Azərbaycan Dövlət İnformasiya Agentliyi

Birləşmiş Ştatlar Azərbaycanın ailə və milli dəyərlərini hədəfə alıb - ŞƏRH

Birləşmiş Ştatlar Azərbaycanın ailə və milli dəyərlərini hədəfə alıb -  ŞƏRH

Bakı, 17 sentyabr, AZƏRTAC

Amerika Birləşmiş Ştatları Vətən müharibəsində Azərbaycanın Qələbəsindən sonra Cənubi Qafqazda dayanıqlı sülh və sabitlik mühiti üçün yaranan tarixi şansı özünün maraqlarına təhdid hesab edir. Çünki ABŞ strateji coğrafi mövqeyə malik, yaxud təbii sərvətlərlə zəngin regionlarda maraqlarını yalnız münaqişələr hesabına təmin edir.

Ən azı yaxın tarixdən bəllidir ki, dünyanın ayrı-ayrı bölgələrinə “sülh və demokratiya” adı altında fəlakətlər daşıyan ABŞ, həmin ölkələr və toplumlar artıq müqavimət göstərə bilməyəcək duruma düşdükdən sonra həmin regionu nəzarətə alaraq talan etməyə başlayır. Bir milyondan artıq insanın məhv edildiyi İraq və soyqırımlarına məruz qalan Əfqanıstanın timsalında aydın şəkildə müşahidə edə bilirik ki, dünyada bütün gərginlik nöqtələri ABŞ-ın istəyi və planlarına uyğun yaradılır.

Bu fikirləri AZƏRTAC-a açıqlamasında Milli Məclisin deputatı Bəhruz Məhərrəmov söyləyib.

Onun sözlərinə görə, Azərbaycan və Ermənistan arasında 30 ildən artıq davam etmiş münaqişənin gedişatında da Vaşinqton eyni ssenariyə sadiq qalmış, münaqişənin dondurularaq yekun həllə nail olunmaması üçün bütün vasitələrdən istifadə olunmuş, hətta bu məqsədlə işğal amilinin legitimləşdirilməsinə çalışmışdır. İstər siyasi, istər iqtisadi cəhətdən tam müstəqilliyə nail olan, ciddi ordu quruculuğu həyata keçirən Azərbaycanın güclənməsinin qarşısını almaq üçün ABŞ ölkəmizdə dəfələrlə hakimiyyət çevrilişinə cəhdlər edərək özünün marionetlərindən birini iqtidara gətirmək istəyib. Ölkədə özünü “əsas siyasi müxalifət” elan edən antimilli ünsürlər də bu prosesdə məmnuniyyətlə Vaşinqtonla əməkdaşlıqdan çəkinməyərək illər ərzində davamlı şəkildə okeanın o tayından gələn təlimatlarla çoxsaylı xəyanətlərə imza atıb, ABŞ-ın maliyyə yardımları hesabına ayaqda qalıb.

Lakin ABŞ Azərbaycan xalqının Heydər Əliyev yoluna və İlham Əliyev iqtidarına bağlılığını düzgün hesablaya bilmədiyi üçün hər dəfə fiaskoya uğrayıb. Prezident İlham Əliyevin regionda işğal və təcavüzə, o cümlədən separatizmə ən böyük zərbəsi hesab olunan 44 günlük savaşdakı Qələbəmizdən sonra isə artıq Vaşinqton qeyri-ənənəvi üsullara əl atmaq məcburiyyətində qalıb. Otuz ilə yaxın bir periodda xaltası Vaşinqtonun əlində olan siyasilərdən fayda görməyən ABŞ bu gün Azərbaycanın ən böyük üstünlüklərindən biri olan ailə və milli dəyərlərini hədəfə alıb. LGBT, “feminist” və “NO WAR”çıları maliyyələşdirməklə ABŞ Azərbaycanı daxildən parçalama planına start verib. Bu prosesin icrası isə antiislam və antitürk mövqeyini gizlətməyən radikal-terror təfəkkürlü xüsusi xidmət zabiti Samanta Pauer və onun rəhbərlik etdiyi USAID-ə tapşırılıb. Baxmayaraq ki, bu çirkin məqsədlərlə hər il USAID-ə ayrılan vəsaitlər hesabına regionu mina təhlükəsindən xilas etmək olar, yaxud ən azı yüz mindən çox insanın işğaldan azad olunmuş torpaqlara ləyaqətli qayıdışını təmin etmək mümkündür. Təbii ki, bəşəri dəyərlərin qlobal müdafiəçisi adına iddia edən ABŞ-ı, əslində, bu amillər maraqlandırmır. Nəticə etibarilə qeyri-ənənəvi üsulların da səmərə vermədiyini görərək ABŞ ənənəvi metoda, yenidən vasitəçilik institutuna üz tutub. Artıq münaqişə olmadığı üçün isə Vaşinqton bir müddət öncə yekun sülh müqaviləsinin hazırlanması istiqamətində platforma təşkil edərək proseslərə “töhfəsini” vermək niyyətini bəyan etdi. Bütün dialoq əsaslı platformalardan faydalı formada yararlanmağın mümkünlüyü xəttini tutan Azərbaycan da “Vaşinqton” prosesinə müsbət yanaşdı. Lakin ilk vaxtlar pozitiv meyillər müşahidə olunsa da, Vaşinqtonun maskası cırıldı və artıq ABŞ tədricən özünün çirkin, riyakar və ikiüzlü simasını daha gizlədə bilməməkdədir.

“Regionda sülh və təhlükəsizlikdən danışan ABŞ istər Dövlət Departamentində, istərsə də qanunverici orqanlarında açıq formada separatçılara dəstək verməyə, Azərbaycanın ərazi bütövlüyünə hörmətsizlik ruhunda mühit formalaşdırmağa başlayıb. Baxmayaraq ki, paralel olaraq Vaşinqton elə ərazi bütövlüyü və suverenlik prinsiplərini rəhbər tutaraq Ukrayna, Gürcüstan və Moldovaya münasibətdə “alovlu” bəyanatlar verir, separatizmin yolverilməzliyindən danışır. Azərbaycana münasibətdə isə separatçıların ən böyük dəstəkçilərindən biri kimi məhz Vaşinqton özü çıxış edir. Təsəvvür edin, ABŞ separatçı rejimin terrorçu koordinatorlarını okeanın o tayına səfərə dəvət edib görüşlər keçirərək, cinayətkar rejimin ofisini yaradaraq separatizmə bütün mümkün dəstəyi verib. Eyni zamanda, Dövlət Departamentinin birbaşa dəstəyi ilə fəaliyyət göstərən fondlardan “Qarabağa yardım”, habelə minatəmizləmə adı altında milyonlarla dollar yardım verərək separatizmin maliyyə dayaqlarından birini təşkil edib. Belə olan halda Vaşinqton Ukraynada, yaxud Gürcüstanda separatizmlə mübarizədə səmimi ola bilməz. Çünki ABŞ üçün Ukrayna və Gürcüstanın suverenliyi və ərazi bütövlüyü yox, oradakı münaqişəli vəziyyətin özü maraqlıdır və əslində 40 milyard dollardan artıq vəsait ayırmaqla Vaşinqton Kiyevin haqlarını yox, münaqişənin davamlılığını təmin edib. Məhz bu səbəbdən Vaşinqton bu günə qədər bir dəfə də olsa Rusiya və Ukraynanı sülhə çağırmayıb, əksinə müharibəni daha da körükləyib”, - deyə Bəhruz Məhərrəmov vurğulayıb.

Deputat əlavə edib ki, ABŞ Azərbaycanda da eyni ssenarini rəhbər tutub. Lakin xalq-iqtidar birliyi Vaşinqtonun planlarını uğursuz cəhdlərə çevirib və bundan sonra da bu kimi ikiüzlü niyyətlərin realizə şansı yoxdur. Əksinə, Vaşinqton özü regionda maraqlarını təhlükəyə atır və bu gedişlə artıq regiondan təcrid olunmuş Fransa kimi, ABŞ da bölgəyə kənardan baxmaqla kifayətlənməli olacaq.

Xəbəri sosial şəbəkələrdə paylaşın

Bizi sosial şəbəkələrdə izləyin

Rusiya payız kampaniyası zamanı orduya 120 min nəfər çağıracağını açıqlayıb

Kamçatka sahillərində ardıcıl üç zəlzələ olub

Latviya prezidenti ölkəsində nüvə silahı yerləşdirməyə hazır olduğunu bildirib

ADEX 2026: Elm və müdafiə sənayesi tərəfdaşlığı yeni mərhələdə

Kürdəmirdə toy məclisindən sonra bir neçə qonağın halı pisləşib

Fransa maliyyə bazarlarından rekord məbləğdə borc götürməyə hazırlaşır

İlon Mask müharibələrin gələcəyini araşdıracaq yeni təşəbbüsə rəhbərlik edəcək

Texnologiyanın sərhədləri Bakıda: “ADEX-2026”

Azərbaycanın müdafiə naziri britaniyalı və slovakiyalı həmkarları ilə görüşüb

"Neftçi" basketbol komandası FIBA Avropa Kubokunun əsas mərhələsinə yüksəlib

Zığ şosesində qəza: 8 Noyabr prospekti istiqamətində hərəkət məhdudlaşdırılıb

Fransa şəkərli məhsullara yeni vergi tətbiq etməyi planlaşdırır

Murad Hüseynov: Üzeyir Hacıbəyli Festivalı mədəni əlaqələri genişləndirir

Fransa Böyük Britaniya ilə qeyri-qanuni miqrasiya sazişini dayandırır

Azərbaycan Basketbol Liqası: "Sabah" mövsümə qələbə ilə başlayıb

Şamaxıda yol qəzası ölümlə nəticələnib VİDEO

Şamaxıda yol qəzası ölümlə nəticələnib VİDEO

Mərkəzi Asiyanı Pakistan limanları ilə birləşdirəcək yeni layihə

İşğaldan azad edilmiş ərazilərdə tərbiyəçi-müəllim vəzifəsinə işə qəbul üzrə müsahibə elan edilib

Azərbaycan – Rusiya arasında hərbi sahədə əlaqələrin inkişaf istiqamətləri müzakirə olunub

Bakıda “Tamo sənəti: Azərbaycanda Kolumbiya əl işləri ənənəsi” sərgisi açılıb

MDB ölkələrinin xarici işlər nazirləri Türkmənistanda görüşəcəklər

“ADEX 2026”: BDU rektoru elm–universitet–sənaye əməkdaşlığının vacibliyini diqqətə çatdırıb

“ASELSAN”ın baş direktoru: Qardaş ölkə Azərbaycanla əməkdaşlığımızı gücləndirməyə davam edirik

Üzeyir Hacıbəyli XVIII Beynəlxalq Musiqi Festivalı başa çatıb VİDEO

Üzeyir Hacıbəyli XVIII Beynəlxalq Musiqi Festivalı başa çatıb VİDEO

Səməd Vurğunun oğlu: Atamın poeziyası ideologiyalardan asılı olmayaraq dəyərini qoruyub

Azərbaycan-Yunanıstan enerji tərəfdaşlığının perspektivləri nəzərdən keçirilib

Bu saata olan əsas xəbərlər

“ASELSAN” “ADEX 2026”ya hansı silahlarla gəlib? VİDEO

“ASELSAN” “ADEX 2026”ya hansı silahlarla gəlib? VİDEO

Kəngərlidə ağır qəza olub, 5 nəfər xəsarət alıb VİDEO

Kəngərlidə ağır qəza olub, 5 nəfər xəsarət alıb VİDEO

Ayxan Abbasov: Milli komandalar səviyyəsində zəif rəqib anlayışı qalmayıb

“Birliyin Gücü – 2026” birgə hərbi təlimində hərbi qulluqçular qarşılıqlı təcrübə mübadiləsi aparırlar

İstanbulda beynəlxalq konfransda Kimya İnstitutunun tədqiqatları təqdim olunub

Almaniyada inflyasiya son üç ildə ilk dəfə 3 faizi ötüb

Turan Məmmədəliyeva: “Arşın mal alan” layihəsinin festivala daxil edilməsi bizim üçün qürurvericidir

Emin Mahmudov: Sabah bizim üçün vacib oyun olacaq, qalib gəlmək istəyirik

Azərbaycanın Müdafiə Nazirliyi ilə Türkiyənin müdafiə sənayesi şirkətləri arasında əməkdaşlığa dair müqavilələr imzalanıb

“Mingəçevir Reqatası-2026”nın qızıl medalçısı: Uğurun əsas səbəbi özünəinam və məqsədyönlü məşqlərdir VİDEO

“Mingəçevir Reqatası-2026”nın qızıl medalçısı: Uğurun əsas səbəbi özünəinam və məqsədyönlü məşqlərdir VİDEO

MI5: Çinin kəşfiyyat qurumları Britaniya universitetlərində aparılan tədqiqatlardan istifadə edib

“Mingəçevir Reqatası-2026”nın iştirakçısı: Güclü rəqiblərə baxmayaraq, qalib gəldik VİDEO

“Mingəçevir Reqatası-2026”nın iştirakçısı: Güclü rəqiblərə baxmayaraq, qalib gəldik VİDEO

“Qaya” ansamblının “Arşın mal alan” fantaziyası illər sonra səhnədə

Küləkli hava şəraiti ilə bağlı sarı və narıncı xəbərdarlıq verilib

Azər İlyasov: “Mingəçevir Reqatası-2026”da qalibiyyətə əzmlə nail oldum VİDEO

Azər İlyasov: “Mingəçevir Reqatası-2026”da qalibiyyətə əzmlə nail oldum VİDEO

Azərbaycan məhsulları Minskdə beynəlxalq sənaye sərgisində nümayiş olunur

Cəlilabadda aqrar sahənin inkişafı və yeni subsidiya mexanizmlərinə həsr olunmuş regional müşavirə baş tutub

Ekspert: “ADEX 2026” Cənubi Qafqazda təhlükəsizliyin gücləndirilməsi baxımından əhəmiyyətlidir VİDEO

Ekspert: “ADEX 2026” Cənubi Qafqazda təhlükəsizliyin gücləndirilməsi baxımından əhəmiyyətlidir VİDEO

“Birliyin Gücü-2026” təlimləri Azərbaycan Ordusunun yeni inkişaf mərhələsi üçün zəmin yaradacaq - RƏY

“Yerli icra hakimiyyəti orqanlarının strukturunun və idarə edilməsinin təkmilləşdirilməsi haqqında” Azərbaycan Respublikası Prezidentinin 2025-ci il 10 dekabr tarixli 546 nömrəli Fərmanının icrası ilə əlaqədar Azərbaycan Respublikası Prezidentinin bəzi fərmanlarında və Sərəncamında dəyişiklik edilməsi barədə” Azərbaycan Respublikası Prezidentinin 2026-cı il 24 aprel tarixli 651 nömrəli Fərmanının icrası ilə bağlı Azərbaycan Respublikası Nazirlər Kabinetinin bəzi qərarlarında dəyişiklik edilməsi barədə
Azərbaycan Respublikası Nazirlər Kabinetinin QƏRARI

Baş prokuror MDB-yə üzv dövlətlərin Baş Prokurorlarının Əlaqələndirmə Şurasının 36-cı iclasında iştirak edib

Mingəçevir Reqatasının gümüş mükafatçısı: Hədəfim qızıl medal qazanmaqdır VİDEO

Mingəçevir Reqatasının gümüş mükafatçısı: Hədəfim qızıl medal qazanmaqdır VİDEO

Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2015-ci il 2 fevral tarixli 21 nömrəli Qərarı ilə təsdiq edilmiş “Bağlaşma əsasında həqiqi hərbi xidmətə daxilolmanın halları və Qaydası”nda dəyişiklik edilməsi barədə
Azərbaycan Respublikası Nazirlər Kabinetinin QƏRARI

2026-2030-cu illərdə enerji səmərəliliyinə investisiyalar ildə 3,2 trilyon dollara çatdırılmalıdır - HESABAT

“Gənclər arasında ailənin və nikahın əhəmiyyəti, onun qorunması və möhkəmləndirilməsi məqsədilə erkən nikahın və qohumlar arasında nikahın mənfi nəticələrinə dair maarifləndirmə Qaydası”nın təsdiq edilməsi haqqında” Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2020-ci il 23 iyun tarixli 213 nömrəli Qərarında dəyişiklik edilməsi barədə
Azərbaycan Respublikası Nazirlər Kabinetinin QƏRARI

Prezident İlham Əliyevin sosial şəbəkə hesablarında “ADEX 2026” sərgisi ilə bağlı paylaşım edilib VİDEO

"ADEX 2026": İki qardaş ölkənin birgə istehsalı olan zərbə PUA-sı

Bakıda XIV Beynəlxalq Akustika Mühəndisliyi Forumu keçiriləcək

Azərbaycan istehsalı olan 30 millimetrlik QK qumbaraatanı “ADEX 2026”da nümayiş etdirilir

Tarixçi-alim: Albanlar Qafqaz regionunun yerli əhalisi olub

Mingəçevir Reqatasında medal qazanan Azərbaycan avarçəkənləri mükafatlandırılıb VİDEO

Mingəçevir Reqatasında medal qazanan Azərbaycan avarçəkənləri mükafatlandırılıb VİDEO

Azərbaycan-Türkiyə əlaqələrinin inkişafı regionda yeni investisiya imkanları yaradır - ŞƏRH

Hava şəraiti qeyri-sabit keçəcək, temperatur 5-8 dərəcə enəcək - XƏBƏRDARLIQ

“Hürkuş” yeni nəsil təlim təyyarəsi ilk dəfə “ADEX 2026”da

Prezident İlham Əliyev “ADEX 2026” və “Securex Caspian” sərgiləri ilə tanış olub YENİLƏNİB VİDEO

Azərbaycan Alpaqut Federasiyasının İcraiyyə Komitəsində yeni təyinatlar olub

Baş nazir Əli Əsədov Beynəlxalq Üzgüçülük Federasiyasının prezidenti ilə görüşüb

Azərbaycanın “Erkən hisslər” filmi Avstriyada beynəlxalq festivalda nümayiş olunacaq

Elektron pul köçürmələri ilə bağlı yeni qaydanın qüvvəyə minmə tarixi dəyişdirilib - YENİLƏNİB

Rusiya dizel ixracına qadağanın müddətini uzadıb

Azərbaycan istehsalı olan BARS kamikadze dronu ilk dəfə “ADEX 2026”da nümayiş etdirilir

Aqrar Sığorta Fondu bölgələrdə fəaliyyət göstərən mütəxəssisləri əməkdaşlığa dəvət edir

® "Prime Leasing" Cənub bölgəsində: Cəlilabadda yeni filial qapılarını açdı

Azərbaycan istehsalı olan KİQR 01, KİQR 02 və KİQR 03 ilk dəfə “ADEX 2026“da

Daşkənddə Azərbaycan dili kurslarının yeni tədris ilinin açılışı olub VİDEO

Daşkənddə Azərbaycan dili kurslarının yeni tədris ilinin açılışı olub VİDEO

Qeyri-neft-qaz ixracında yeni mərhələ: Sahibkarlar üçün yeni imkanlar

“ADEX 2026” - Azərbaycanın ilk dəfə nümayiş etdirilən hərbi texnika və silahları açıqlanıb

“Böyük Qayıdış” ekran işığında: “Sabaha doğru”

SOCAR “Halliburton” şirkəti ilə mümkün əməkdaşlıq perspektivlərini dəyərləndirib

“Turan Tovuz” – “İmişli” oyununun yeri dəyişdirilib

Vüqar Bayramov: Maliyyə Monitorinqi Xidmətinin yeni qaydaları çirkli pulların yuyulmasına qarşı mübarizəni gücləndirəcək

Azərbaycan istehsalı olan SİQR 01 və SİQR 02 ilk dəfə ictimaiyyətə nümayiş olunur

Recep Öztop: Türkiyə olaraq Mingəçevir Reqatasında təmsil olunmaqdan məmnunluq duyuruq VİDEO

Recep Öztop: Türkiyə olaraq Mingəçevir Reqatasında təmsil olunmaqdan məmnunluq duyuruq VİDEO

İranın Gürcüstandakı səfiri XİN-ə çağırılıb

® “PAŞA Holding” AFAQ layihəsinə dəstəyini davam etdirir

İndoneziyada gəmi qəzasında ölənlərin sayı 78-ə çatıb

Azərbaycan Ordusunun Baş Qərargah rəisi İran hərbi nümayəndə heyəti ilə görüşüb

Tədqiqat: Dəniz səviyyəsinin yüksəlməsi yabanı dəniz növlərinin yayılma arealını genişləndirə bilər

Vinil valdan notlara: Niyazinin “Arşın mal alan” üzərindəki redaktəsi bərpa edilir

Bakıda Beynəlxalq Konfutsi İnstitutu Günü qeyd olunub

Şavkat Mirziyoyev FIFA prezidenti ilə Azərbaycan və Özbəkistanda keçiriləcək dünya çempionatını müzakirə edib

İnformasiya Texnologiyaları İnstitutunun rəsmisi: “OpenAI” ilə əməkdaşlıq yeni imkanlar yaradacaq

Azərbaycanın stolüstü tennisçiləri Tbilisidən 5 medalla qayıdırlar

“Qarabağa Qayıdış – İlk Texnika Festivalı” Zəngilanda VİDEO

“Qarabağa Qayıdış – İlk Texnika Festivalı” Zəngilanda VİDEO

Mustafa Mehmandarov: Üzeyir bəyin “Azərbaycan xalq musiqisinin əsasları” kitabı bu gün də misilsiz qaynaqdır

Beynəlxalq İnvestisiya Forumu xarici investorlarla yerli sahibkarlar arasında əməkdaşlıq imkanlarını genişləndirir – MÜSAHİBƏ VİDEO

Beynəlxalq İnvestisiya Forumu xarici investorlarla yerli sahibkarlar arasında əməkdaşlıq imkanlarını genişləndirir – MÜSAHİBƏ VİDEO

Mingəçevir Reqatası: Azərbaycan avarçəkənləri daha 7 medal qazanıblar VİDEO

Mingəçevir Reqatası: Azərbaycan avarçəkənləri daha 7 medal qazanıblar VİDEO

“Elm və həyat” jurnalında ədəbiyyat məsələləri” monoqrafiyası çap olunub

BMU “ADEX 2026”da müdafiə sənayesi üçün əhəmiyyətli 11 elmi-tədqiqat nəticəsini təqdim edir

Azərbaycanı U-17 Avropa çempionatında 21 boksçu təmsil edəcək

Payızın ilk “Ulduz”u

Qazi: Övladının gözü yolda qalan silahdaşımın yerinə şəhid olmaq istəyirdim VİDEO

Qazi: Övladının gözü yolda qalan silahdaşımın yerinə şəhid olmaq istəyirdim VİDEO

Böyük Britaniyanın Aİ-yə yenidən qoşulması nəzərdən keçirilə bilər