqımıza zülm oldu, millət ağlayan yerdə mən necə ağlamayım… O qanlı günlərdə şairin ana qəlbi haray çəkirdi: “Mən bir ana fəryadıyla, İndi sizi, dərdimizi Dinləməyə çağırıram Ey insanlar…” Amma bu ağır günlərdə şair özünə qayıtmağı da bacarır, belə məqamlarda sanki bir səs onu silkələyirdi: “… Dur, ağlama, Düzəlt qəddi-qamətini! Dərdə, qəmə səsləmə sən, Dərddən güclü millətini! Dur! Ağlama! Vətən yolunda canlarından keçənlərə “Rəhmət sizə, ey igidlər!” deyərək, onların bədii obrazını yaradırdı. Şairin öz elindən, yurdundan didərgin düşmüş qaçqınlara həsr etdiyi “Ağla, kamanım ağla”, “Qoymayın ağlayım məni”, eləcə də Qanlı Yanvar günlərində qələmə aldığı “Öpün bu qanlı torpağı”, “Şəhidlər qəbiristanında”, “Qanlı yanvar bayatıları…” kimi şeirlərini ağlamadan, titrəmədən, həyəcansız oxumaq mümkün deyil… O şənbə gecəsində və ondan sonrakı günlərdə ərini, qardaşını itirmiş gəlinlərə, qızlara sənətkar göz yaşları içində deyirdi:

Ağlama kamanım, sazım ağlama!

Sil bu göz yaşını, gözüm, ağlama!

Gəlinim ağlama, qızım, ağlama,

Dərddən güclüləri dərd əyə bilməz!

Qırılan ağacın yerində müdam

Təzə ağac əkər qüdrətli bağban,

Təzə nəsil böyüt, ey dərdi ümman!

Oğulsuz millətə millət deyilməz!

Dərddən güclüləri dərd əyə bilməz!

Bu dərdimizin ardınca gələn Qarabağ ağrıları… Şairin qəlbində hələ uşaqlığından müharibələrə, ölümlərə, itkilərə üsyan edən səsi-sözü burda da haray qoparır: Gah gülümsər gözüm, gah da qan ağlar. Hey dil tutub, ürək ağlar, can ağlar, Ürəyimdə bir Qarabağ qəmi var, Vətən qəmi heç bir qəmə bənzəməz… Sənətkar cənnət yurdumuzu qoruyan igid oğullarımızı bir ana məhəbbətilə vəsf edir, onları el-obaya, Vətənə tanıdır: Vətən dar ayaqda mərd oğul istər, əgər oğulsansa, dur hünər göstər! Döyüşdə sınanır qəhrəman kəslər, Ey vətən, cəsurdu, ərdi Qorxmazın!

Yəqin ki, Mirvarid Dilbazini həyatda görənlər 1990-ci ilin Qanlı Yanvar hadisələrində, ömrünün sonunacan yaşadığı illərdə şairi qara yaylıqda xatırlamamış deyillər. Həmin tarixi günlərdə təkcə bu əlamət, hadisə ilə o, xalqın yaddaşında Azərbaycan qadını, el anası, millətin anası obrazının həqiqi cizgilərini yarada bilmişdi. Qəlbində daşıdığı milli-ictimai bəlaları bir ana kimi öz müşahidələri, yaşantıları ilə təsvir edən şairin xalqın taleyindən yana ağrılarını duymamaq, ondan təsirlənməmək, nəhayət, anamızın səsindən-sözündən ehtizaza gəlməmək, titrəməmək mümkünmü…

Mirvarid Dilbazinin yaradıcılığının bir qolu da uşaq ədəbiyyatı olmuşdur. Şairin balacalar üçün yazdığı nağıllar, şeirlər, hekayələrini bu gün həm uşaqlar, həm də böyüklər sevərək oxuyurlar. 1940-cı ildən başlayaraq, uzun illər kiçik yaşlı uşaqlar üçün əsərlər yazmağı özünün mənəvi borcu hesab edən müəllif, vətən övladlarının düzgün tərbiyə olunması, yurdunu, torpağını sevməsi və vətənpərvər ruhda böyüməsini yaratdığı əsərlərində böyük məhəbbət və məsuliyyətlə təsvir etmişdir. Mirvarid xanım həmişə deyirdi ki, uşaqlar üçün əsərlər yazmaq bütün şair və yazıçıların, ədəbiyyat adamlarının bir ziyalı, vətəndaş borcudur. Biz bu borc hissini heç zaman unutmamalıyıq…

Mənə elə gəlir ki, uşaqlıqdan qəlbinə çökən nisgil, gözlərinə dolan yaş həyatı boyu şairin gözündən-könlündən silinmədi, əksinə, yaddaşında şırım açdı. Taleyinin qarşısına çıxardığı ağrılarla yaşadı, yazdı, yaratdı. Mirvarid Dilbazi şeirlərinin birində deyirdi: “Öz içindən yanan bir ocağam mən, Yandıqca daha gur yanacağam mən!” Həqiqətən, bütün həyatı boyu içində gur bir ocaq çatdı, yana-yana yazdı, yaratdı və özündən sonra ədəbiyyatımız üçün, gənc nəsildən ötrü ibrətamiz, mükəmməl bir ömrün izini qoyub getdi… Ruhu şad olsun.

Xəbəri sosial şəbəkələrdə paylaşın

Bizi sosial şəbəkələrdə izləyin

Nensi Pelosinin xələfi İsrailə qarşı silah embarqosu qoyulmasına çağırır

Dmitri Medvedev: Biz İranla olan münasibətlərimizi başqa ölkəyə qurban verməyəcəyik

Yəmənin husilərin nəzarətində olan Səna şəhərinə bir neçə hava zərbələri endirilib

Media: İran Hörmüz boğazına tam nəzarət etdiyini nümayiş etdirməkdə qərarlıdır

İrakli Kobaxidze: Gürcüstan hər il müdafiə sisteminin gücləndirilməsinə yüz milyonlarla dollar xərcləyir

Fransada lisey şagirdi polis tərəfindən açılan atəşdən sonra bir gözünü itirib

Heqset: ABŞ İranın dəniz blokadasını lazım olduğu qədər davam etdirə bilər

İrakli Kobaxidze: TRIPP layihəsi Orta Dəhlizə rəqib deyil

Siyavuş Kərimi: Ümidvaram ki, "Cənnətin iqamətgahı” filmi beynəlxalq arenada da təqdim olunacaq

İsmayıl Kartal: Azərbaycan və Türkiyə iki dövlət, bir millətdir

Baş nazir: Keşikçidağ ərazisinin demarkasiyası və delimitasiyası üzərində dostcasına işləyirik

Kamran Qasımov: "Cənnətin iqamətgahı” Ordubadın zəngin tarixinin tanıdılmasında mühüm rol oynayacaq

Yoldaşlıq oyunu: "Fənərbağça" "Turan Tovuz"a qalib gəlib

Qazaxıstan teatr kollektivinin Şəkidəki çıxışı maraqla qarşılanıb

Azərbaycan üzgüçüsü: Dünya Kubokunda 7-ci pillədə olmaq pis göstərici deyil VİDEO

Azərbaycan üzgüçüsü: Dünya Kubokunda 7-ci pillədə olmaq pis göstərici deyil VİDEO

Dünya Kuboku: Bakı mərhələsinə yekun vurulub VİDEO

Dünya Kuboku: Bakı mərhələsinə yekun vurulub VİDEO

“BAKU JAZZ FESTIVAL-2026”: Caz bayramının 21 yaşı tamam olur

Türkiyə Prezidenti Şanlıurfadakı Azərbaycan bulvarında yeni yol qovşağının açılışını edib

Milli Aviasiya Akademiyası “ADEX 2026” – 6-cı Azərbaycan Beynəlxalq Müdafiə Sərgisində iştirak edib

Ordubadın tarix və mədəniyyətinə ekran səyahəti – “Cənnətin iqamətgahı”

Suverenlikdən sonrakı mərhələ: VIII Qurultay nitqinin strateji hədəfləri və Azərbaycanın yeni güc formulu - ŞƏRH

Milli Məclisin sədri Sahibə Qafarova Tanzaniyada işgüzar səfərdədir

Ölkəmizdə milli həmrəyliyi yarada biləcək ideologiya yalnız 1993-cü ildən sonra müəyyənləşdirildi – ŞƏRH

Bu saata olan əsas xəbərlər

Səadət Yusifova: Azərbaycanın mədəni irsinə dair yeni filmlər təqdim olunacaq

Yəməndə mülki şəxslər arasında itkilərin sayı 600-ü ötüb

Britaniyada enerji qiymətlərinin ağır qış böhranına səbəb ola biləcəyi barədə xəbərdarlıq edilib

Paytaxtda market və avtomobildən oğurluq edən şəxslər saxlanılıblar

Nəcəf hava limanından İrana gündəlik 40 uçuşa icazə verilib

Heydər Əliyev - Azərbaycanda inkişafın təməlini qoyan siyasi xadim - ŞƏRH

Britaniyada iki İran vətəndaşı terror planı ittihamı ilə məhkəmə qarşısına çıxarılıb

Qalib Qasımov: Qlobal təsirlərə qarşı ən güclü silahımız milli yaddaşımızdır

Sudanda 25-dən çox mülki şəxsin öldürüldüyü iddia edilir

Rəcəb Tayyib Ərdoğan: Ankaranın dostları nə qədər güclü olarsa, Türkiyə də bir o qədər qüdrətli olacaq

Qazaxda Motokros Çempionatının III mərhələsi keçirilib

Media: Efiopiya federal qüvvələri Mekele hava limanına nəzarəti geri qaytarıb

Xaricdə təhsil adı altında dələduzluq edən şəxs saxlanılıb

Bakıda keçiriləcək cüdo üzrə dünya çempionatının püşkü atılıb

Ulu Öndərin dövlət idarəçiliyi konsepsiyasında hüquqi dövlət quruculuğu mühüm yer tuturdu ŞƏRH

Gültəkin Mustafayeva: Azərbaycanı təbliğ etmək bizim üçün şərəfdir

Ölkə ərazisində yağıntılı hava şəraiti davam edir: Dağlıq ərazilərə qar yağıb - FAKTİKİ HAVA

Rusiya XİN xarici vətəndaşlara və diplomatlara Kiyevi yenidən tərk etməyi tövsiyə edib

Azərbaycanın zəngin mədəniyyəti Tbilisinin şəhər günündə nümayiş etdirilib VİDEO

Azərbaycanın zəngin mədəniyyəti Tbilisinin şəhər günündə nümayiş etdirilib VİDEO

“Fənərbağça” rəhbərliyi Ulu Öndər Heydər Əliyevin məzarını və Şəhidlər xiyabanını ziyarət edib

Elçin Məsiyev Millətlər Liqasının oyununa təyinat alıb

Geniş təfəkkürün ensiklopedik elmi baxışları

Nərimanov rayonunda oğurluq edənlər saxlanılıblar

Azərbaycanın uğurlarının əsasında Ulu Öndər Heydər Əliyevin siyasəti dayanır - ŞƏRH

UNEC THE Dünya Universitetləri Reytinqində dünya liderlərini geridə qoyub

Bakıda üzgüçülük üzrə Dünya Kubokunda Azərbaycan rekordları qeydə alınıb

Murad Hüseynov: İlyas Əfəndiyevin irsi həmişə müasir olaraq qalacaq

Professor Eva-Maria Aux: “Kitabi-Dədə Qorqud” Şərq və Qərb arasında möhkəm bir körpüdür VİDEO

Professor Eva-Maria Aux: “Kitabi-Dədə Qorqud” Şərq və Qərb arasında möhkəm bir körpüdür VİDEO

Polşa mətbuatı: Azərbaycan, Gürcüstan və Türkiyə Aralıq Dəhlizində yükdaşımaları sürətləndirməyi hədəfləyir

Günay Əfəndiyeva: İlyas Əfəndiyev öz əqidəsinə və dəyərlərimizə sadiq şəxsiyyət kimi yaddaşlarda yaşayır

Akademik Kamal Abdulla: Drezdendə “Kitabi-Dədə Qorqud”la bağlı simpoziumun keçirilməsi mühüm hadisədir VİDEO

Akademik Kamal Abdulla: Drezdendə “Kitabi-Dədə Qorqud”la bağlı simpoziumun keçirilməsi mühüm hadisədir VİDEO

Rüstəm Orucov: İki qızıl medalla rekordumuzu təkrarlaya bilərik

Drezden Kitabxanasının rəhbəri: “Kitabi-Dədə Qorqud” dastanına dair beynəlxalq tədbirə ev sahibliyi etməkdən məmnunuq VİDEO

Drezden Kitabxanasının rəhbəri: “Kitabi-Dədə Qorqud” dastanına dair beynəlxalq tədbirə ev sahibliyi etməkdən məmnunuq VİDEO

Drezdendə “Kitabi-Dədə Qorqud” dastanı ilə bağlı beynəlxalq elmi simpozium keçirilib VİDEO

Drezdendə “Kitabi-Dədə Qorqud” dastanı ilə bağlı beynəlxalq elmi simpozium keçirilib VİDEO

Silah səslərindən saz avazına: Suqovuşanın yeni həyatından  REPORTAJ  VİDEO

Silah səslərindən saz avazına: Suqovuşanın yeni həyatından REPORTAJ VİDEO

Ulu Öndər Heydər Əliyev müstəqil Azərbaycanın möhkəm təməlini yaratdı - ŞƏRH

DİN: 68 kiloqram narkotik vasitə dövriyyədən çıxarılıb

Torpaq sürüşməsi Quba-Xınalıq yolunu bağlayıb VİDEO

Torpaq sürüşməsi Quba-Xınalıq yolunu bağlayıb VİDEO

Türkiyə Prezidenti: Türk dövlətlərinin həmrəyliyinin sarsılmaz olaraq qalmasını arzulayıram

Ankarada kəlağayı ənənələrinə həsr olunmuş rəsm sərgisi açılıb

Azərbaycanın və İranın xarici işlər nazirləri arasında telefon danışığı olub

Almaniyada ölkənin yenidən birləşməsinin 36-cı ildönümü – Birlik Günü qeyd olunur

Yeni Azərbaycan Partiyasının VIII Qurultayı dövlətçilik siyasətinin yeni mərhələsidir - ŞƏRH

Orxan Səfərov: Cüdoda proqnoz vermək çətindir, lakin komandamızdan yüksək nəticə gözləyirik

Avropa təamları diplomatların təqdimatında: Bakıda Kulinariya Festivalı

İntensiv yağışlarla əlaqədar sukanal idarələri gücləndirilmiş rejimdə çalışır VİDEO

İntensiv yağışlarla əlaqədar sukanal idarələri gücləndirilmiş rejimdə çalışır VİDEO

YAP-ın VIII Qurultayı Azərbaycanın gələcək inkişaf prioritetlərinə işıq salır – ŞƏRH

Kubanıçbek Ömüralıyev: Bu gün Türk Dövlətləri Təşkilatı daha möhkəm təməllər üzərində dayanır

YAP-ın VIII Qurultayında qarşıya qoyulan vəzifələr gələcək uğurlar, zəfərlər üçün yol xəritəsidir ŞƏRH

Heydər Əliyevin siyasəti yaşayır, qalib gəlir və Azərbaycan xalqını xoşbəxt gələcəyə aparır - ŞƏRH

III Beynəlxalq Opera Festivalı Gəncədə sənətsevərləri bir araya gətirib

Bakının bəzi yollarında sürət həddi endirilib

Ümummilli Lider Heydər Əliyev idealları işığında dövlət, Vətən sevgisi ilə yaşamalı, çalışmalıyıq ŞƏRH

Azərbaycanın son illərdə beynəlxalq münasibətlər sistemində artan çəkisi təsadüfi proses deyil ŞƏRH

Ayxan Abbasov: Son oyundakı məyusluğu geridə qoyub, Litvaya qarşı daha yaxşı oynamalıyıq

Proqnoz: Bəzi yerlərdə yağış, dağlıq ərazilərdə isə qar yağacaq

Xalq yazıçısı İlyas Əfəndiyev vəfatının 30-cu ildönümündə məzarı başında anılıb

Suqovuşan və Talış zəfəri: Şimal cəbhəsində strateji üstünlüyü təmin edən əməliyyat VİDEO

Suqovuşan və Talış zəfəri: Şimal cəbhəsində strateji üstünlüyü təmin edən əməliyyat VİDEO

Çində dəmir yolu ilə sərnişin daşınmasında rekord qeydə alınıb VİDEO

Çində dəmir yolu ilə sərnişin daşınmasında rekord qeydə alınıb VİDEO

Tural Gəncəliyev: 3 oktyabr Azərbaycan dövlətçiliyinin möhkəmlənməsi yolunda tarixi dönüşün rəmzlərindəndir

Xalqın inamından tarixi Zəfərə ŞƏRH

“Yeni nəsil energetiklər: Şəbəkənin memarları” ümumrespublika yarışının daha bir regional turu geridə qalıb

Dubay-Ben-Qurion uçuş reysində terror aktına cəhd olub

3 oktyabr – dövlətçiliyimizin taleyini müəyyən edən tarixi seçim - ŞƏRH

Rusiya ordusunun hərbi və komanda məntəqələrinə hava zərbələri endirilib

Bakıda bir sıra yolötürücülərində gecə saatlarında instrumental müayinələr aparılacaq

Ulu Öndərin xarici siyasət kursunda milli maraqların qorunması əsas prinsip idi RƏY

Heydər Əliyev siyasi irsi Azərbaycanın siyasi və iqtisadi suverenliyinin möhkəm təməlidir – ŞƏRH

Suqovuşan qəsəbəsinə və Talış kəndinə köçürülən sakinlərdən 230-u məşğulluq tədbirlərinə cəlb edilib

ADY: Yağışlı və küləkli hava şəraitində dəmir yollarına nəzarət gücləndirilib

Vətəndaşlar “Açıq qapı” günü aksiyalarında pulsuz hüquqi yardımdan yararlanıblar

FHN Qaz Emalı Zavodunda yanğın-taktiki təlim keçirib

Bu saata olan əsas xəbərlər

Vətən müharibəsinin xronikası: 3 oktyabr

Qrız, Xınalıq, Qusar və Şahdağda qar yağır - Faktiki hava

“Ordunun Səsi Radiosu” - bir il sizinlə...