Bu ilin 6 ayında muxtar respublikada 35 dövlət əmlakı özəlləşdirilib
Naxçıvan, 22 iyul, AZƏRTAC
Bu ilin yanvar-iyun aylarında Naxçıvan Muxtar Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti tərəfindən muxtar respublikada 35 dövlət əmlakı özəlləşdirilib.
Nazirliyin mətbuat xidmətindən AZƏRTAC-ın bölgə müxbirinə bildirilib ki, özəlləşdirmədən daxil olan 112 min manat vəsait muxtar respublika büdcəsinə ödənilib.
Cari ilin ötən dövründə muxtar respublikada 33 hərrac keçirilib. Ötən ilin eyni dövrü ilə müqayisədə keçirilmiş hərracların sayı 37,5 faiz çox olub. Ötən dövr ərzində keçirilmiş hərraclardan 34,8 min manat xidmət haqqı daxil olub.
Müxbir-Nail Əsgərov
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 07.08.2026 [19:14]
"Xocalı Ensiklopediyası"nın təqdimatı olub
- 07.08.2026 [18:05]
Naxçıvan idmançıları turniri 43 medalla başa vurublar
- 07.08.2026 [17:30]
Ağacların qanunsuz kəsilməsi faktları aşkarlanıb
- 07.08.2026 [17:11]
Lənkəranda təqaüdçüləri aldadan şəxs saxlanılıb VİDEO
- 07.08.2026 [16:25]
Baş prokuror Laçın və Qubadlı rayonlarında olub
- 07.08.2026 [15:41]