Azərbaycan Dövlət İnformasiya Agentliyi

Bölgələrdəki mədəniyyət ocaqlarında Xocalı faciəsi ilə bağlı anım tədbirləri

Bakı, 27 fevral, AZƏRTAC

Xocalı şəhərində erməni faşistlərinin dinc əhaliyə qarşı həyata keçirdiyi soyqırımından 31-ci il ötür. Xocalı qətliamı təkcə Azərbaycan xalqına deyil bütün insanlıq əleyhinə cinayətdir.

AZƏRTAC xəbər verir ki, bölgələrdəki mədəniyyət müəssisələrində XX yüzilliyin ən qanlı faciələrindən olan Xocalı soyqırımının 31-ci ildönümü ilə bağlı anım tədbirləri keçirilib.

Quba rayon MKS-nin Mərkəzi Kitabxanasının oxu zalında “Yaddaşın unudulmayan tarixi” adlı anım tədbiri təşkil olunub. “Xocalı - uşaqlı, cavanlı, qocalı. Unutmayacağıq!” adlı videoçarx və “Əsrin faciəsi - Xocalı” adlı sərgi nümayiş edilib.

MKS-nin Uşaq şöbəsinin təşkilatçılığı ilə “Xocalı uşaqların gözü ilə” adlı rəsm və kitab sərgisi açılıb. Sərgidə Xocalı faciəsinə həsr olunmuş kitablar və oxucuların çəkdikləri rəsmlər nümayiş olunub.

B.Səfəroğlu adına Quba rayon Mədəniyyət Mərkəzində "Xocalı faciəsinə beynəlxalq miqyasda hüquqi qiymətin verilməsində Ulu Öndər Heydər Əliyevin rolu" mövzusunda tədbir keçirilib. Çıxış edənlər bildiriblər ki, dövlətimizin haqlı mövqeyini bütün dünyaya çatdıran Prezident İlham Əliyev işğal altında olmuş torpaqlarımızı azad etməklə yanaşı, həm də dünya ictimaiyyətinin diqqətini erməni vandalizminə cəlb etməyə nail olur. Dövlətimizin başçısının uğurlu xarici siyasəti və gərgin əməyi nəticəsində hazırda dünyanın bir çox dövlətləri Xocalı faciəsini soyqırımı kimi tanıyır. Tədbirdə faciənin şahidləri xatirələrini bölüşüb, “Xocalı faciəsi rəssamların gözü ilə” ümumrayon rəsm müsabiqəsinin qaliblərinə fəxri fərmanlar təqdim edilib. Bədii hissədə rayon Mədəniyyət Mərkəzinin "Rast" muğam üçlüyünün ifası və “Quba Könüllülər Teatrı”nın yerli yazar Ramiz Ramazanlının “Zəfər tacı” əsəri əsasında hazırladığı kompozisiya təqdim olunub.

Ağdaş Dövlət Rəsm Qalereyası tərəfindən "Xocalını unutmayaq, unutdurmayaq!" adlı rəsm müsabiqəsinin yekun sərgisi açlıb. Qaliblər sertifikat və hədiyyələrlə təltif olunub.

Zərdab rayon MKS-nin Mərkəzi Kitabxanasının əməkdaşları və Zərdab şəhər 4 nömrəli ümumi orta məktəb kollektivinin birgə təşkilatçılığı ilə “Xocalı soyqırımını unutma!” başlığı altında anım tədbiri keçirilib.

Salyan Dövlət Rəsm Qalereyasında "Unutma, unutdurma!" adlı rəsm sərgisi açılıb.

Salyan rayon Mədəniyyət Mərkəzində Xocalı faciəsinin 31-ci ildönümünə həsr olunan tədbir keçirilib. Mərkəzin solistləri Vətənə, şəhidlərə həsr olunan mahnılar ifa ediblər.

Salyan rayon Mədəniyyət Mərkəzinə tabe müəssisələrdə də Xocalı soyqırımının qurbanları anılıb.

İsmayıllı Dövlət Rəsm Qalereyasında "Xocalı faciəsi uşaqların gözü ilə" mövzusunda rəsm sərgisi nümayiş olunub.

Şamaxı rayon Heydər Əliyev Mərkəzi və şəhər M.Hadi adına 9 nömrəli tam orta məktəbin birgə təşkilatçılığı ilə “Xocalı soyqırımı bütün bəşəriyyətə qarşı cinayətdir!” adlı tədbir keçirilib. Çıxış edənlər Xocalı faciəsinin bütün insanlığa qarşı ən ağır cinayət olduğunu, xalqımızın başına gətirilən bu müsibətin, həmin qanlı hadisələrin heç zaman unudulmayacağını söyləyiblər. Sonda məktəblilərin ifasında kompozisiya və “Xocalı qətliamı” filmi nümayiş etdirilib.

Şəki Heydər Əliyev Mərkəzi və şəhər İcra Hakimiyyətinin birgə təşkilatçılığı ilə keçirilən tədbirdə çıxış edənlər Xocalı faciəsinin insanlığa, dinc əhaliyə qarşı törədilən dəhşətli cinayət olduğunu diqqətə çatdırıblar. Qeyd olunub ki, bu gün Xocalı soyqırımı ilə bağlı həqiqətlərin beynəlxalq aləmdə təbliği və günahkarların öz cəzasını alması istiqamətində Prezident İlham Əliyevin və Birinci vitse-prezident Mehriban Əliyevanın rəhbərliyi ilə ardıcıl tədbirlər həyata keçirilir. Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyevanın təşəbbüsü ilə keçirilən “Xocalıya ədalət!” kampaniyası çərçivəsində Xocalı soyqırımının dünyada tanıdılması istiqamətində məqsədyönlü işlər aparılır.

Şəki Dövlət Rəsm Qalereyasında “Xocalı harayı” adlı tədbir keçirilib. Şagirdlər soyqırımına həsr olunmuş bədii kompozisiyalar nümayiş etdirib, şeirlər söyləyib, səhnəciklər göstəriblər. Tədbirdə, həmçinin mövzu ilə bağlı videoçarx nümayiş etdirilib.

Astara rayonunda Xocalı faciəsinin 31-ci ildönümü qeyd edilib. Əvvəlcə qonaqlar rayon Mədəniyyət Mərkəzində Xocalı soyqırımından bəhs edən fotosərgi ilə tanış olublar. Sonra Kakalos Xalq teatrı kollektivinin və məktəblilərin ifasında kompozisiya təqdim edilib.

Ağdam rayon Heydər Əliyev Mərkəzində keçirilən anım tədbirində çıxış edənlər ermənilərin Azərbaycan xalqına qarşı zaman-zaman törətdiyi faciələrdən, soyqırımı siyasətindən, Xocalı faciəsinin başvermə səbəbləri, mahiyyəti, acı nəticələri, ermənilərin dinc əhaliyə qarşı törətdikləri vəhşiliklər barədə danışıblar.

Füzuli rayonunun Horadiz şəhərində yerləşən Heydər Əliyev Mərkəzində “Xocalı həqiqətlərinin dünyaya çatdırılmasında Ulu öndər Heydər Əliyevin xidmətləri” adlı tədbir keçirilib.

Beyləqan rayon Mədəniyyət Mərkəzində keçirilən tədbirdə mərkəzin “Gənclik” xalq teatrı tərəfindən Xocalı faciəsinin 31-ci ildönümünə həsr olunmuş “Vətən sənə canım fəda!” adlı kompozisiya təqdim olunub.

Şəmkir rayon Heydər Əliyev Mərkəzində şəhər Ə.Cavad adına tam orta məktəbin şagirdləri üçün Xocalı faciəsindən bəhs edən film göstərilib.

Gədəbəy Aşıq Məktəbində "Xocalı - 1992" adlı sərgi təşkil edilib.

Sabirabad rayon Heydər Əliyev Mərkəzində "Ümummilli lider Heydər Əliyevin Xocalı soyqırımını bütün bəşəriyyətə qarşı tarixi soyqırımı kimi qiymətləndirməsi" adlı anım tədbiri keçirilib. Tədbirdə "Xocalı - 26 fevral" qısametrajlı filmi izlənilib, soyqırımına həsr olunan sərgi nümayiş etdirilib.

Şirvan şəhər Heydər Əliyev Mərkəzi və Şirvan Dövlət Rəsm Qalereyasının birgə təşkilatçılığı keçirilən tədbirdə Xocalı faciəsini əks etdirən "Sonsuz dəhliz" filmi göstərilib.

Masallı Dövlət Rəsm Qalereyası, Tüklə kənd Sənətkarlıq klubu və Tüklə kənd Ə.İbadov adına tam orta məktəbinin birgə təşkilatçılığı ilə məktəbdə Xocalı soyqırımının 31-ci il dönümünə həsr olunmuş tədbir keçirilib. Şagirdlər Xocalıya həsr olunmuş şeirlər söyləyib, səhnəciklər nümayiş etdiriblər.

Yardımlı Dövlət Rəsm Qalereyasında “Xocalını unutmayaq!” başlığı altında sərgi təşkil edilib. Sərgidə qalereyanın dərnək üzvlərinin mövzu ilə bağlı çəkdikləri rəsmlər nümayiş olunub.

Ağstafa rayon Mədəniyyət Mərkəzində "Xocalı - qan yaddaşım, könül yaram" adlı anım tədbiri keçirilib. Xocalı faciəsinə həsr olunmuş "Bir millətin kədəri" adlı sənədli film nümayiş olunub. Sonda Ağstafa rayon Mədəniyyət Mərkəzi əməkdaşlarının iştirakı ilə hazırlanmış ədəbi-bədii kompozisiya və "Qisas qiyamətə qalmadı" adlı tamaşa təqdim olunub.

Qazax rayon Mədəniyyət Mərkəzində Qazax rayon mədəniyyət müəssisələrinin birgə təşkilatçılığı ilə "Unutmayın" adlı tədbir keçirilib. Qazax Rayon İcra Hakimiyyətinin başçısı Rəcəb Babaşov qeyd edib ki, Xocalı soyqırımı heç vaxt Azərbaycan xalqının yaddaşından silinməyəcək. Bu soyqırımı təkcə Azərbaycan xalqına qarşı törədilmiş soyqırımı deyil, eyni zamanda bütün bəşəriyyətə qarşı törədilmiş cinayətdir. Sonra Qazax şəhər 1 və 2 nömrəli Uşaq musiqi məktəbləri şagirdlərinin və rayon Mədəniyyət Mərkəzinin "Göyəzən" ansamblı üzvlərinin ifasında Xocalıya, Azərbaycana həsr olunmuş musiqilər səsləndirilib. Qazax şəhər 2 nömrəli Uşaq musiqi məktəbinin hazırladığı səhnəcik göstərilib.

Tovuz rayon Aşıq Ə.Cəfərov adına Mədəniyyət Mərkəzində keçirilən tədbirdə mərkəzin nəzdində fəaliyyət göstərən Xalq teatrının hazırladığı “Xocalı - sağalmaz yaram!” adlı ədəbi-bədii kompozisiya təqdim olunub. “Bir millətin kədəri” adlı film nümayiş etdirilib.

Gəncə şəhər Zərif Qayıbov adına 5 saylı Uşaq musiqi məktəbində “Xocalı soyqırımı - qan yaddaşımız!” adlı tədbir keçirilib. Məktəbin Xalq çalğı alətləri şöbəsinin müəllim və şagirdləri Xocalı soyqırımına həsr olunmuş musiqi nömrələri səsləndiriblər.

Goranboy rayon MKS-nin Təklə kənd kitabxana filialı və kənd məktəbi "Əsrin faciəsi" adlı tədbir keçirib. Şagirdlər faciəyə həsr edilmiş şeirlər söyləyiblər.

Xəbəri sosial şəbəkələrdə paylaşın

Bizi sosial şəbəkələrdə izləyin

Suraxanı və Qaradağın bəzi ərailərinin qaz təchizatında fasilə olacaq

Paytaxtda avtoxuliqanlıq edən sürücü həbs olunub

Qızıl 107 dollar ucuzlaşıb

Birjalarda neft bahalaşıb

Xiyabani küçəsi ilə Xarici Dairəvi yolun kəsişməsindəki hərəkət sxemi əsaslı şəkildə dəyişdiriləcək

Hərbi Prokurorluğun rəhbərliyi hərbi qulluqçuların xidmət və məişət şəraiti ilə tanış olub

İmişli Şəkər Zavodunun boş anbarında baş verən yanğının görüntüləri VİDEO

İmişli Şəkər Zavodunun boş anbarında baş verən yanğının görüntüləri VİDEO

Qızılın qiyməti son bir ayyarımın minimumuna düşüb

® Bakıda “Xsolla” şirkətinin Tədqiqat və İnkişaf Mərkəzi fəaliyyətə başlayıb

FHN: Ötən həftə ərzində 469 yanğına çıxış olub, 4 nəfərin meyiti təhvil verilib

Yaponiyanın yeni raket sistemləri ilk dəfə ABŞ-lə birgə təlimlərdə nümayiş etdiriləcək

Ümumdünya Quduzluqla Mübarizə Günü: Ölümlə nəticələnən təhlükədən necə qorunmalı?

London Fairford bazasına hücum planında İranın mümkün rolunu araşdırır

Bakıda bəzi yollarda nəqliyyatın hərəkətində sıxlıq yaranıb

Tramp süni intellektlə bağlı bəyanat verəcək

İran ABŞ ilə Nyu-Yorkda yeni danışıqlar raundu planlaşdırmır

Yasamal və Nizami rayonlarında elektrik enerjisinin verilişində məhdudiyyət yaranacaq

Əraqçi: Tehran istənilən münaqişəyə tab gətirməyə hazırdır

“Politico”: Aİ dörd ölkə üçün mərhələli üzvlük planları hazırlayır

Tramp ABŞ-dən dizel yanacağı ixracına qadağa qoyulmasını nəzərdən keçirir

Polşa öz ərazisində “Patriot” istehsalı zavodunun tikintisini təklif edib

“Hizbullah” Livanı İsraillə ikitərəfli danışıqları dayandırmağa çağırıb

İraq ABŞ-dən İranla uçuşlara icazə verməsini istəyir

Xaçmazda baş verən avtoqəza ilə əlaqədar xəstəxanaya 9 nəfər müraciət edib YENİLƏNİB VİDEO

Xaçmazda baş verən avtoqəza ilə əlaqədar xəstəxanaya 9 nəfər müraciət edib YENİLƏNİB VİDEO

Tokayev: Xəzərdə həlak olan hərbçilərə xilasetmə jiletləri verilməyib

Media: Netanyahu BƏƏ Prezidenti ilə görüşmək üçün gizli şəkildə Əbu-Dabiyə gedib

Elnarə Zeynalova: Yubiley tədbirləri gənclərdə klassik irsə marağı artırır

Kiyevdə soydaşlarımızın da çalışdığı bazara hava zərbəsi endirilib, ölənlər var

Vətən müharibəsi şəhidləri İstanbulda anılıblar

Fransada Senat seçkilərinin ilk nəticələri: sağçı və mərkəzçi qüvvələr öndədir

Vuçiç Serbiya prezidenti vəzifəsindən istefa verib

Qərbi Azərbaycan İcması Zəfər parkını ziyarət edib

Rotterdamda şəhidlərimizin xatirəsi ehtiramla yad edilib

Çimərlik güləşində Azərbaycan millisi tarix yazıb

Müdafiə Nazirliyi həftəlik icmalı təqdim edib VİDEO

Müdafiə Nazirliyi həftəlik icmalı təqdim edib VİDEO

27 Sentyabr: Zəfərin böyüklüyü və fədakarlığın məsuliyyəti - ŞƏRH

Lənkəranda Anım Günü ilə bağlı 500 ağac əkilib

ADPU və filiallarında Anım Günü silsilə tədbirlərlə qeyd edilib

Samir Qulamov: "Bir nəfəs qədər" Azərbaycanda Zəfərə həsr olunan ilk səhnə əsərlərindən biridir

AzTU kollektivi Zəfər parkında şəhidlərin xatirəsinə ehtiramını bildirib

BMU-nun kollektivi Zəfər abidəsini ziyarət edib

Helsinki Azərbaycan Evində 27 Sentyabr – Anım Günü qeyd olunub

AHİK əməkdaşları Anım Günündə Zəfər parkını ziyarət ediblər

Mədəniyyət Nazirliyinin kollektivi şəhidlərin xatirəsini yad edib

Əmanətlərin Sığortalanması Fondunun kollektivi Zəfər Parkını ziyarət edib

Altmış yeddi yaşlı həmyerlimiz ölkəmizi 52-ci Berlin Marafonunda təmsil edib

Anım Günü: Zəfərin qəhrəmanları dərin ehtiramla yad edilib - YENİLƏNİB-2 VİDEO

Anım Günü: Zəfərin qəhrəmanları dərin ehtiramla yad edilib - YENİLƏNİB-2 VİDEO

“AzerGold” QSC-nin kollektivi Zəfər parkını və şəhid əməkdaşlarının məzarlarını ziyarət edib

Gürcü politoloq: 27 Sentyabr Cənubi Qafqazda yeni inkişaf mərhələsinin başlanğıcıdır

Zəfərə aparan yolun başlanğıcı - ŞƏRH

Dövlət Komitəsinin kollektivi Anım Günündə şəhidlərin xatirəsini yad edib

Azərbaycan Ordusunda Anım Günü silsilə tədbirlərlə qeyd olunub

Bu saata olan əsas xəbərlər

Media və Yayım Şurasının kollektivi Zəfər parkını ziyarət edib VİDEO

Media və Yayım Şurasının kollektivi Zəfər parkını ziyarət edib VİDEO

Diasporla İş üzrə Dövlət Komitəsinin əməkdaşları və xaricdəki soydaşlarımız Zəfər parkını ziyarət ediblər

Niyazinin mənzil-muzeyində Anım Gününə həsr edilmiş tədbir təşkil olunub

BDU kollektivi şəhidlərin xatirəsini ehtiramla yad edib

Malayziyada yaşayan Azərbaycan icması şəhidlərimizin xatirəsini yad edib

Nic qəsəbəsindəki kilsədə şəhidlərimiz anılıb

XRİTDX Anım Günü ilə əlaqədar şəhidlərin xatirəsini ehtiramla anıb

Azərbaycan millisi UEFA Millətlər Liqasına heç-heçə ilə başlayıb - YENİLƏNİB-2

Vətən müharibəsi şəhidlərinin əziz xatirəsi İranda anılıb

Osloda Anım Günü: Şagirdlər şəhidlərimizə həsr olunmuş xüsusi guşə yaradıblar

AQTA-nın kollektivi şəhidləri anıb

Maliyyə Nazirliyinin kollektivi Zəfər parkını ziyarət edib

Türkiyənin Milli Müdafiə Nazirliyi: Azərbaycan qəhrəmanlarının xatirəsini ehtiramla yad edirik

Britaniyada terror aktı hazırlığında şübhəli bilinən 5 nəfər saxlanılıb

Şəhidlərin xatirəsinə ehtiram: Tərtər və Ağdamda anım mərasimləri

Türkiyə Prezidenti: Qarabağ Azərbaycan torpağıdır, əbədi olaraq belə də qalacaq

Elmi ictimaiyyətin nümayəndələri şəhidlərimizin xatirəsini ehtiramla anıblar

İqtisadiyyat Nazirliyinin kollektivi Zəfər parkında şəhidlərin xatirəsini yad edib

Şimal bölgəsində silsilə anım tədbirləri və ağacəkmə aksiyaları təşkil olunub

ANAMA rəhbərliyi Zəfər parkını ziyarət edib

“Zəfərə doğru uzanan yol” - Trakya Universitetində konfrans

27 Sentyabr – Anım Günü Varşavada qeyd olunub

Milli Kitabxanada Anım Gününə həsr olunmuş virtual və ənənəvi sərgi açılıb

ƏƏSMN kollektivi Anım Günündə şəhidlərimizin xatirəsini anıb

Qazaxıstanda hərbi islahat planı hazırlanacaq

Mahir Emreli Litva ilə oyunda qol vuraraq əsgər salamı verib

Şimal-qərb bölgəsində Anım Günü: Şəhidlərin məzarları ziyarət olunub

AZƏRTAC-ın kollektivi Zəfər parkını ziyarət edib VİDEO

AZƏRTAC-ın kollektivi Zəfər parkını ziyarət edib VİDEO

Zelenski: Ukrayna ordusu Donetsk vilayətində mühüm nəticələr əldə edib

Sankt-Peterburqda Anım Gününün altıncı ildönümü qeyd olunub

Mehmet Daniş: Vətən müharibəsi Türkiyə-Azərbaycan qardaşlığının daha bir nümunəsidir

Kənd Təsərrüfatı Nazirliyinin kollektivi şəhidlərimizin xatirəsini ehtiramla yad edib

FHN kollektivi Zəfər parkını ziyarət edib

Tovuz və Qazaxda Anım Günü qeyd olunub

Anım Günü: İnsan hüquqları üzrə müvəkkil şəhidlərin xatirəsinə ehtiramını bildirib

Lənkəran və ətraf rayonlarda şəhidlərin xatirəsi yad edilib

Zəngilanda və Cəbrayılda şəhidlərin xatirəsi yad olunub VİDEO

Zəngilanda və Cəbrayılda şəhidlərin xatirəsi yad olunub VİDEO

Şahin Bayramov: Anım Günü tarixi Zəfərimizin və milli dirçəlişimizin simvoludur

ETSN kollektivi şəhidlərin xatirəsini anıb

“Torpaqları azad edirik, bayraqları asırıq...” - şəhid həyat yoldaşının son telefon danışığı VİDEO

“Torpaqları azad edirik, bayraqları asırıq...” - şəhid həyat yoldaşının son telefon danışığı VİDEO

Şəhid ailələrinin “Zəfərin izi ilə” Şuşaya səfəri təşkil olunub

Energetika Nazirliyinin kollektivi Zəfər parkını ziyarət edib

Millətlər Liqası: Litva və Azərbaycan yığmalarının start heyətləri açıqlanıb

Milli yaddaş, sülh və Böyük Qayıdış: Azərbaycan gəncliyindən beynəlxalq təşkilatlara müraciət

SEPAH ABŞ-yə məxsus pilotsuz sualtı aparatın ələ keçirildiyini açıqlayıb

Yeni Azərbaycan Partiyasının nümayəndələri Zəfər parkını ziyarət ediblər VİDEO

Yeni Azərbaycan Partiyasının nümayəndələri Zəfər parkını ziyarət ediblər VİDEO

İordaniya mediasında 27 Sentyabr – Anım Günü haqqında məqalələr dərc edilib