Azərbaycan Dövlət İnformasiya Agentliyi

BMT-də dinlərarası və mədəniyyətlərarası dialoqun təşviqinə Azərbaycanın töhfəsi müzakirə edilib

BMT-də dinlərarası və mədəniyyətlərarası dialoqun təşviqinə Azərbaycanın töhfəsi müzakirə edilib

Vaşinqton, 1 iyun, AZƏRTAC

Azərbaycan Respublikasının BMT yanında daimi nümayəndəsi Yaşar Əliyev mayın 31-də “Sülh və inkişaf uğrunda mədəniyyətlərarası dialoq” adlı tədbirdə bəyanatla çıxış edib. AZƏRTAC xəbər verir ki, tədbir Dünya Dialoq və İnkişaf naminə Mədəni Müxtəliflik Günü münasibətilə keçirilib.

Y.Əliyev Dünya Dialoq və İnkişaf naminə Mədəni Müxtəliflik Günü ilə əlaqədar bu mühüm tədbirin təşkilinə görə Kolumbiya, Macarıstan, Qətər, Seneqal, Slovakiya və Vanuatunun daimi nümayəndəliklərinə təşəkkür edərək bildirib ki, “2030-cu ilədək olan dövr üçün inkişaf sahəsində gündəliy”in məqsədlərində sülh sözü dəfələrlə xatırlanır, sülhün təşəkkülünə və dəstəklənməsinə yönəldilmiş səylərdə bütün üzvlərin bərabərhüquqlu iştirakı dəstəklənir. Sənəddə dünyanın təbii və mədəni müxtəlifliyi də alqışlanır və etiraf edilir ki, bütün mədəniyyətlər və sivilizasiyalar dayanıqlı inkişafın irəliləməsinə öz töhfəsini verə bilər.

Diplomat bildirib ki, Azərbaycan Birləşmiş Millətlərin daha yekdil, kompleks, səmərəli və məhsuldar fəaliyyətinin təmin edilməsinə yönəldilən islahatların keçirilməsi ilə bağlı BMT Baş katibinin səylərini tam dəstəkləyir. İlk növbədə, münaqişələrin aradan qaldırılmasına, nizamlanmasına və sülhün dəstəklənməsinə diqqət yetirilməsi sülh mədəniyyətinin və mədəniyyətlərarası dialoqun inkişafına yeni dinamika verib.

Y.Əliyev Azərbaycanın töhfəsindən danışarkən vurğulayıb ki, bizim çoxmillətli və çoxmədəniyyətli cəmiyyətimizi birləşdirən multikulturalizm və tolerantlıq Azərbaycanda ənənəvi dəyərlərdir. O deyib: “Mənim hökumətim mədəniyyətlərarası və dinlərarası dialoqun milli və beynəlxalq səviyyələrdə təşviqinə, ilk növbədə, əhəmiyyət verir”. Diplomat bildirib ki, 2016-cı il Azərbaycanda Multikulturalizm İli, 2017-ci il isə İslam Həmrəyliyi İli elan edilib.

Y.Əliyev daha sonra deyib: “Mədəniyyətlər və sivilizasiyalar arasında təbii körpü kimi Azərbaycanın rolu 2015-ci ildə birinci Avropa Oyunlarının və 2017-ci ildə İslam Həmrəyliyi Oyunlarının keçirilməsində, habelə başqa mühüm beynəlxalq tədbirlərin təşkilində özünü göstərib. 2016-cı ilin aprelində Azərbaycanda Birləşmiş Millətlər Təşkilatının Sivilizasiyalar Alyansının VII Qlobal Forumu keçirilib. Bu forumda 147 ölkədən 4000-dən çox nümayəndə iştirak edib. Bakı Bəyannaməsi bu Forumun mühüm yekunu olub. Bəyannamədə bütün dünyada müxtəlif dinlərin və mədəniyyətlərin ardıcılları arasında imkanların genişlənməsinə və dialoqun təşviqinə yönəlmiş təşəbbüslər qəbul edilib”.

Diplomat bildirib ki, Bakı prosesi belə təşəbbüslər sırasındadır. Azərbaycanın rəhbərliyi ilə həyata keçirilən Bakı prosesi dinlərarası və mədəniyyətlərarası dialoqu inkişaf etdirmək üçün irimiqyaslı platforma yaradır. BMT-nin Baş katibi sülh mədəniyyətinə dəstək, dünyanın maraqlarına uyğun olaraq dinlərarası və mədəniyyətlərarası dialoq, anlaşma və əməkdaşlıq barədə sonuncu məruzəsində mədəniyyətlərarası dialoqun təşviqində Bakı prosesinin mühüm rolunu xüsusi xatırladıb. Azərbaycanın UNESCO, ISESCO, BMT-nin Sivilizasiyalar Alyansı, Dünya Turizm Təşkilatı, Avropa Şurası ilə əməkdaşlıq şəraitində iki ildən bir təşkil etdiyi Ümumdünya Mədəniyyətlərarası Dialoq Forumu Bakı prosesinin ayrılmaz tərkib hissəsidir. 2017-ci ildə Bakıda keçirilən “Mədəniyyətlərarası dialoqun inkişafı: insan təhlükəsizliyi, sülh və davamlı inkişaf üçün yeni imkanlar” mövzusunda IV Ümumdünya Mədəniyyətlərarası Dialoq Forumunda 120-dən çox ölkədən təqribən 800 əlaqədar tərəf iştirak edib.

Y.Əliyev qeyd edib ki, BMT-nin Baş Məclisi “Dinlərarası və mədəniyyətlərarası dialoqun, qarşılıqlı anlaşmanın və sülh naminə əməkdaşlığın təşviqi” adlı A/Res/72/136 qətnaməsində Ümumdünya Mədəniyyətlərarası Dialoq Forumuna əsaslanaraq onu mədəniyyətlərarası dialoqun dəstəklənməsi üçün mühüm qlobal platforma adlandırıb. Bu il Bakı prosesinin 10-cu ildönümü qeyd edilir və bu münasibətlə silsilə tədbirlər təşkil ediləcək, o cümlədən 2018-ci il oktyabrın 4-6-da Bakıda yüksək səviyyəli VI Beynəlxalq Humanitar Forum keçiriləcək. Mədəniyyətlərarası dialoqa, sülh mədəniyyətinə və multikulturalizmə dair uğurlu təşəbbüslərin Birləşmiş Millətlər Təşkilatı və geniş beynəlxalq birlik tərəfindən davamlı surətdə dəstəklənməsi dinc və inklüziv cəmiyyətlərin yaradılması, stereotiplərin və yanlış təsəvvürlərin aradan qaldırılması və inkişaf proseslərinin həyata keçirilməsi üçün böyük əhəmiyyət daşıyır.

Azərbaycanın daimi nümayəndəsi Y.Əliyev nitqinin sonunda bildirib ki, Azərbaycan qarşılıqlı anlaşmaya dəstək və müxtəlifliyə hörmət səylərini davam etdirməyə çalışır və bu istiqamətdə əməkdaşlığın genişlənəcəyini səbirsizliklə gözləyir.

Yusif Babanlı

AZƏRTAC-ın xüsusi müxbiri

Vaşinqton

Xəbəri sosial şəbəkələrdə paylaşın

Bizi sosial şəbəkələrdə izləyin

Dünya çempionatı: Niderland və Yaponiya milliləri heç-heçə ediblər

Tramp Hörmüz boğazının tam açıldığını və blokadanın aradan qaldırıldığını elan edib

ABŞ və İran sülh sazişi üzrə razılığa gəliblər, imzalanma iyunun 19-na təyin olunub

Konqoda “Ebola” virusundan ölənlərin sayı 180 nəfəri ötüb

Lev İvanov: Övladlarımıza səhvlərimizi və mənfi emosiyalarımızı deyil, sevgi, sevinc və xoşbəxtlik ötürməliyik

Naxçıvanda iki nəfərin xəsarət alması ilə nəticələnən yol qəzası baş verib

Prezident İlham Əliyev ABŞ Prezidenti Donald Trampı 80 illik yubileyi münasibətilə təbrik edib

“Türk dünyasının gənclər paytaxtı” statusu Xivəyə təhvil verilib

Ukrayna nəşrində Milli Qurtuluş Günü ilə bağlı məqalə dərc olunub

Şamaxıdakı Beynəlxalq Barbekü Festivalı mükafatlandırma ilə başa çatıb

Diaz Ahmetjanov: Tatar xalqının milli “Sabantuy” bayramı İçərişəhərdə ilk dəfə təşkil edilir

Azərbaycan karateçisi Mərakeşdə qızıl medal qazanıb

Prezident İlham Əliyevin sosial media hesablarında Milli Qurtuluş Günü münasibətilə paylaşım edilib

Birinci vitse-prezident Mehriban Əliyeva Milli Qurtuluş Günü münasibətilə paylaşım edib

Almaniya millisi dünya çempionatına böyükhesablı qələbə ilə başlayıb

Missuri ştatında təyyarə qəzaya uğrayıb, 12 nəfər ölüb

Serbiya Prezidenti ilk dəfə Gürcüstana rəsmi səfərə edəcək

Azərbaycanın qazandığı uğurların əsasında 33 il əvvəl formalaşdırılan dövlətçilik modeli dayanır- ŞƏRH

Putin və Tramp arasında telefon danışığı olub

Tbilisinin mərkəzindəki yaşayış binasında güclü yanğın baş verib

Üçüncü Beynəlxalq Mənəvi və Bədən Təcrübələri Festivalı – “Nine Senses Fest 2026” başa çatıb

Ermənistan MSK parlament seçkilərinin son nəticələrini açıqlayıb

Azərbaycan şahmatçısı beynəlxalq turnirdə çempionluğu təmin edib

İçərişəhərdə tatar xalqının “Sabantuy” milli bayramı təntənəli şəkildə qeyd olunub

Nizami Gəncəvinin Marneuli şəhərindəki büstü yenidən bərpa olunur - REPORTAJ

Siklon Avropanı ağuşuna alır: Aidiyyəti qurumlar yüksək hava şəraitinə hazırlaşır

Tramp Beyrutdakı hücumuna görə Netanyahuya əsəbləşib

G7 sammiti öncəsi Evian-le-Bən və Cenevrədə misli görünməmiş təhlükəsizlik tədbirləri

Mədəni qastrol proqramının növbəti ünvanı Xankəndi şəhəri olub

Avropa Kuboku: Azərbaycan basketbol millisi final mərhələsinə vəsiqə qazanıb

Türkiyənin hakim partiyası: Avropa Parlamenti nüfuzunu itirir

Tramp İranla sülh müqavilənin yaxın 2-3 saat ərzində imzalanmasının gözlənildiyini deyib

Rusiya və Türkiyənin xarici işlər nazirləri Cənubi Qafqaz və Yaxın Şərqdəki vəziyyəti müzakirə edəcəklər

Bu saata olan əsas xəbərlər

“Axios”: İsrail ABŞ tərəfini Livanın cənubuna bugünkü hücumla bağlı qabaqcadan məlumatlandırıb

Ukraynanın Krivoy-Roq şəhərində Milli Qurtuluş Günü qeyd edilib

Xarici sərmayədarlar Küveytdə 15 il yaşamaq hüququ əldə edə biləcəklər

Zelenski ilə Tramp arasında telefon danışığı olub

FHN: Binə qəsəbəsində açıq ərazidə baş verən yanğın söndürülüb

Tramp: İranla sülh sazişinə çox yaxın olduğumuz bir gündə Beyruta hücum baş verməməli idi

Qahirədə qeyri-adi əməliyyat: Pasiyentin mədəsindən 100 ədəd metal əşya çıxarılıb

Avropa Kuboku: Azərbaycan basketbol millisi finala yüksəlib

İsrail Beyrutun cənubundakı hədəflərə zərbələr endirib

Şəhid mayor Elnur Hacıyevin xatirəsi anılıb

“Gimnastika hamı üçün” festivalı başa çatıb

Baş katib: “Gimnastika hamı üçün” festivalına maraq ildən-ilə artır

Qarabağın və Şərqi Zəngəzurun aqrar gələcəyi ilə bağlı yeni planlar nələrdir? VİDEO

Qarabağın və Şərqi Zəngəzurun aqrar gələcəyi ilə bağlı yeni planlar nələrdir? VİDEO

BDU-nun nəzdində “Gənc istedadlar” liseyində “Son zəng”

Peru Prezidenti Azərbaycan səfirinin etimadnaməsini qəbul edib

Almatıda TDT-nin Beynəlxalq Gənclər Düşərgəsi başa çatıb

Prezidentin köməkçisi Hikmət Hacıyev ilə Ermənistanın Təhlükəsizlik Şurasının katibi Armen Qriqoryan arasında işgüzar görüş keçirilib

Heydər Əliyevin Ukrayna xalqı qarşısında xidmətləri – tarixi faktlar və rəylər

Milli Qurtuluş Günü dövlətçiliyin xilası, xalqın birliyi və gələcəyə inamın təntənəsidir- ŞƏRH

Sərhədçi gənc əsgərlər Vətənə sədaqət andı içiblər

Oğuzda Milli Qurtuluş Günü qeyd olunub

Müdafiə Nazirliyi həftəlik icmalı təqdim edib VİDEO

Müdafiə Nazirliyi həftəlik icmalı təqdim edib VİDEO

Türkiyədə “Ankara Hava Limanı”nın açılışı olacaq

Ebola virusu Konqoda sürətlə yayılır

Beynəlxalq konfrans iştirakçıları Ulu Öndər Heydər Əliyevin məzarını, Şəhidlər xiyabanını və “Türk şəhidliyi” abidəsini ziyarət ediblər

Ukraynalı filosof: Heydər Əliyevin qayıdışı ilə onilliklər boyu düşünə bilən bir dövlətin təməli qoyulurdu

Aİ siyasətçilərinin demoqrafik böhranla bağlı narahatlıqları artıb

AAYDA: Sel suları nəticəsində zədələnmiş 25 avtomobil yolunda infrastruktur bərpa edilir

Milli Qurtuluş Günü münasibətilə vətəndaşlara pulsuz hüquqi yardım göstərilib

Xətai rayonunda şəhid mayor İlqar Verdiyevin şərəfinə ucaldılmış abidənin açılışı olub VİDEO

Xətai rayonunda şəhid mayor İlqar Verdiyevin şərəfinə ucaldılmış abidənin açılışı olub VİDEO

Britaniyada həkimlər hökumətin yeni təklifindən sonra tətili təxirə salıblar

Kurık limanında Trans-Xəzər fiber-optik kabel xətti üçün yük qəbul edilib

Zelenski Rusiya ərazilərinə endirilən hava zərbələrinin detallarını açıqlayıb

Aygün Attar: Bu günün güclü, qalib və suveren Azərbaycanı Heydər Əliyev dövlətçilik məktəbinin parlaq nəticəsidir

Bakı-Naxçıvan-Bakı marşrutu üzrə bu günə olan reyslər ləğv olunub VİDEO

Bakı-Naxçıvan-Bakı marşrutu üzrə bu günə olan reyslər ləğv olunub VİDEO

Qazaxıstan-Rusiya sərhədində yük maşınlarının sıxlığı müşahidə olunur

Britaniya La-Manş boğazında Rusiyanın “kölgə donanmasına” məxsus neft tankerini saxlayıb

Azərbaycanda sabaha gözlənilən hava proqnozu açıqlanıb

Akkan Suver: Azərbaycan öz uğurlarının əsasını 15 iyun 1993-cü ildə qoyulmuş dövlətçilik kursuna borcludur

Türkiyə Avropa Parlamentində səsverməyə çıxarılacaq layihəyə etiraz edib

Abşeron rayonunda Milli Qurtuluş Günü təntənə ilə qeyd edilib

Azərbaycan şahmatçıları dünya çempionatında mübarizə aparacaqlar

Bu saata olan əsas xəbərlər

MDU-nun rektoru: Milli Qurtuluş Günü Azərbaycan təhsilinin uğurlu gələcəyinə gedən yolun təməlidir

“Yüksəliş” müsabiqəsinin əyani mərhələsinin son turu təşkil olunub

Balakəndə “Qurtuluşdan Zəfərə” konfransı baş tutub

Qurtuluşdan Böyük Zəfərə: Heydər Əliyev siyasətinin tarixi nəticələri

Mədəniyyət Nazirliyi yazıçı-dramaturq Hidayət Orucovun vəfatı ilə bağlı məlumat yayıb

Fuad Rəsulov: Bu gün minlərlə xəstənin həyatının xilas edilməsində dövlət dəstəyi mühüm rol oynayır

Ağdamda ildırım düşməsi nəticəsində baş vermiş yanğın söndürülüb – YENİLƏNİB

Türkiyə millisi dünya çempionatına məğlubiyyətlə başlayıb

Dünya bazarında qızıl və gümüş bahalaşıb

Dünya birjalarında neft ucuzlaşıb

Yəmənli alpinist vulkan kraterinə yıxılaraq ölüb

Milli Qurtuluş Günü və məhkəmə hakimiyyətinin formalaşması

İyunun 14-ü Ümumdünya Qan Donoru Günüdür

15 İyun Türk dünyasının strateji birliyinə aparan yolun başlanğıcı oldu - ŞƏRH

Konqoda Eboladan ölənlərin sayı 149-a çatıb

Floridada helikopter qəzaya uğrayıb, dörd nəfər xəsarət alıb

ABŞ-dən İrana dəniz blokadası: 141 ticarət gəmisi ələ keçirilib

Dünya çempionatı: Braziliya millisi xal itirib

Kaluqa hava limanı fəaliyyətini dayandırıb

Ralf Ranqnik Avstriya millisi ilə yeni müqavilə imzalayıb

Şimali Koreyadan ABŞ-yə cavab: Nüvə dövləti olaraq qalacağıq

İsveçrə yığması dünya çempionatları tarixində ilk penalti qolunu vurub

“Axios”: ABŞ və İran arasında atəşkəsi uzadacaq virtual memorandum hazırlanır