Bitkiçilik təsərrüfatlarında zərərvericilərə qarşı aparılan mübarizə tədbirləri beynəlxalq ekspertlə müzakirə edilib
Bakı, 13 yanvar, AZƏRTAC
Fitosanitar məsələlər üzrə beynəlxalq ekspert Gintaras Lapinskas Avropa İttifaqının dəstəyi ilə keçirilən “Azərbaycanda sanitar və fitosanitar tədbirlərin gücləndirilməsi” adlı tvinninq layihəsi çərçivəsində Qida Təhlükəsizliyi İnstitutunun rəhbər və mütəxəssis heyəti ilə görüşüb.
Agentliyin İnformasiya təminatı və innovativ həllər şöbəsindən AZƏRTAC-a verilən məlumata görə, görüşdə bitki sağlamlığı sahəsində ölkəmiz üçün aktual mövzular ətrafında geniş fikir mübadiləsi aparılıb. Zərərli orqanizmlərin risk təhlilinin aparılması və azad zonanın yaradılması ilə əlaqədar müzakirələr aparılıb.
Beynəlxalq ekspert qızılı kartof nematodunun aşkarlanması zamanı görülməli tədbirlər, meyvə və tərəvəzlərdə, o cümlədən pomidorda aşkarlanan zərərvericilər, onlara qarşı aparılan mübarizə tədbirləri və meyvə-tərəvəzlərdə pestisid qalıqlarının insan orqanizminə təsiri haqqında fikirlərini bölüşüb.
Görüşdə bitki sağlamlığı sahəsində aktual mövzular və mövcud problemlər barədə institutun mütəxəssisləri beynəlxalq ekspertlə geniş fikir mübadiləsi aparıblar.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 26.08.2023 [14:39]
Laçında özünüməşğulluq proqramının icrasına başlanılıb
- 26.08.2023 [11:48]
“Ay Laçın” – doğma və kövrək duyğularla VİDEO
- 25.08.2023 [17:45]
Avqust ayının müavinət, təqaüd və ünvanlı sosial yardımları tam ödənilib
- 25.08.2023 [17:38]
Qida sahəsində fəaliyyət göstərən 7 müəssisədə nöqsanlar aşkarlanıb
- 25.08.2023 [14:17]
® “Xonça” şirniyyat sahəsində yeni texnologiyaları ölkəyə gətirir
- 25.08.2023 [12:22]
“Könüllü DOST” proqramına ötən dövrdə 96,1 min müraciət olub
- 25.08.2023 [12:04]
“YAŞAT” düşərgəsinin altıncı həftəsi başa çatıb
- 25.08.2023 [11:48]