Böyük Britaniyada inflyasiya 4,2 faizə yüksəlib
London, 18 noyabr, AZƏRTAC
Oktyabr ayında Böyük Britaniyada inflyasiya 4,2 faizə yüksəlib.
AZƏRTAC xəbər verir ki, bu, son 10 ilin ən yüksək göstəricisidir.
Milli Statistika İdarəsi tərəfindən verilən açıqlamaya görə, təkcə enerji və benzin qiymətləri deyil, avtomobil və restoran qiymətləri də artıb. Bundan əlavə, otel, nəqliyyat, geyim, ev və xammal qiymətlərində də artım müşahidə olunur.
Mərkəzi Bank qiymət artımını cilovlamaq üçün yaxın aylarda faiz dərəcələrini artıra bilər. Bankın məlumatına görə, inflyasiya və qiymət artımı bir neçə amil ilə əlaqədar olub. Qaz və neftə tələbat qlobal miqyasda enerji qiymətlərinin artımına gətirib çıxarıb. Enerji qiymətlərinin artması evlərdə və iş yerlərində əlavə xərclər yaradıb. Bir çox məhsullarda, o cümlədən tikinti materiallarının və kompüter mikroçiplərinin tədarükündə problemlər yaranıb ki, bu da qiymətlərin artımına səbəb olub.
Dünyanın bir çox ölkəsi son illərdə görünməmiş inflyasiya ilə üzləşib. Oktyabrda ABŞ-da illik inflyasiya 6,2 faizə yüksələrək son 30 ilin ən yüksək səviyyəsinə çatıb.
Aynurə Tağıyeva
AZƏRTAC-ın xüsusi müxbiri
London
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 15.06.2026 [21:24]
Yəmən sahilləri yaxınlığında gəmiyə silahlı hücum edilib
- 15.06.2026 [20:47]
Tramp: Hörmüz boğazı cümə günü tam açılacaq
- 15.06.2026 [20:39]
ABŞ Prezidenti: İranla Anlaşma Memorandumunun mətni tezliklə açıqlanacaq
- 15.06.2026 [20:07]
Karpat hövzəsinin qədim sakinləri
- 15.06.2026 [19:37]
Rusiyada bombardmançı təyyarə qəzaya uğrayıb
- 15.06.2026 [19:05]
ABŞ Prezidenti G7 sammitində iştirak etmək üçün Cenevrəyə eniş edib
- 15.06.2026 [18:42]