Bristol şəhərində suya atılan qul tacirin heykəli çıxarılaraq muzeyə aparılıb
London, 12 iyun, AZƏRTAC
Böyük Britaniyanın Bristol şəhərində suya atılan qul taciri Edvard Kolstonun heykəli çıxarılaraq muzeyə aparılıb.
AZƏRTAC xəbər verir ki, Bristol Şəhər Şurası heykəlin çıxarılması ilə bağlı açıqlama yayıb. Bildirilib ki, liman fəaliyyətdə olduğuna görə heykəlin orada qalması məqsədəuyğun hesab edilməyib. Səhər saatlarında sudan çıxarılan heykəl təmizləndikdən sonra muzeydə sərgilənəcək.
Qul ticarətindən qazandığı pulu şəhərin inkişafına xərclədiyi üçün şəhərdəki bir çox qurum onun adını daşıyır. Bu günlərdə Kolstonun adını daşıyan məktəblərin və binaların adlarının dəyişdirilməsi də gündəmdədir.
Xatırladaq ki, Kolstonun heykəli Bristol şəhərində anti-irqçi etirazlar zamanı sökülərək Avon çayına atılıb.
Aynurə Tağıyeva
AZƏRTAC-ın xüsusi müxbiri
London
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 15.06.2026 [21:24]
Yəmən sahilləri yaxınlığında gəmiyə silahlı hücum edilib
- 15.06.2026 [20:47]
Tramp: Hörmüz boğazı cümə günü tam açılacaq
- 15.06.2026 [20:39]
ABŞ Prezidenti: İranla Anlaşma Memorandumunun mətni tezliklə açıqlanacaq
- 15.06.2026 [20:07]
Karpat hövzəsinin qədim sakinləri
- 15.06.2026 [19:37]
Rusiyada bombardmançı təyyarə qəzaya uğrayıb
- 15.06.2026 [19:05]
ABŞ Prezidenti G7 sammitində iştirak etmək üçün Cenevrəyə eniş edib
- 15.06.2026 [18:42]