Birləşmiş Krallığın ölkəmizdəki səfiri ilə əməkdaşlıq perspektivləri müzakirə olunub
Bakı, 20 sentyabr, AZƏRTAC
Sentyabrın 20-də Azərbaycanın elm və təhsil naziri Emin Əmrullayev Böyük Britaniya və Şimali İrlandiya Birləşmiş Krallığının ölkəmizdəki səfiri Fergus Auld ilə görüşüb.
Elm və Təhsil Nazirliyindən AZƏRTAC-a bildirilib ki, görüşdə təhsil sahəsində əməkdaşlıq əlaqələrinin cari vəziyyətindən məmnunluq ifadə edilib, həmçinin “Gənclərin xarici ölkələrin nüfuzlu ali təhsil müəssisələrində təhsil almalarına dair 2022-2026-cı illər üçün Dövlət Proqramı” çərçivəsində 2023-2024-cü tədris ili üzrə təqaüd qazanmış Azərbaycan vətəndaşlarının təhsil üçün Böyük Britaniyanın ali təhsil müəssisələrinə üstünlük vermələri vurğulanıb və əməkdaşlıq perspektivləri müzakirə olunub.