BMT: Somalidə şiddətli yağışlar 770 min insana təsir edə bilər
Bakı, 22 aprel, AZƏRTAC
BMT-nin Humanitar Məsələlərin Əlaqələndirilməsi Ofisinin məlumatına görə, Somalinin 22 rayonunda gözlənilən güclü yağış və daşqınların təxminən 770 min insana təsir edəcəyi gözlənilir.
AZƏRTAC “Relief Web” saytına istinadla xəbər verir ki, BMT-nin ofisi ölkənin əksər bölgələrində şiddətli yağışların başladığını, lakin hələlik daşqınlar barədə məlumat daxil olmadığını bildirib. Ofis Somalinin paytaxtı Moqadişoda yağışların gözlənilən təsirini azaltmaq üçün plan hazırlayıb və bu məqsədlə təcili resurslara ehtiyac duyulduğunu vurğulayıb.
Məlumatda, həmçinin insanları təxliyə etmək, Şabelle və Cuba çayları boyunca lazımi yerlərə yardım çatdırmaq üçün 51 qayığın hazır olduğu qeyd edilib.
Xatırladaq ki, 2023-cü ilin sonlarında güclü yağış və daşqınlar 1,6 milyon insanın evlərini tərk etməsi ilə nəticələnib. Bu ilin mart ayında şiddətli yağışların bəzi ərazilərdə vəba epidemiyasına səbəb olması ilə bağlı əhaliyə xəbərdarlıq edilib.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 16.10.2026 [13:25]
Türk nazir: İstanbul tarixinin ən böyük sel fəlakətlərindən birini yaşadı
- 16.10.2026 [12:38]
Qırğızıstanda seçkilər ərəfəsində İctimai Müşahidə Mərkəzi yaradılacaq
- 16.10.2026 [11:46]
Səudiyyə Ərəbistanında Asiya çempionatına hazırlıqlar davam etdirilir
- 16.10.2026 [11:30]
Fransada inflyasiya səviyyəsi 3,1 faizə çatıb
- 16.10.2026 [11:28]
Nigeriyada hərbi hissəyə hücum nəticəsində 20 nəfər ölüb
- 16.10.2026 [11:05]