BMU-da Respublika Fənn Olimpiadasının yarımfinal mərhələsi keçirilib





Xırdalan, 17 fevral, AZƏRTAC
Bakı Mühəndislik Universitetində (BMU) Respublika Fənn Olimpiadasının informatika fənni üzrə yarımfinal turu baş tutub.
BMU-dan AZƏRTAC-a bildirilib ki, yarımfinal turun birinci günündə informatika fənindən aşağı yaş qrupu üzrə yarımfinal mərhələsi, növbəti gün isə 10-11-ci sinif şagirdlərinin iştirak etdiyi yuxarı yaş qrupu üzrə yarımfinal mərhələsi keçirilib. BMU-da təşkil olunan olimpiadada iki gün ərzində 135 şagird fəal iştirak edib.
Qeyd edək ki, Respublika Fənn Olimpiadasında ümumilikdə aşağı və yuxarı yaş qrupları üzrə 2100-dən çox şagird final mərhələsinə vəsiqə qazanmaq üçün mübarizə aparıb.