Bolşevik Anastas Mikoyanın nəticəsi Moskvada qətl törədib
Moskva, 19 oktyabr, AZƏRTAC
Bolşevik Anastas Mikoyanın nəticəsi Moskvada nənəsini və qardaşını qətlə yetirib.
AZƏRTAC xəbər verir ki, rusiyalı rok musiqiçisi Stas Naminin (Anastas Mikoyan) oğlu Roman Mikoyan qardaşı və nənəsini bıçaqlayaraq öldürüb. KİV-in yaydığı xəbərə görə, qətl hadisəsi mülklə bağlı mübahisə zəminində törədilib. Roman Mikoyanın narkotik vasitələr qəbul etdiyi ehtimal olunur.
Hazırda hüquq mühafizə orqanları Roman Mikoyanı saxlayıblar.
Rok musiqiçisi, “Tsvetı” rok qrupunun yaradıcısı Stas Namin bolşevik Anastas Mikoyanın oğlu Aleksey Mikoyanın oğludur. O, səhnə ləqəbi kimi özünə “Stas Namin” adını götürüb.
Anastas Mikoyan 1918-1920-ci illərdə Azərbaycanda bolşevik fəaliyyəti göstərib, bədnam “26 Bakı komissarları”ndan biri olub, Azərbaycan Xalq Cümhuriyyətinin süqutunda və sovet hakimiyyətinin qurulmasında iştirak edib.
Fəridə Abdullayeva
AZƏRTAC-ın xüsusi müxbiri
Moskva