BÖLGƏLƏRARASI STANDARTLAŞDIRMA BİRLİYİNİN XIII QURULTAYI ÖZ İŞİNƏ BAŞLAMIŞDIR
AZƏRTAC-ın müxbiri xəbər verir ki, qurultayda Azərbaycan Respublikası Standartlaşdırma, Metrologiya və Patent üzrə Dövlət Agentliyinin baş direktoru Xalidə Məsimova Türk Standartları İnstitutunun dəstəyi ilə baş tutan bu tədbirin əhəmiyyətindən danışmışdır. O demişdir ki, keçən əsrin sonunda başlanmış siyasi sistemlərin islahatları, istehsalata və cəmiyyətdə baş vermiş dəyişikliklər keyfiyyətin rolu barədə təsəvvürləri tamamilə dəyişdirmişlər. İnsan həyatı və sağlamlığı, ətraf mühitin qorunması məsələləri ön plana çəkilir, bu istiqamətlərdə birgə səylərin əhəmiyyəti artır. Ümumdünya Ticarət Təşkilatında birləşən və bu təşkilata üzv olmağa çalışan dövlətlərin eyni texniki dildə danışması üçün Beynəlxalq Standartlaşdırma Təşkilatı, Avropa Standartlaşdırma Təşkilatı və digər beynəlxalq və regional təşkilatlar tərəfindən səmərəli iş aparılır.
Qurultayda dövlət rəsmiləri, TSE, CEN, CENELES, BASB, AZSTAND qurumlarının rəhbərləri standartlaşdırma sahəsində bu gün həyata keçirilən yeni və qlobal yanaşmaların qarşıya qoyduğu vəzifələrdən, birliyə daxil olan ölkələrin qarşılıqlı əməkdaşlığından, əldə edilmiş təcrübələrdən danışmış, gələcək iş istiqamətləri barədə məlumat vermişlər.
Qurultay aprelin 8-də öz işini başa çatdıracaqdır.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 30.09.2026 [20:55]
MDB ölkələrinin xarici işlər nazirləri Türkmənistanda görüşəcəklər
- 30.09.2026 [16:59]
Ali Məclisin 2026-cı il payız sessiyasının ilk iclası keçirilib
- 30.09.2026 [16:01]
Dövlət Qulluğu ilə bağlı yeni qanun layihəsi birinci oxunuşda təsdiqlənib
- 30.09.2026 [13:05]