Birləşmiş Ərəb Əmirlikləri Dubay “EXPO-2020” sərgisini keçirməyə hazırdır
Əbu-Dabi, 4 avqust, AZƏRTAC
Birləşmiş Ərəb Əmirlikləri gələn il Dubayda möhtəşəm “EXPO-2020” sərgisinin keçirilməsinə hazırdır.
AZƏRTAC xəbər verir ki, bu barədə Beynəlxalq Sərgilər Bürosunun (BSB) Baş direktoru Qonzales Losertales bildirib. Onun sözlərinə görə, BSB-u sərginin hazırlıq işlərindən tamamilə məmnundur. O, qeyd edib ki, BSB-u 2020-ci ilin oktyabrında açılacaq bu qlobal tədbirə Dubayın necə hazırlaşdığını diqqətlə izləyir. Bütün hazırlıq işləri plana uyğun aparılır.
Xatırladaq ki, Azərbaycan Respublikası bu sərgidə öz milli pavilyonu ilə iştirak edəcək.
Asya Hacızadə
AZƏRTAC-ın xüsusi müxbiri
Əbu-Dabi
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 12.06.2026 [23:40]
Minlərlə metallurgiya işçisi Almaniyada etiraz aksiyalarına çıxıb
- 12.06.2026 [21:23]
Şahbaz Şərif: ABŞ və İran arasında sazişin yekun mətni razılaşdırılıb
- 12.06.2026 [21:15]
Əraqçi: İran və ABŞ sazişin imzalanmasına çox yaxındır
- 12.06.2026 [18:24]