Bu gün Azərbaycan Premyer Liqasında VI tura start veriləcək
Bakı, 15 sentyabr, AZƏRTAC
Bu gün futbol üzrə Azərbaycan Premyer Liqasında VI tura start veriləcək.
AZƏRTAC xəbər verir ki, açılış oyununda lider “Zirə” dördüncü pillədə qərarlaşan “Sumqayıt” komandasını qəbul edəcək.
Zirə İdman Kompleksinin stadionunda keçiriləcək matçı Kamranbəy Rəhimov idarə edəcək.
Komandalar bunadək ölkə çempionatında 31 dəfə üz-üzə gəliblər. Bu oyunların 17-də “qartallar”, 6-da “gənclik şəhəri” təmsilçisi qələbə qazanıb. Səkkiz qarşılaşma isə heç-heçə ilə yekunlaşıb. Topların nisbətində də paytaxt klubunun üstünlüyü var - 43:22.
“Sumqayıt” 11 oyundur rəqibinə qalib gələ bilmir. “Zirə” isə son üç matçda qələbə qazanıb.
Azərbaycan Premyer Liqası
VI tur
15 sentyabr (cümə)
17:00. “Zirə” - “Sumqayıt”
Hakimlər: Kamranbəy Rəhimov, Rahil Ramazanov, Eyyub İbrahimov, Vüqar Həsənli
Hakim-inspektor: Barış Şimşek
AFFA nümayəndəsi: Məmmədəli Məmmədov
Zirə İdman Kompleksinin stadionu.
Qeyd edək ki, VI turun “Kəpəz” - “Səbail” və “Araz-Naxçıvan” - “Neftçi” oyunları sentyabrın 16-da, “Turan-Tovuz” - “Qəbələ” və “Qarabağ” - “Sabah” matçları isə sentyabrın 17-də keçiriləcək.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 30.09.2026 [22:04]
Azərbaycan Basketbol Liqası: "Sabah" mövsümə qələbə ilə başlayıb
- 30.09.2026 [19:53]
Ayxan Abbasov: Milli komandalar səviyyəsində zəif rəqib anlayışı qalmayıb
- 30.09.2026 [19:34]
Emin Mahmudov: Sabah bizim üçün vacib oyun olacaq, qalib gəlmək istəyirik
- 30.09.2026 [18:20]
Azərbaycan Alpaqut Federasiyasının İcraiyyə Komitəsində yeni təyinatlar olub
- 30.09.2026 [17:59]
“Turan Tovuz” – “İmişli” oyununun yeri dəyişdirilib
- 30.09.2026 [17:29]
Azərbaycanın stolüstü tennisçiləri Tbilisidən 5 medalla qayıdırlar
- 30.09.2026 [17:23]