Britaniya vergi bəyannamələrinin elektron formada təqdim edilməsinə hazırlaşır
Bakı, 24 iyul, AZƏRTAC
Böyük Britaniya hökuməti 2023-cü ilin aprelindən vergiödəyicilərinin demək olar ki, hamısının öz bəyannamələrini elektron formada təqdim etməsinə hazırlıq görür.
AZƏRTAC xarici KİV-ə istinadla xəbər verir ki, Maliyyə Nazirliyinin açıqlamasında bu dəyişikliyin 2019-cu ildə qəbul edilmiş "Vergi sisteminin rəqəmsallaşdırılması" proqramı çərçivəsində aparıldığı bildirilir.
Hazırda dövriyyəsi 85 min funt sterlinqdən çox olan müəssisələr vergi hesabatlarını elektron formada təqdim edirlər, kiçik biznes təmsilçiləri və özüməşğul vətəndaşlar isə bəyannamələri öz seçimlərindən asılı olaraq həm elektron, həm də kağız formasında verə bilirlər.
Gözlənilir ki, yeni proqram 2022-ci ilin aprelindən dövriyyəsi 85 min funt sterlinqdən az olan şirkətlərin hamısına, 2023-cü ilin aprelindən isə illik mənfəət vergisi və ya əmlakının dəyəri 10 min funt sterlinqdən artıq olanlara şamil olunacaq.
Britaniya vergi xidmətinin məlumatına görə, hazırda ölkənin 1,4 milyondan artıq vətəndaşı öz bəyannamələrini elektron formada təqdim edir.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 05.10.2026 [21:26]
Türkiyə rəsmiləri Ər-Riyadda keçirilən müzakirələrdə iştirak ediblər
- 05.10.2026 [21:12]
Yəmən hökumət qüvvələri Moha şəhərinə nəzarəti bərpa edib
- 05.10.2026 [21:11]
Tramp: Benzinin qiymətini artıq Hörmüz boğazı qaldırmır
- 05.10.2026 [20:33]
Efiopiyada hava zərbələri nəticəsində 17 nəfər həlak olub
- 05.10.2026 [18:58]
Avropa İttifaqı Moldovaya 157 milyon avro vəsait ayırıb
- 05.10.2026 [17:58]