Braziliyada Azərbaycanın adını daşıyan məktəbdə müsabiqə qalibləri mükafatlandırılıb
Bakı, 31 oktyabr, AZƏRTAC
Beynəlxalq Türk Mədəniyyəti və İrsi Fondunun prezidenti Günay Əfəndiyeva və Azərbaycanın Braziliyadakı səfiri Elxan Poluxov Braziliyanın Rio-de-Janeyro şəhərində yerləşən Azərbaycanın adını daşıyan məktəbi ziyarət ediblər.
Beynəlxalq Türk Mədəniyyəti və İrsi Fondundan AZƏRTAC-a bildirilib ki, ziyarət çərçivəsində azərbaycanlı diplomatlar qeyd edilən məktəbin şagirdləri arasında “18 oktyabr - Dövlət Müstəqilliyi Günü” mövzusunda elan edilmiş inşa müsabiqəsinin qaliblərini mükafatlandırıblar.
Müsabiqədə qalib gəlmiş şagirdlərə müxtəlif hədiyyələr təqdim olunmaqla yanaşı, eyni zamanda məktəb rəhbərliyi ilə təhsil ocağının gələcək planları müzakirə edilib.
Sonra məktəblilər ölkəmizlə bağlı müxtəlif mahnılar ifa ediblər.