“Bloomberg”: ABŞ-də İranla bağlı açıqlamalarla əlaqədar mümkün insayder ticarəti araşdırılır
Bakı, 24 aprel, AZƏRTAC
Yaxın Şərqdəki müharibə fonunda neft və fond bazarlarında baş verən kəskin dalğalanmalar İranla bağlı açıqlamalar ərəfəsində mümkün insayder ticarətinə işarə edə bilər.
AZƏRTAC xəbər verir ki, bu barədə “Bloomberg” agentliyi məlumat yayıb.
Bildirilib ki, bəzi treyderlər mühüm açıqlamalardan az əvvəl irihəcmli əməliyyatlar apararaq böyük qazanc əldə ediblər. Məsələn, aprelin 7-də qısa müddətdə milyardlarla dollar dəyərində neft müqavilələri satılıb, bundan sonra ABŞ Prezidenti Donald Trampın atəşkəslə bağlı paylaşımı fonunda neft ucuzlaşıb, səhmlər isə bahalaşıb.
Oxşar hal martın 23-də də qeydə alınıb. Prezidentin İranla bağlı qərarından az əvvəl böyük həcmdə satışlar həyata keçirilib və açıqlamadan sonra bazarlarda kəskin dəyişiklik baş verib.
Agentlik qeyd edir ki, ABŞ Əmtəə Fyuçersləri Ticarət Komissiyası məsələ ilə bağlı araşdırmaya başlayıb. Hazırda Ağ Ev əməkdaşlarının bu əməliyyatlardan qazanc əldə etdiyini təsdiqləyən sübut yoxdur, lakin onlara məxfi məlumatlardan istifadə etməmələri barədə xəbərdarlıq edilib.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 15.06.2026 [20:07]
Karpat hövzəsinin qədim sakinləri
- 15.06.2026 [19:37]
Rusiyada bombardmançı təyyarə qəzaya uğrayıb
- 15.06.2026 [19:05]
ABŞ Prezidenti G7 sammitində iştirak etmək üçün Cenevrəyə eniş edib
- 15.06.2026 [18:42]
Zelenski G7 sammiti çərçivəsində Putinlə görüşməyi təklif edib
- 15.06.2026 [17:47]
Üç aylıq missiyadan sonra “Şarl de Qoll” aviadaşıyıcısı Fransaya qayıdır
- 15.06.2026 [17:31]