Birinci yarımildə bank sektoru üzrə 56,7 milyon manat məbləğində silinmə baş verib
Bakı, 7 oktyabr, AZƏRTAC
Cari ilin ilk 6 ayı ərzində bank sektoru üzrə 56,7 milyon manat məbləğində silinmə baş verib.
AZƏRTAC Mərkəzi Banka istinadla xəbər verir ki, silinmələr əsasən istehlak portfeli üzrə olub. Belə ki, dövr ərzində silinmələrin 61,1 faizi (34,61 milyon manat) istehlak portfeli üzrə, 38,8 faizi (22 milyon manat) isə biznes portfeli üzrə olub.
Bank sektoru üzrə kredit riskləri idarəolunan səviyyədədir. 2025-ci ilin I yarımili ərzində qeyri-işlək portfelin həcmi mütləq ifadədə 20,1 faiz (132 milyon manat) artaraq 787 milyon manat təşkil edib. Qeyri-işlək portfeldə artımın 75 milyon manat hissəsini istehlak kreditləri, 56 milyon manat hissəsini biznes kreditləri, 1 milyon manat hissəsini isə ipoteka kreditləri hesabına baş verib. Nəticədə, qeyri-işlək portfelin cəmi kredit portfelində payı yarımil ərzində 0,4 faiz bəndi artaraq 2,8 faiz təşkil edib.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 07.08.2026 [17:38]
İyulda Enerji Məsələlərini Tənzimləmə Agentliyinə 1837 müraciət daxil olub
- 07.08.2026 [17:28]
Yeddi ayda 6,4 milyondan çox sərnişin dəmir yolundan istifadə edib
- 07.08.2026 [17:12]
Dövlətə məxsus faydalı qazıntı yatağı hərraca çıxarılacaq
- 07.08.2026 [16:33]
Yarım ildə Maliyyə Nazirliyinin aparatına 1090 müraciət daxil olub
- 07.08.2026 [16:12]