Birinci rübdə ölkənin xarici ticarətində müsbət saldo qeydə alınıb
Bakı, 6 may, AZƏRTAC
Mərkəzi Bankın 2026 və 2027-ci illərin sonuna cari əməliyyatlar hesabının profisiti üzrə proqnozu yaxşılaşma istiqamətində yenilənib.
AZƏRTAC xəbər verir ki, bu barədə Mərkəzi Bankın uçot dərəcəsi və faiz dəhlizinin parametrlərində qeyd olunub.
Bildirilib ki, bu, son vaxtlar əsas ixrac məhsulları üzrə qiymətlərin yüksəlməsi, eləcə də qeyri-neft ixracının genişlənməkdə davam etməsi ilə bağlıdır. Həmçinin cari ilin 4 ayında xarici sektor göstəriciləri əlverişli olaraq qalır.
Gömrük statistikasına əsasən, 2026-cı ilin I rübündə ölkənin xarici ticarətində 1,4 milyard dollar məbləğində müsbət saldo qeydə alınıb ki, bu da ötən ilin müvafiq dövründəki göstəricini 93,3 faiz üstələyir.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 07.05.2026 [19:18]
FAO təmsilçisi: Gənclərin aqrar sahəyə cəlb edilməsi vacib məsələdir
- 07.05.2026 [19:08]
İyirmi beş min abonentin su təchizatı fasiləsiz olacaq
- 07.05.2026 [19:00]
Azərbaycan və Çexiya enerji əməkdaşlığını genişləndirir
- 07.05.2026 [18:58]