BÖYÜK BRİTANİYA VƏ ŞİMALİ İRLANDİYANIN KRALİÇASI ÜLYAHƏZRƏT II ELİZABETƏ
Ülyahəzrət,
Böyük Britaniya və Şimali İrlandiya Birləşmiş Krallığının milli bayramı - Təvəllüd gününüz münasibətilə Sizə və Sizin simanızda bütün xalqınıza öz adımdan və Azərbaycan xalqı adından ən səmimi təbriklərimizi yetirməkdən məmnunluq duyuram.
Azərbaycan ilə Birləşmiş Krallıq arasındakı münasibətlərin inkişafı bizim üçün böyük əhəmiyyət kəsb edir. Ümidvaram ki, ölkələrimizi və xalqlarımızı birləşdirən dostluq telləri bundan sonra da əlaqələrimizin hərtərəfli genişlənməsinə xidmət edəcəkdir.
Bu əlamətdar gündə Sizə möhkəm cansağlığı, işlərinizdə uğurlar, Birləşmiş Krallığın dost xalqına əmin-amanlıq və firavanlıq arzulayıram.
Hörmətlə,
İlham Əliyev
Azərbaycan Respublikasının Prezidenti
Bakı, 9 iyun 2008-ci il.