Bolqarıstanda koronavirusa yoluxanların sayında artım müşahidə edilir
Sofiya, 22 avqust, AZƏRTAC
Bolqarıstanda sutka ərzində koronavirusa 169 yeni yoluxma halı qeydə alınıb. AZƏRTAC Bolqarıstanın xəstəliklə əlaqədar yaradılan operativ qərargahına istinadən xəbər verir ki, ölkədə koronavirusa yoluxanların sayı 15 min 131 nəfərə çatıb. Xəstələrdən 10 min 282 nəfəri sağalıb, 539 nəfəri isə həyatını itirib. Hazırda xəstəxanalarda 734 infeksiya daşıyıcısının olduğu deyilir. Onlardan 73 nəfəri reanimasiyadadır. Bolqarıstan hökuməti təhlükənin davam etdiyini bildirib və əhalinin sanitar normalara riayət etməyə çağırıb.
İqbal Hacıyev
AZƏRTAC-ın xüsusi müxbiri
Sofiya
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 07.08.2026 [16:35]
Aİ Rusiyaya yeni sanksiyalar tətbiq edib
- 07.08.2026 [16:06]
Pekin parklarında robot “əməkdaşlar” peyda olub
- 07.08.2026 [16:02]
Çin iyulda 2023-cü ilin oktyabrından bəri ən böyük həcmdə qızıl alıb
- 07.08.2026 [15:24]