BÖYÜK VƏTƏN MÜHARİBƏSİ İŞTİRAKÇILARININ NƏQLİYYATDA GÜZƏŞTLİ GEDİŞ HÜQUQUNUN TANINMASI MÜZAKİRƏ OLUNACAQDIR
AZƏRTAC xəbər verir ki, avqustun 28-29-da Minskdə MDB İcraiyyə Komitəsinin Dövlətlərarası işçi qrupunun növbəti iclası keçiriləcəkdir. İclasda Böyük Vətən müharibəsi əlillərinin və başqa dövlətin ərazisində döyüşmüş şəxslərin, habelə həlak olmuş hərbçi ailələrinin güzəşt və hüquqlarının qarşılıqlı tanınması məsələsi müzakirə olunacaqdır.
Xatırladaq ki, 1993-cü il martın 12-də “Böyük Vətən müharibəsi iştirakçılarının, əlillərinin və onlara bərabər tutulan şəxslərin MDB-yə üzv dövlətlərin ərazisində nəqliyyatda güzəştli gediş hüququnun qarşılıqlı tanınması barədə” saziş imzalanmışdır.
İclasda Azərbaycanı Nəqliyyat Nazirliyinin nümayəndəsi təmsil edəcəkdir.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 15.06.2026 [18:45]
® Moody’s ABB-nin reytinqini yüksək səviyyədə saxlayıb
- 15.06.2026 [15:46]
Sabahdan “Sığorta Tarixçəsi Əmsalı”nın tətbiqinə başlanılır
- 15.06.2026 [14:57]