BİŞKEKDƏ AZƏRBAYCAN KİTABI BAYRAMI KEÇİRİLƏCƏKDİR
AZƏRTAC-ın xüsusi müxbiri xəbər verir ki, Türkdilli Ölkələrin Siyasətinə Dəstək İctimai Fondunun təşəbbüsü ilə iyulun sonunda ümummilli lider Heydər Əliyevin 85, tanınmış yazıçı və alim Mir Cəlal Paşayevin 100 illik yubileyləri münasibətilə Bişkekdə Azərbaycan kitabı bayramı keçiriləcəkdir.
Fondun sədri Nüsrət Məmmədov bildirmişdir ki, bayram tədbirində ümummilli lider Heydər Əliyevin həyat və fəaliyyəti ilə əlaqədar kitablar və fotoalbomlar, Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsi, erməni terrorizmi, 20 Yanvar faciəsi, Xocalı soyqırımı, xalqımızın tarixi, ədəbiyyatı, mədəniyyəti, incəsənəti ilə bağlı müxtəlif kitablar, broşürlər, nümayiş etdiriləcəkdir.
Bayram tədbirində Azərbaycan incəsənət ustaları konsert proqramı ilə çıxış edəcəklər.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 08.08.2023 [11:22]
Balaca bir damcı hər şeyi dəyişəcək: nanosensor istehsalında inqilab
- 03.08.2023 [04:43]
Böyük Britaniyada ilk dronlu poçt texnologiyası sınaqdan keçirilib
- 29.07.2023 [12:15]