BMT-NİN BAŞ KATİBİ ÜMUMDÜNYA QAÇQINLAR GÜNÜ MÜNASİBƏTİLƏ BEYNƏLXALQ İCTİMAİYYƏTƏ MÜRACİƏT QƏBUL ETMİŞDİR
Müraciətdə daha sonra deyilir ki, BMT-nin Qaçqınlar üzrə Ali Komissarlığı son 50 il ərzində münaqişələr nəticəsində doğma ocaqlarından didərgin salınmış və yaşayış yeri əldə etmək arzusunda olan 50 milyondan artıq insana kömək etmişdir. Bununla belə, hazırda bu qurumun mühafizəsi altında olan 17 milyon insanın böyük əksəriyyəti doğma yurd-yuvalarına qayıtmaq arzusu ilə yaşayır. Təkcə ötən il 1,1 milyon qaçqın öz doğma evinə qayıtmışdır.
BMT-nin müraciəti bu fikirlərlə tamamlanır: “Çox təəssüf ki, heç bir zaman doğma ev-eşiyinə qayıda bilməyəcək qaçqınlar da vardır. Onlar üçün çıxış yolu, sığınacaq tapdıqları ilk ölkədə məhkunlaşmaq, bu mümkün olmadıqda isə üçüncü bir dövlətdə həyatlarına yenidən başlamaqdır. Həmin prosesdə qaçqınlara sığınacaq verən ölkələrin humanizmini unutmaq olmaz. Ümumdünya Qaçqınlar günündə bütün ölkələri qaçqınlara qarşı humanist olmağa çağırırıq”.