Bu gün Dünya Cüdo Günü kimi qeyd olunur
Bakı, 28 oktyabr, AZƏRTAC
Beynəlxalq Cüdo Federasiyası (İJF) hər il oktyabrın 28-ni Dünya Cüdo Günü kimi qeyd edir.
AZƏRTAC xəbər verir iki, məhz cüdonun banisi Ciqoro Kano bu gündə anadan olduğu üçün həmin tarix cüdo günü kimi qeyd olunur.
Hazırda dünyada 20 milyondan çox insan cüdo ilə məşğul olur. Beş kontinental ittifaqı özündə birləşdirən Beynəlxalq Cüdo Federasiyasına 195 milli federasiya daxildir.
Azərbaycanda da bu idman növünə maraq çox böyükdür. 1992-ci ildə Nazim Hüseynov, 2008-ci ildə isə Elnur Məmmədli Yay Olimpiya Oyunlarında çempion olaraq tarix yazıblar. 2013-cü ildə Elxan Məmmədov Azərbaycanın ilk dünya çempionu kimi tarixə düşüb. 2016-cı ildə ilk dəfə iki cüdoçu - Rüstəm Orucov və Elmar Qasımov Olimpiya Oyunlarının finalına vəsiqə qazanıb. Cüdo üzrə dünya çempionatına ölkəmiz ilk dəfə 2018-ci ildə ev sahibliyi edib və bu turnir yüksək səviyyədə keçirilib.
Azərbaycan cüdoçuları dünya çempionatları da daxil olmaqla bir çox beynəlxalq yarışlarda, Avropa çempionatlarında, Avropa Oyunlarında, İslam Həmrəyliyi Oyunlarında da qələbələr qazanıblar. Hazırda da cüdo üzrə milli komandanın üzvləri beynəlxalq yarışlarda böyük uğurlar əldə edirlər.
Son illərdə cüdoçular Yay Olimpiya Oyunları, Avropa çempionatları, "Böyük dəbilqə", "World Masters" və Qran-prilərdə də medallara sahib olublar.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 11.06.2026 [22:23]
Joze Mourinyo yenidən “Real Madrid”in baş məşqçisi təyin olunub
- 11.06.2026 [21:36]
Azərbaycan millisinin basketbolçusu dünya reytinqində ilk pilləyə yüksəlib
- 11.06.2026 [21:30]
Futbol üzrə dünya çempionatının açılış mərasimi başlayıb
- 11.06.2026 [19:48]
FHN-in əməkdaşları avarçəkmə yarışında qızıl medal qazanıblar
- 11.06.2026 [19:21]
“Sabah” Fransa klubunun yarımmüdafiəçisini icarəyə götürüb
- 11.06.2026 [18:52]
“Zirə” milli komandanın futbolçusunu transfer edib
- 11.06.2026 [18:39]
“Qalatasaray”ın sabiq vitse-prezidenti azadlığa buraxılıb
- 11.06.2026 [17:53]