MƏDƏNİYYƏT
Böyük Britaniyanın Kral Akademiyası Mikelancelonun hazırladığı heykəli satmağa qərar verib
London, 21 sentyabr, AZƏRTAC
Böyük Britaniyanın Kral Akademiyası pandemiyanın yaratdığı böhran səbəbi ilə italyan heykəltəraş Mikelancelonun hazırladığı heykəli satmağı planlayır.
AZƏRTAC yerli KİV-lərə istinadla xəbər verir ki, akademiyadakı heyətin sayını azaltmamaq üçün dəyəri 100 milyon funt-sterlinq olan Mikelancelonun heykəlinin satışı düşünülür.
Akademiyada çalışan 150 işçinin ixtisarının qarşısının alınması məqsədilə keçirilən iclasda maliyyə sıxıntısının qarşısının alınması üçün belə bir addım atılması fikri irəli sürülüb.
Ölkədəki bir çox sənət müəssisələri kimi Kral Akademiyası da, COVID-19 pandemiyasının yaratdığı böhrana məruz qalıb və gəliri 75 faiz aşağı düşüb.
“Taddei Tondo” olaraq bilinən 515 illik heykəl 1829-cu ildə London qalereyasına verilib.
Aynurə Tağıyeva
AZƏRTAC-ın xüsusi müxbiri
London