BOSFOR BOĞAZININ ALTINDAN METRO XƏTTİ KEÇƏCƏK
“Mərmərəy” layihəsinin təxmini dəyəri 830 milyon dollardır. Aprelin axırınadək hazırlıq işləri, lazımi texnikanın gətirilməsi və işçi heyətinin toplanması başa çatacaqdır. İlkin hesablamalara görə, layihə sərnişin daşınmasını saatda 100 min nəfərə çatdırmağa imkan verəcəkdir. Bununla da Türkiyə meqapolisinin iki hissəsi arasında əlaqələrin sürəti on dəfə artacaqdır. Belə ki, Bosfor üzərindəki avtomobil körpüsünün buraxılış qabiliyyəti saatda 10 min nəfərdir.
Türkiyənin nəqliyyat naziri Binəli Yıldırımın sözlərinə görə, layihə İstanbul maqistrallarındakı gərginliyi xeyli azaltmağa imkan verəcəkdir. Nazir demişdir: “Builki qış göstərdi ki, təbii fəlakətlər şəhərin həyatını iflic vəziyyətinə sala bilir, axı, İstanbul əhalisinin çoxu şəhərin Asiya hissəsində yaşayır, Avropa hissəsində isə işləyir”.