BU İL AZƏRBAYCAN NEFT FONDUNUN GƏLİRİ NƏZƏRDƏ TUTULDUĞUNDAN 20 FAİZ ARTIQ OLACAQDIR
Belə proqnoz irəli sürməyə cari ildə planlaşdırılmamış gəlirlər, ən çox da, bonuslar alınması əsas verir. Məsələn, D-222 (“Yalama”) dəniz blokunun müqaviləyə daxil edilmiş ərazisinin genişləndirilməsi haqqında ARDNŞ ilə “LUKoyl” arasında aprelin 4-də imzalanmış sazişə uyğun olaraq, Rusiya şirkəti Neft Fondunun hesabına bonus kimi 48,6 milyon dollar köçürmüşdür.
Xatırladaq ki, ADNF-nin cari il üçün mədaxili 1219,5 milyard manat, məxarici isə 1217,7 milyard manat məbləğində təsdiq edilmişdir. İyulun 1-nə olan məlumata görə, Fondun hesabında 780 milyon dollar vardır.
ADNF-nin gələn il üçün gəlirlərinin həcmi də 2003-cü ildəki qədər planlaşdırılır.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 12.06.2026 [18:19]
Azərbaycandan Qazaxıstana məhsul ixracının dəyəri 21 faizdən çox artıb
- 12.06.2026 [16:58]