Britaniyanın foto agentliyi Azərbaycanın Hava Hücumundan Müdafiə Qoşunlarının təlimlərini işıqlandırıb
London, 8 yanvar, AZƏRTAC
Böyük Britaniyada fəaliyyət göstərən “Getty images” foto agentliyi Azərbaycanın Hava Hücumundan Müdafiə Qoşunlarının döyüş atışlı təlimlərini işıqlandırıb.
Agentliyin rəsmi saytında təlim zamanı Hava Hücumundan Müdafiə Qoşunlarının “Osa” 9A33BM-3 zenit-raket komplekslərinin istifadəsini əks etdirən fotoşəkil yerləşdirilib.
Türkiyənin “Anadolu” agentliyinə istinadla yayımlanan fotonun müəllif hüququ Azərbaycanın Müdafiə Nazirliyinə məxsusdur.
Orxan İsmayılov
AZƏRTAC-ın xüsusi müxbiri
London