Azərbaycan Dövlət İnformasiya Agentliyi

BÖYÜK BRİTANİYA PARLAMENT NÜMAYƏNDƏ HEYƏTİNİN AZƏRBAYCANA SƏFƏRİ

Böyük Britaniya parlamenti lordlar və icmalar palatalarının nümayəndə heyəti mayın 30-da axşam Bakıya səfərə gəlmişdir. 

Binə hava limanında qonaqları Milli Məclisin deputatları, Azərbaycanın Böyük Britaniyadakı səfiri Rəfael İbrahimov qarşıladılar.

X X X

Mayın 31-də səhər nümayəndə heyətinin üzvləri Şəhidlər xiyabanını ziyarət edərək, Azərbaycanın azadlığı, müstəqilliyi və ərazi bütövlüyü uğrunda canlarından keçmiş qəhrəmanların xatirəsini ehtiramla andılar, “Əbədi məşəl” abidəsinin önünə əklil qoydular.

X X X

Şəhidlər xiyabanını ziyarətdən sonra Böyük Britaniya parlamentinin üzvləri Devid Alton və Robert Veyrinq Mərkəzi Seçki Komissiyasının sədri Məzahir Pənahovla görüşdülər.

Dostluq şəraitində keçən görüşdə Mərkəzi Seçki Komissiyasının sədri qonaqlara bu komissiyanın formalaşdırılması prinsipləri, “Mərkəzi Seçki Komissiyası haqqında” Qanunun Avropa standartlarına uyğun olması, Azərbaycandakı mövcud seçki sistemləri barədə məlumat verdi. O, 2000-ci il noyabrın 5-də keçirilmiş parlament seçkilərində ədalətin və demokratikliyin təmin edilməsi üçün görülmüş tədbirlərdən də danışdı.

Böyük Britaniya Leyboristlər Partiyasının və icmalar palatasının üzvü lord Robert Veyrinq xüsusi vurğuladı ki, o, Azərbaycanda prezident seçkilərində müşahidəçi vəzifəsini yerinə yetirərkən Dəvəçi və digər seçki dairələrində seçkilərin ədalətlə keçirildiyinin şahidi olmuşdur. Qonaqlar həmçinin bildirdilər ki, Azərbaycanda seçkilərin qanunvericilik bazası öz mütərəqqi müddəaları baxımından Böyük Britaniyanın seçki qanununa tam uyğundur.

X X X

Həmin gün Böyük Britaniya parlamenti lordlar və icmalar palatalarının üzvlərini baş nazirin müavini, Dövlətqaçqınkomun sədri Əli Həsənov qəbul etdi.

Baş nazirin müavini İngiltərə parlamenti üzvlərinin xalqımızla həmrəylik əlaməti olaraq, iyunun 1-də Biləsuvar rayonundakı çadır şəhərciyinə getməyə və məcburi köçkünlərlə görüşməyə vaxt tapa biləcəklərindən məmnunluq duyduğunu bildirdi.

Sonra Əli Həsənov qonaqlara Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin tarixi və səbəbləri barədə müfəssəl məlumat verdi. O, xüsusi vurğuladı ki, erməni lobbisinin bu münaqişəni dünya birliyinə kiçik etnik qarşıdurma kimi qələmə vermək cəhdlərinin heç bir əsası yoxdur. Əli Həsənov beynəlxalq humanitar təşkilatların fəaliyyətindən danışaraq, İngiltərə təşkilatlarının, o cümlədən OKSFAM humanitar təşkilatının fəaliyyətini xüsusi nəzərə çarpdırdı. Eyni zamanda, təəsüflə vurğuladı ki, Ermənistanın qeyri-konstruktiv mövqe tutması nəticəsində münaqişənin nizama salınmasına dair danışıqlar prosesi uzandığına görə, qaçqınlara və məcburi köçkünlərə yardım göstərən humanitar təşkilatların proqramlarının müddəti bitmişdir.

Britaniyalı qonaqlar məlumata görə təşəkkür edərək, bildirdilər ki, vətənə qayıtdıqdan sonra öz ölkəsinin hökumətinə Azərbaycan qaçqınları və məcburi köçkünlərinin ağır vəziyyəti haqqında məlumat verəcək və onlara hökumət yardımı göstərilməsinin zəruriliyini müzakirəyə çıxarmaq barədə məsələ qaldıracaqlar.

X X X

Mayın 31-də Böyük Britaniya parlament nümayəndə heyətinin üzvləri Azərbaycanın dini icmalarının rəhbərləri ilə görüşdülər.

Qafqaz Müsəlmanları İdarəsinin sədri şeyxülislam Hacı Allahşükür Paşazadə görüşü açaraq dedi ki, müstəqillik əldə edildikdən sonra Azərbaycanda vicdan və din azadlığı təmin olunmuşdur. Azərbaycanın müxtəlif dinlərə etiqad edən vətəndaşları - müsəlmanlar, xristianlar və yəhudilər bir-birinə hörmət və qarşılıqlı anlaşma şəraitində yaşayırlar. Ölkədə bütün dini icmaların nümayəndələri üçün əlverişli şəraitin yaradılması beynəlxalq aləmdə də Azərbaycanın nüfuzuna müsbət təsir göstərir. Moskvanın və Bütün Rusiyanın patriarxı II Aleksinin və Roma katolik kilsəsinin başçısı II İoann Pavelin Bakıya səfərləri buna sübutdur. Hacı Allahşükür Paşazadə vurğuladı ki, vətəndaşların dini hüquqlarının təmin edilməsində Azərbaycan Prezidenti Heydər Əliyevin böyük xidmətləri vardır.

Rus Pravoslav kilsəsinin Bakı-Xəzəryanı bölgə yeparxiyasının başçısı yepiskov Aleksandr Azərbaycan Prezidenti Heydər Əliyevin müxtəlif dini icmaların nümayəndələrinə qayğı və diqqət göstərdiyini xüsusi vurğuladı.

 

Böyük Britaniya parlamenti lordlar palatasının üzvü, lord Əhməd müsəlmanların hüquq bərabərliyindən danışaraq bildirdi ki, İngiltərədə 2 milyondan çox müsəlman yaşayır, dövlət tərəfindən maliyyələşdirilən 100-dək müsəlman məktəbi fəaliyyət göstərir. Bundan əlavə, İngiltərə parlamentində 6 müsəlman deputat var. İslam dininin nümayəndələri Böyük Britaniyanın yerli orqanlarında geniş təmsil olunmuşlar. Məsələn, Birmingem kimi böyük şəhərin meri müsəlmandır.

Görüşün sonunda Hacı Allahşükür Paşazadə qonaqlara fotoalbom və qiymətli hədiyyə təqdim etdi.

X X X

Həmin gün Böyük Britaniya parlamenti nümayəndə heyətinin üzvləri Dini Qurumlarla İş üzrə Dövlət Komitəsində də görüş keçirdilər.

Komitə sədrinin müavini Mustafa İbrahimov qonaqlara Dövlət Komitəsinin strukturu və fəaliyyəti, habelə dini qurumlarla aparılan iş barədə ətraflı məlumat verdi.

Böyük Britaniya parlamentinin üzvləri İngiltərədə müxtəlif dinlərə etiqad edən vətəndaşların hüquqlarının təmin olunması sahəsində həyata keçirilən tədbirlərdən danışdılar.

X X X

Daha sonra qonaqlar Milli Məclisin ümumi iclasında iştirak etdilər.

Azərbaycan parlamentinin sədri Murtuz Ələsgərov İngiltərə parlamentinin üzvlərini təqdim edərək bildirdi ki, onlar ölkəmizə Milli Məclis rəhbərliyinin dəvəti ilə gəlmişlər.

X X X

Həmin gün axşam Böyük Britaniya parlamenti lordlar və icmalar palataları üzvlərinin şərəfinə Milli Məclis adından qəbul təşkil edildi.

Xəbəri sosial şəbəkələrdə paylaşın

Bizi sosial şəbəkələrdə izləyin

İqtisadiyyata kredit qoyuluşları 12 faizdən çox artıb

Kubanıçbek Ömüraliyev: TDT ölkələri ilə Yapiniya arasında sıx əməkdaşlıq üçün potensial var

Natəvanın şair qohumları ədəbi mühitə hansı töhfələri verib?

Elektrik skuterləri xəsarət riski baxımından üç dəfə daha təhlükəlidir – Araşdırma

Yeddi ayda Bakı Limanında 72 min TEU-dan çox konteyner aşırılıb

Alimlər 37 dərəcəlik istiyə davam gətirən tetanus və difteriya peyvəndi hazırlayıblar

Sənaye sektorunda 38,9 milyard manatlıq məhsul istehsal edilib

Paytaxtda 9 marşrutun hərəkəti alternativ küçələrlə təşkil edilib

Fiziki şəxslərin banklardakı əmanətləri 15,5 faiz artıb

UEFA-nın azərbaycanlı nümayəndəsi Gürcüstan klubunun stadionu ilə tanış olub

Almaniyada hava limanlarında dronlara qarşı müdafiənin gücləndirilməsi aktuallaşıb

Prezident İlham Əliyevin sülh strategiyası və Cənubi Qafqazda yeni geosiyasi mərhələ RƏY

Balaxanı neftçiləri və FHN əməkdaşları yanğından mühafizə üzrə birgə profilaktik seminarlar keçirirlər

Azərbaycan güləşçiləri Buxarestdə 5 medal qazanıblar

Azərbaycanda ilk dəfə “AVAZ” Gənclərin Xor Düşərgəsi təşkil edilib

Yeddi ayda Azərbaycanda nəqliyyat və rabitə xidmətləri üzrə istehsalın dəyəri artıb

Avropada bu yay istilərdən 25 min nəfər ölüb VİDEO

Avropada bu yay istilərdən 25 min nəfər ölüb VİDEO

Rəsədxana: Avqustun 11-12-də zəif geomaqnit qasırğası gözlənilir

AI bumu fonunda retrokompüterlərə maraq artır

Siyasi şərhçi: Qırğızıstanla münasibətlərin möhkəmlənməsində ortaq mədəni irs mühüm rol oynayır

Kənd təsərrüfatı məhsullarının istehsalı 2,8 faiz artıb

Xaçmazın kəndlərində divarlara məzmunu bəlli olmayan yazılar həkk edilib - Polis araşdırma aparır VİDEO

Xaçmazın kəndlərində divarlara məzmunu bəlli olmayan yazılar həkk edilib - Polis araşdırma aparır VİDEO

Lerik-Lənkəran sərhədində zəlzələ olub

Tranzit yükdaşımalarda rekord: son 5 ilin ən yüksək göstəricisi qeydə alınıb

Turizm eksperti: Hindistan və Mərkəzi Asiyadan gələn turistlərin sayında artım diqqət çəkir

Vaşinqton razılaşmalarından sonrakı bir il Azərbaycanın strateji cəhətdən haqlı olduğunu təsdiqlədi - İtaliya eksperti

Azərbaycanı U-19 Avropa çempionatında 13 boksçu təmsil edəcək

Azərbaycanın strateji valyuta ehtiyatları 12 faizdən çox artıb

Azərbaycan Almaniyaya qaz ixracını artıra bilər - ŞƏRH

Umur Tuğay Yücel: TRIPP Azərbaycanın və Türkiyənin Avrasiyada tranzit-logistika əhəmiyyətini artıracaq

Metyu Brayza: Azərbaycan-Ermənistan münasibətlərindəki vəziyyəti ən yaxşı Prezident İlham Əliyev özü ifadə edib -  ŞƏRH  VİDEO

Metyu Brayza: Azərbaycan-Ermənistan münasibətlərindəki vəziyyəti ən yaxşı Prezident İlham Əliyev özü ifadə edib - ŞƏRH VİDEO

Siyasi şərhçi: TRIPP Qafqazın geostrateji arxitekturasına təsir göstərə biləcək təşəbbüsdür

Əhalinin gəlirləri 10 faizədək artıb

Pərakəndə ticarət şəbəkəsində istehlakçılara 38,3 milyard manatlıq məhsul satılıb

Lökbatanda dənizdə batan iki nəfərin meyiti tapılıb

“Araz-Naxçıvan” sol cinahını bosniyalı müdafiəçi ilə gücləndirdi

BMU-da bakalavriat səviyyəsində elektron diplomların imzalanması başa çatdırılıb

BDU-nun Biologiya fakültəsinə 6 ixtisas üzrə tələbə qəbulu aparılır

Göyçayda virus aşkarlanan meyvə bağlarında mübarizə tədbirləri görülüb

“Soydaşlarımız və Qarabağ” layihəsi çərçivəsində hazırlanan kitab Marneulidə ictimaiyyətə təqdim edilib

Bakıda yağış yağacaq

Şəfəq Mehrəliyeva: Azərbaycan dilinin qorunmasında media mühüm rol oynayır VİDEO

Şəfəq Mehrəliyeva: Azərbaycan dilinin qorunmasında media mühüm rol oynayır VİDEO

Əsas kapitala investisiya qoyuluşu 11 faizədək artıb

AZAL Naxçıvan istiqamətində artan mövsümi tələbatla bağlı sərnişinlərə müraciət edib

Azərbaycanda orta aylıq əməkhaqqı 7 faiz artıb

Naxçıvanda vergi daxilolmaları 3,8 faiz artıb

Şəhid mayor Elnur Əliyevin xatirəsinə həsr edilən turnirin qalibləri müəyyənləşib VİDEO

Şəhid mayor Elnur Əliyevin xatirəsinə həsr edilən turnirin qalibləri müəyyənləşib VİDEO

bp: Şahdəniz Kompressiya layihəsi üçün avtomatlaşdırma üzrə müqavilə imzalanıb

Azərbaycanın qeyri-neft sektoru üzrə ixracı 18 faizdən çox artıb

Vəli Qasımov: “Neftçi”, “Qarabağ” və “Sabah” çempionluğun əsas favoritləridir

Azərbaycanın xarici dövlət borcu azalıb

UNEC tələbəsi robototexnika üzrə dünya çempionu olub

Azərbaycanın rayonlarında qeyri-sabit hava şəraiti avqustun 14-dək davam edəcək – XƏBƏRDARLIQ

Yeddi ayda Azərbaycanda 76,8 milyard manatlıq ÜDM istehsal olunub

İspaniyada anomal istilər səbəbindən tarixdə ən erkən üzüm yığımı başlayıb

BDU-nun Hüquq fakültəsini seçmək istəyən abituriyentlərin diqqətinə

Azərbaycan Türkiyədə keçiriləcək Beynəlxalq Astronavtika Konqresinə ən çox müraciət edən ölkələr arasındadır

“Rəqəmsal memarlıq təsvirləri və sənədləşdirmə üsulları” mövzusunda təlimlərə yekun vurulub

NBA klubu liqanın ən qısa və ən ucaboy oyunçularını transfer edib

Şuşanın Qarabağ küçəsi: Otuz illik həsrətdən sonra doğma ocağa qayıdış

Türkiyədəki qədim Aspendos şəhərində təqribən 2400 yaşı olan güləşçinin məzarı tapılıb

Naxçıvanda 700 ev təsərrüfatında büdcə tədqiqatı aparılır

Mədəniyyət naziri Laçında vətəndaşların müraciətlərini dinləyəcək

Qazaxıstanda Xəzər dənizində yağ ləkələri aşkarlanıb

Britaniya mediası: Təqribən 230 miqrantı daşıyan kiçik qayıq La-Manşdan keçib

Ordubaddakı “Ərbabın iş yeri” adlı binanın bərpasının gələn ilin sonunadək yekunlaşdırılması planlaşdırılır VİDEO

Ordubaddakı “Ərbabın iş yeri” adlı binanın bərpasının gələn ilin sonunadək yekunlaşdırılması planlaşdırılır VİDEO

Dövlət Proqramının prioritet istiqamətləri üzrə fermerlərin maarifləndirilməsi davam etdirilir

Balakəndə arıçıların problemlərinin həlli istiqamətində mümkün alternativlər qiymətləndirilir

Böyük Britaniya Aİ ilə daha dərin münasibətlər qurmaq istəyir

İtaliya alimləri Günəş tutulması zamanı onun tacını müşahidə edəcək cihaz hazırlayıblar

Bu il məişət zorakılığından zərər çəkmiş 41 nəfərə sosial reabilitasiya xidmətləri göstərilib

“Abituriyent” jurnalının 4-cü nömrəsi nəşr olunub

Rəssamlıq Akademiyasında tələbələrin yaradıcılıq işlərinin kommersiyalaşdırılması üzrə iş aparılır

ANAMA: Ötən həftə 1581 hektar ərazi mina və partlamamış digər hərbi sursatdan təmizlənib

Fərid Hüseyn: Xurşidbanu Natəvanın irsi Azərbaycan mədəniyyətində xüsusi yer tutur

La-Manş boğazını bir qayıqla rekord sayda miqrant keçib

Azərbaycan Premyer Liqasında ilk turun oyunlarının vaxtı açıqlanıb

Macarıstanın avroya keçidi investisiyalara yeni imkanlar aça bilər

“Neftçi”nin hücumçusu “Araz-Naxçıvan”a keçib

Yerli icra hakimiyyəti orqanlarının nümayəndələri “e-monitorinq”dəki yeni modulun imkanları barədə məlumatlandırılıb

M.B.Əhmədzadənin Azərbaycan Respublikasının Belçika Krallığında fövqəladə və səlahiyyətli səfiri təyin edilməsi haqqında
Azərbaycan Respublikası Prezidentinin Sərəncamı

Yeni mövsüm üçün Azərbaycan Premyer Liqasının sponsoru bəlli olub

V.İ.Sadıqovun Azərbaycan Respublikasının Belçika Krallığında, eyni zamanda Lüksemburq Böyük Hersoqluğunda fövqəladə və səlahiyyətli səfiri və Azərbaycan Respublikasının Avropa İttifaqı yanında Nümayəndəliyinin başçısı vəzifələrindən geri çağırılması haqqında
Azərbaycan Respublikası Prezidentinin Sərəncamı

Premyer Liqa: “Sumqayıt”-“Neftçi” matçının stadionu dəyişdirilib

F.E.İsgəndərovun Azərbaycan Respublikasının Polşa Respublikasında fövqəladə və səlahiyyətli səfiri təyin edilməsi haqqında
Azərbaycan Respublikası Prezidentinin Sərəncamı

M.B.Əhmədzadənin Azərbaycan Respublikasının Niderland Krallığında fövqəladə və səlahiyyətli səfiri, eyni zamanda Azərbaycan Respublikasının Kimyəvi Silahların Qadağan Olunması üzrə Təşkilatda daimi nümayəndəsi vəzifələrindən geri çağırılması haqqında
Azərbaycan Respublikası Prezidentinin Sərəncamı

F.E.İsgəndərovun Azərbaycan Respublikasının İsveçrə Konfederasiyasında, eyni zamanda Lixtenşteyn Knyazlığında fövqəladə və səlahiyyətli səfiri vəzifəsindən geri çağırılması haqqında
Azərbaycan Respublikası Prezidentinin Sərəncamı

N.A.Qurbanovanın Azərbaycan Respublikasının Polşa Respublikasında fövqəladə və səlahiyyətli səfiri vəzifəsindən geri çağırılması haqqında
Azərbaycan Respublikası Prezidentinin Sərəncamı

“Azərbaycan Respublikasının Səhiyyə Nazirliyi ilə Ukrayna Səhiyyə Nazirliyi arasında səhiyyə və tibb elmi sahəsində əməkdaşlıq haqqında Saziş”in təsdiq edilməsi barədə
Azərbaycan Respublikası Prezidentinin Fərmanı

BMU tələbələri Böyük Britaniyada keçirilən beynəlxalq innovasiya yarışmasında birincilik qazanıblar

“İnformasiya, informasiyalaşdırma və informasiyanın mühafizəsi haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə” Azərbaycan Respublikasının 2026-cı il 14 iyul tarixli 454-VIIQD nömrəli Qanununun tətbiqi və “İnformasiya, informasiyalaşdırma və informasiyanın mühafizəsi haqqında” Azərbaycan Respublikası Qanununun tətbiq edilməsi barədə” Azərbaycan Respublikası Prezidentinin 1998-ci il 19 iyun tarixli 729 nömrəli Fərmanında dəyişiklik edilməsi haqqında
Azərbaycan Respublikası Prezidentinin Fərmanı

“İnformasiya, informasiyalaşdırma və informasiyanın mühafizəsi haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə
Azərbaycan Respublikasının Qanunu

Subbakalavrlar üçün “Abituriyent” jurnalının xüsusi buraxılışı nəşr olunub

Azərbaycanda dini təhsildə yeni mərhələ: ixtisaslar və elmi imkanlar genişlənir

Yüksək balla AzTU-ya qəbul olunanlar üçün xüsusi təqaüd imkanı

İqlim dəyişikliyinin sərt reallığı Avropa iqtisadiyyatına necə təsir edib?

Yeni təmayül tədris modeli üzrə müəllimlərin müsahibələri davam edir

Almaniya əhalisinin tərkibində gənclərin payı tarixi minimuma enib

Türkiyədə 132 qeyri-qanuni miqrant saxlanılıb

Yaşayış və qeyri-yaşayış sahələrinə görə ödənilmiş ƏDV-nin 20 milyon manatdan çoxu geri qaytarılıb