Böyüklər arasında karate üzrə Avropa çempionatının vaxtı dəyişdirilib
Bakı, 24 yanvar, AZƏRTAC
Türkiyənin Qaziantep şəhərində böyüklər arasında karate üzrə Avropa çempionatının vaxtı mayın 25-29-na dəyişdirilib.
AZƏRTAC xəbər verir ki, bu barədə qərar Avropa Karate Federasiyasının (EKF) İcraiyyə Komitəsinin yığıncağında verilib.
Yığıncaqda cari məsələlərlə bağlı fikir mübadiləsi də aparılıb. Sevindirici haldır ki, EKF-in 2022-ci il təqvim planına daxil edilən 20 müxtəlif səviyyəli turnir arasında Bakıda uşaqlar arasında təşkil edilən “Olimpiya ümidləri” beynəlxalq turniri də var. Yarış 8-12 yaşlı uşaqların iştirakı ilə avqustun 27-28-də baş tutacaq. Qeyd edək ki, beynəlxalq turnir ilk dəfədir ki, EKF-in rəsmi təqviminə salınır.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 12.10.2026 [17:12]
“Qarabağ” klubunun mətbuat katibi vəzifəsindən ayrılıb
- 12.10.2026 [16:32]
“Trabzonspor” basketbol klubunun baş məşqçisi Azərbaycandan təklif alıb
- 12.10.2026 [15:58]