BMT-də şəhər sakinlərinin bir hissəsini elektromobillərə köçürməyi vəd ediblər
Beynəlxalq Atom Enerjisi Agentliyinin ekspertləri belə güman edirlər ki, havaya nisbətən az karbon qazı buraxan, ekoloji cəhətdən təmiz nəqliyyata keçilməsi hökumətlərin, şirkətlərin və xüsusi şəxslərin ümumilikdə 70 trilyon dollaradək vəsaitə qənaət etməsinə imkan verəcək. Hazırda parnik qazı tullantılarının dörddə bir, dünyada istifadə edilən enerjinin isə beşdə bir hissəsi nəqliyyatın payına düşür.
Sammitdə elektriklə işləyən avtomobillərin satışı həcminin artırılmasına dair təşəbbüs də irəli sürülüb. Şəhərlərdə istifadə etmək üçün satılan avtomaşınların illik dünya həcmində elektriklə işləyən avtomobillərin payını 2030-cu ilədək 30 faizə çatdırmaq planlaşdırılır.
Avropa, Çin, Rusiya, Hindistan və ABŞ da daxil olmaqla 240 üzvü olan Beynəlxalq Dəmiryolları İttifaqı isə az karbon qazı buraxan dəmir yolu nəqliyyatı sisteminə dair təşəbbüs irəli sürüb. Bu təşəbbüs sərnişinlərin və yüklərin daşınması üçün dəmir yollarından daha fəal istifadə edilməsinə yönəldilib, habelə 2050-ci ilədək bu sahədə parnik qazları emissiyasının 75 faiz azaldılmasını nəzərdə tutur.