BMT Tramp dönəmində ABŞ-dan maliyyələşmənin azalacağından ehtiyatlanır
Bakı, 16 yanvar, AZƏRTAC
BMT-nin idarələri ABŞ-ın yeni seçilmiş prezidenti Donald Trampın yanvarın 20-də vəzifəsinin icrasına başladıqdan sonra quruma daha az maliyyə ayıracağından narahatdır.
AZƏRTAC xəbər verir ki, France-Presse agentliyi bu barədə BMT nümayəndələrinə və analitiklərinə istinadla məlumat yayıb. Agentliyin həmsöhbətləri ABŞ-dan maliyyənin azalmasının öhdəsindən gələ biləcəklərini, lakin bunun çox çətin olacağını bildiriblər.
Ekspertlərin fikrincə, Ağ evin gələcək sahibi BMT-nin Əhali Fondunun, Qlobal Sağlamlıq Mərkəzinin, Ümumdünya Səhiyyə Təşkilatının, Gender Bərabərliyi Strukturunun, İnsan Hüquqları üzrə Ali Komissarlıq Bürosunun maliyyəsini kəsə bilər. Avropa İttifaqı ölkələri isə BMT-nin köməyinə gəlmək üçün əlavə vəsaitlərinin olmadığını açıq şəkildə vurğulayıblar.
Vaşinqton BMT-nin əsas donorlarından biri olaraq qalır və ABŞ-ın maliyyə köçürmələri təşkilatın 2022-ci il büdcəsinin üçdə birindən çoxunu təşkil edir. Donald Tramp 2020-ci ildə Ağ evin təkid etdiyi dəyişiklikləri həyata keçirməkdən imtina etdiyi üçün Ümumdünya Səhiyyə Təşkilatı ilə münasibətləri tamamilə dayandırmaq niyyətində olduğunu bildirib. O, eyni zamanda, Ümumdünya Səhiyyə Təşkilatının Çinin tam nəzarətində olduğunu iddia edib.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 08.08.2026 [16:35]
Cevdet Yılmaz: Türkiyənin təhlükəsizliyi onun sərhədlərindən başlamır
- 08.08.2026 [13:27]
Rusiya regionlarına PUA hücumları nəticəsində yeddi nəfər xəsarət alıb
- 08.08.2026 [08:37]
Kolumbiya ABŞ-nin “Amerika Qalxanı” alyansına qoşulur
- 08.08.2026 [08:21]
Böyük Britaniyada enerji borcları rekord həddə çatıb
- 08.08.2026 [06:06]
Alimlər Sibirdə metan emissiyalarının artdığını bildiriblər
Bu saata olan əsas xəbərlər
- [20:00]
Çimərliyə gedənlərə XƏBƏRDARLIQ
- [16:31]
Türkiyə klubu Nəriman Axundzadənin transferini açıqlayıb
- 07.08.2026 [23:54]
Pentaqon dronlara qarşı 400 milyon dollarlıq lazer sistemləri alır
- 07.08.2026 [23:45]
ABŞ İrana kömək edən iki kriptovalyuta birjasını sanksiyaya məruz qoyub
- 07.08.2026 [22:46]
Almaniyada hərbi obyekt üzərində naməlum PUA-lar qeydə alınıb
- 07.08.2026 [22:37]
Kəpənəklər bütün dünyada yaşayış areallarını dəyişməyə başlayıb
- 07.08.2026 [22:22]
Tovuzda iki avtomobil toqquşub, xəsarət alan var
- 07.08.2026 [21:42]
Antarktida buzlaqları civə mənbəyinə çevrilir
- 07.08.2026 [21:20]
İsmayıllıda yol qəzası olub, 5 nəfər xəsarət alıb
- 07.08.2026 [21:15]
Türkiyə XİN: Yunanıstanın qərarı bizim üçün heç bir hüquqi nəticə doğurmur
- 07.08.2026 [20:02]
Bu saata olan əsas xəbərlər
- 07.08.2026 [20:00]
İranın idman və gənclər naziri Bakı Su İdman Sarayında olub
- 07.08.2026 [19:15]
Parisdən xəbərdarlıq: Fransa seçki prosesinə xarici müdaxilələrə dözməyəcək
- 07.08.2026 [19:06]
Naxçıvan idmançıları turniri 43 medalla başa vurublar
- 07.08.2026 [18:05]