Brüssel maliyyə çatışmazlığı səbəbindən xarici missiyalarının sayını azaldacaq
Bakı, 20 may, AZƏRTAC
Avropa İttifaqı büdcənin ixtisarı və xarici siyasət prioritetlərinin dəyişməsi fonunda əməkdaşlarının sayını azaltmağa hazırlaşır.
AZƏRTAC xəbər verir ki, “Politico” nəşri bu barədə mənbələrinə istinadla məlumat yayıb.
“Avropa İttifaqının diplomatik xidməti büdcənin azaldılması və daha geniş kadr dəyişiklikləri fonunda xarici ölkələrdəki 10-a yaxın nümayəndə heyətini və 100-ə yaxın yerli işçini ixtisar etməyi planlaşdırır”, - deyə məlumatda bildirilir.
Bunun ilk növbədə Brüssel üçün daha az maraq kəsb edən Belarus və Lesoto kimi ölkələrə təsir edəcəyi gözlənilir. Məlumata görə, ixtisarlar çox güman ki, iki mərhələdə - 2026 və 2027-ci illərdə baş verəcək.
Bir müddət öncə Avropa Komissiyası 2025-ci ildə Avropa İttifaqının iqtisadi artım proqnozunu 1,1 faizə endirib. Əvvəlki hesablamada bu göstərici 1,5 faiz təşkil edirdi.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 01.10.2026 [13:08]
ABŞ-nin sutkalıq neft hasilatı 14 milyon barelə çatır
- 01.10.2026 [12:58]
Birləşmiş Ştatların neft ehtiyatları artır
- 01.10.2026 [12:51]
Qazaxıstanda yaşlı əhalinin sayı 2,9 milyona yaxınlaşıb
- 01.10.2026 [12:39]
Rumıniyada hökumət böhranı: Növbəti siyasi addımlar müzakirə olunur
- 01.10.2026 [12:37]
Türkiyədə 216 muzey və qoruq rəqəmsallaşdırılır
- 01.10.2026 [12:24]
“Reuters”: Efiopiyanın paytaxtında partlayış səsləri eşidilib
- 01.10.2026 [11:42]