BMT-NİN TƏHLÜKƏSİZLİK ŞURASI DƏNİZ QULDURLARINA GÜC TƏTBİQ ETMƏYƏ İCAZƏ VERMİŞDİR
AZƏRTAC xarici KİV-lərə istinadla xəbər verir ki, BMT Təhlükəsizlik Şurasının açıq iclasında marağı olan dövlətlərə Somalinin ərazi sularında quldurlara qarşı mübarizə məqsədi ilə hərbi gəmilərdən istifadə üçün altı aylıq mandat verən qətnamə yekdilliklə qəbul edilmişdir.
Qurumun rəsmi saytında deyilir ki, ABŞ və Fransanın hazırladıqları sənədin mətni bu ilin aprelindən müzakirə olunsa da, dəniz quldurlarının hücumlarının artması onun qəbulunu tezləşdirmişdir.
Hazırda bir neçə xarici gəmi dəniz quldurlarının əlindədir. Quldurlar Niderlanda məxsus “Amiya Scan” gəmisinin 9 nəfərdən ibarət heyətini, o cümlədən kapitanı, üç Rusiya zabitini, habelə beş filippinli matrosu Somali sahillərində saxlayırlar.
Bundan əlavə, dəniz quldurları göyərtəsində 15 heyət üzvü, o cümlədən dörd ukraynalının olduğu Almaniyanın “Lehmann Timber” gəmisini də azad etməmişlər. Bu il Somali sularında quldurlar tərəfindən 26 gəmi ələ keçirilmişdir.
Bir qədər əvvəl məlum olmuşdur ki, “Amiya Scan” gəmisi zorla geri qaytarılacağı təqdirdə, quldurlar gəminin heyət üzvlərini öldürmək niyyətindədirlər. Bu bəyanat Somali hökumətinin girovları azad etmək məqsədi ilə əsgərlərin göndəriləcəyi barədə məlumatına cavab olaraq səsləndirilmişdir.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 11.06.2026 [19:58]
Təhlükəli maddələrlə bağlı insident səbəbindən Pentaqon təxliyə olunur
- 11.06.2026 [19:31]
Dünya Bankı qlobal iqtisadi artım proqnozunu aşağı salıb
- 11.06.2026 [19:24]
Astanada keçirilən C5+1 dialoqunda TBNM-in inkişafı müzakirə olunub
- 11.06.2026 [18:58]