Azərbaycan Dövlət İnformasiya Agentliyi

Bu qələbə xalqın öz müdrik Liderinə inamının, etimadının sarsılmazlığının göstəricisidir - RƏY

Bu qələbə xalqın öz müdrik Liderinə inamının, etimadının sarsılmazlığının göstəricisidir -  RƏY

Bakı, 9 fevral, AZƏRTAC

Fevralın 7-də keçirilən prezident seçkiləri artıq tarixə qovuşsa da, onun özəlliyi, digər seçkilərdən fərqləndirən məqamları və Prezident İlham Əliyevin inamlı qələbəsi bu gün ölkə və dünya mətbuatında geniş müzakirə olunmaqdadır. Fevralın 7-də ərazi bütövlüyümüzün və suverenliyimizin tam təmin olunması şəraitində keçirilən və tarixə Zəfər seçkiləri kimi yazılan bu seçkilərin bütün ölkə ərazisini əhatə etməsi, Prezidentin və ailə üzvlərinin Xankəndi şəhərindəki səs vermələri qürurverici hadisələr sırasında oldu. Prezident İlham Əliyev Xankəndidə səs verməklə bir daha bütün dünyaya belə bir mühüm mesajı ünvanladı ki, bu torpaqlar bizim tarixi torpaqlarımızdır və biz burada əbədi olacağıq!

AZƏRTAC xəbər verir ki, bu fikirləri Yeni Azərbaycan Partiyası Xətai rayon təşkilatının sədri, siyasi elmlər doktoru, professor Vüqar Rəhimzadə söyləyib.

V.Rəhimzadə deyib ki, suverenliyimizin bərpası ilə həyatında yeni dövr başlayan Azərbaycan 7 fevral prezident seçkilərini azad, şəffaf, beynəlxalq standartlara uyğun keçirməklə özünün demokratik inkişaf tarixinə yeni parlaq səhifəni yazdı. Seçki prosesini 72 beynəlxalq təşkilatın və 89 ölkəni təmsil edən 790 beynəlxalq müşahidəçinin izlədiyini, 109 beynəlxalq media qurumunun 216 təmsilçisinin işıqlandırdığını nəzərə alsaq, bu siyasi kampaniyaya beynəlxalq diqqətin böyüklüyünü aydın şəkildə görə bilərik. Azərbaycan demokratik inkişafı, dövlət başçısı İlham Əliyev isə növbəti inamlı qələbəsi ilə bu gün dünyanın diqqətindədir. İlkin nəticələr açıqlandıqdan dərhal sonra ölkənin hər bir guşəsində keçirilən bayram şənlikləri, Prezident İlham Əliyevə ünvanlanan təbrik məktublarının hər biri Azərbaycanın, onun qalib Liderinin beynəlxalq arenada gündən-günə artan nüfuzunun təqdimatıdır. Tarixi Zəfərimizlə yeni reallıqların müəllifi kimi ölkəmizin sözünün imzası qədər dəyərini artıran İlham Əliyevin son 20 illik prezidentlik fəaliyyətinin təqdimatı olan bu təbrik məktublarının hər birində Azərbaycanın zəfərdən-zəfərə böyük inamla irəliləməsi təqdir edilir. Məhz buna görə İlham Əliyevin seçkilərdə inamlı qələbəsi növbəti zəfərlərin başlanğıcı kimi dəyərləndirilir, Azərbaycan xalqını qürurlandıracaq uğurların miqyasının bundan sonra da ölçüyəgəlməzliyi böyük inamla vurğulanır. Bu seçkilər bir daha liderlik fenomeninin dövlətin inkişafında və dövrün çağırışlarının düzgün cavablandırlmasında həlledici roluna işıq saldı.

O qeyd edib ki, bu qələbə xalqın öz müdrik Liderinə inamının, etimadının, xalq-Prezident birliyinin, həmrəyliyinin sarsılmazlığının göstəricisi olmaqla yanaşı, İlham Əliyevin ilk dəfə dövlət başçısı seçildiyi 2003-cü ildən bu günədək gördüyü titanik işlərin, Azərbaycanın qazandığı möhtəşəm uğurların təqdimatı və onlara yol açan qətiyyətli siyasətə verilən dəyərdir. Prezident İlham Əliyev qətiyyətinin zirvəsində tarixi Zəfərimiz, ərazi bütövlüyümüzün və suverenliyimizin tam təmin olunması dayanır. Xalqımız bu dəstəyi, etimadı ilə ölkəmizin ictimai-siyasi həyatında aparıcı rola malik olan, ölkədə gedən bütün proseslərin mərkəzində dayanan Yeni Azərbaycan Partiyasının cəmiyyətdə artan nüfuzunu da təsdiqləmiş oldu. Xalq Azərbaycanın dünəninin, bu gününün və gələcəyinin əsası olan Heydər Əliyev ideyalarına sədaqətini, Prezident İlham Əliyevin gələcəyə hesablanmış, Azərbaycanı zəfərdən-zəfərə aparan siyasətinə dəstəyini ifadə etdi. Dövlətimizin başçısı İlham Əliyev 2003-cü ildə keçirilən andiçmə mərasimində “Mən bu etimadı doğruldacağam, bu vəzifənin öhdəsindən layiqincə gələcəyəm, Heydər Əliyevin siyasətini davam etdirəcəyəm” vədini verərək son 20 ildə uğurlu addımları ilə Azərbaycanı dahi şəxsiyyət Heydər Əliyevin görmək istədiyi Azərbaycan səviyyəsinə yüksəltdi. O Azərbaycan ki, hazırda tarixi Zəfəri ilə yeni reallıqlar yaradıb, Qarabağımız və Şərqi Zəngəzurumuz azaddır, dirçəlir, ərazi bütövlüyümüz və suverenliyimiz tam təmin olunub. Ötən il tariximizin növbəti Zəfər səhifəsinin yazılması ilə Azərbaycan yeni dövrə qədəm qoydu. Bu yeni dövr məhz növbədənkənar prezident seçkilərinin keçirilməsini zərurətə çevirdi.

Bildirilib ki, 20 il zaman baxımından qısa dövr olsa da uğurların miqyası baxımından zəngin dövrdür. Ötən il oktyabrın 15-də Azərbaycan Bayrağını Xankəndidə ucaltdıqdan sonra xalqa müraciətində böyük qürur hissi ilə qeyd etdi ki, 20 ildə verilən bütün vədlər, qarşıya qoyulan bütün vəzifələr icra edilib. Azərbaycan bu illər ərzində bütün sahələrdə sürətli inkişafa nail oldu, insanların rifah halı daha da yaxşılaşdı. Azərbaycanın siyasi, iqtisadi imkanları genişləndirildi, ölkəmizin beynəlxalq arenadakı mövqeləri möhkəmləndi və 30 ilin torpaq həsrətinə son qoyularaq ərazi bütövlüyümüz bərpa edildi. Bu gün regionda reallaşdırılan bütün irimiqyaslı beynəlxalq layihələr Azərbaycanın iştirakı və milli maraqlarının nəzərə alınması ilə həyata keçirilir. Azərbaycan tarixi Zəfərinin reallıqları əsasında regionda və dünya siyasətində yeniliklərə nail oldu. Hər zaman ədalətin və beynəlxalq hüququn yanında olan Azərbaycanın zəfərdən-zəfərə inamla irəliləməsində də qətiyyətli və yenilməz Lider amilinin rolu inkaredilməzdir.

Məhz bu gün böyük qürur hissi ilə qeyd edirik ki, ərazi bütövlüyümüzün və suverenliyimizin təmin olunması ilə Müzəffər Ali Baş Komandan İlham Əliyevin qeyd etdiyi kimi milli qürurumuz özümüzə qayıtdı. Kimliyimizin, qürurumuzun təqdimatı olan üçrəngli Bayrağımız bu gün işğaldan azad edilən bütün torpaqlarımızda əzəmətlə dalğalanır. Milli ləyaqət, milli qürur uğurlarımızın əsas şərtləri oldu. Prezident İlham Əliyevin yürütdüyü siyasət müasir müstəqil Azərbaycanın güclənməsinə, milli-mənəvi dəyərlərimizin ən yüksək səviyyədə qorunmasına, tariximizin öyrənilməsinə və gələcək nəsillərə çatdırılmasına xidmət etdi. Dünyada tolerantlıq məkanı kimi tanınan Azərbaycan İlham Əliyevin misilsiz xidmətləri sayəsində mədəniyyətlərarası və sivilizasiyalararası dialoq məkanı kimi tanındı.

Vüqar Rəhimzadə onu da əlavə edib ki, ümumilikdə 20 il Azərbaycanın tarixinə saysız-hesabsız uğur səhifələrinin yazılması ilə yadda qaldı. Dövlət başçısı yanvarın 10-da yerli televiziya kanallarına müsahibəsində Azərbaycanın haradan haraya gəlib çıxması ilə bağlı sualı cavablandırarkən bu mühüm məqamı xüsusi qeyd etdi ki, bugünkü reallıqları 2003-cü illə yox, 1993-cü illə müqayisə etməliyik. Çünki məhz o tarixdən başlayaraq Azərbaycan inkişaf yoluna qədəm qoydu. Bu reallıq da qeyd edildi ki, müstəqilliyimizin ilk iki ili əyani şəkildə göstərir ki, güclü lider və düşünülmüş siyasət olmadan istənilən ölkə, xüsusilə gənc müstəqil ölkə çox ciddi təhlükələrlə üzləşə bilər. 2003-cü ildə Azərbaycan xalqı əsası 1993-cü ildə qoyulmuş Heydər Əliyev siyasətinə bir daha dəstək verdi.

“Prezident İlham Əliyev çıxışlarında, xalqa müraciətlərində “Mən nəyi demişəmsə, onu da etmişəm, bunu hər kəs bilir” fikirlərini böyük inamla ifadə edərək hər dövrün çağırışlarının düzgün cavablandırılmasının Azərbaycana qazandırdığı uğurları əsaslı şəkildə diqqətə çatdırır. Əsrə bərabər 20 ilin zirvəsində hər zaman qürur duyduğumuz tarixi Zəfərimiz, torpaqlarımızın azad edilməsi, ərazi bütövlüyümüzün və suverenliyimizin tam bərpa olunması dayanır. Adını müasir tariximizə qalib xalqın qalib Lideri kimi qızıl hərflərlə yazdıran Müzəffər Ali Baş Komandan İlham Əliyevin inamlı qələbəsi də bu reallığı təsdiqlədi ki, xalqımız yeni dövrün yeni hədəflərini qalib Lideri ilə birgə həyata keçirmək istəyir. Qarşıda qalib Azərbaycanı daha möhtəşəm uğurlar gözləyir. Vətəndaşlarımız hər bir seçkidə bu siyasətə dəstəyini, Prezident İlham Əliyevin ətrafında daha sıx birləşməklə təsdiqləyir. Dövlət başçısına ünvanlanan təbrik məktublarında qeyd edildiyi kimi, bu gün öz xalqının həqiqi müdrik Liderinin, vətənpərvər və fədakar, görkəmli siyasi xadiminin rəhbərliyi ilə Azərbaycan dövləti yeni zirvələri fəth edir və onun beynəlxalq arenada nüfuzu, etibarı getdikcə artmaqdadır”,- deyə V.Rəhimzadə vurğulayıb.

Xəbəri sosial şəbəkələrdə paylaşın

Bizi sosial şəbəkələrdə izləyin

Sofiyada nüvə energetikası, süni intellekt və kibertəhlükəsizliyə dair müzakirələr aparılır

Fələstinli səfir: Media etimadın möhkəmləndirilməsinə töhfə verə bilər

Vəkilliyə qəbul üzrə şifahi müsahibə mərhələsinin nəticələri məlum olub

Birləşmiş Ştatların neft ehtiyatları artır

Səadət Yusifova: “Azərbaycan irsi UNESCO siyahılarında” kitabı beynəlxalq auditoriya üçün istinad mənbəyidir

Sosial Xidmətlər Agentliyi: 2791 ahıl şəxsə evdə sosial xidmət göstərilir

Azərbaycan Basketbol Liqasında yeni maliyyələşdirmə modeli: Çempion 1,4 milyon manat mükafat qazanacaq

Hərbi ekspert: Azərbaycanın istehsal etdiyi silahlar bir çox ölkələrin ordularında uğurla istismar olunur

Pakistanın dövlət naziri: Media cəmiyyətlər arasında etimadın möhkəmləndirilməsində mühüm rol oynayır

Qazaxıstanda yaşlı əhalinin sayı 2,9 milyona yaxınlaşıb

Azərbaycanın rəqəmsal sosial müdafiə ekosistemi IESE platformasında işıqlandırılıb

Tbilisidə regionda ictimai nəqliyyatın inkişafı və şəhər nəqliyyatının təşkili məsələləri müzakirə edilib

Kobuljon Əhmədov: Media müasir dünyada dialoqun daha da möhkəmləndirilməsində vacib amildir

“Startup School 4” proqramının finalı - “Demo Day” baş tutacaq

BDU əməkdaşlarının üç layihəsi Azərbaycan Elm Fondunun əsas qrant müsabiqəsinin qalibi olub

Rumıniyada hökumət böhranı: Növbəti siyasi addımlar müzakirə olunur

Xəzər rayonunda 36 kiloqram narkotik vasitə aşkarlanıb

Seymur Fətəliyev: Azərbaycan irsi haqqında nəşrlərin ispan dilində hazırlanması böyük əhəmiyyət daşıyır

Türkiyədə 216 muzey və qoruq rəqəmsallaşdırılır

Vaqif Sadıqov: Ayxan Abbasov tək bu günü düşünmür, həm də gələcəyin komandasını qurur

Baş katib: TDT-yə üzv dövlətlərin müdafiə sənayesi sahəsində əməkdaşlıq etməsi xüsusi əhəmiyyət daşıyır

Analitiklər: Razılaşma olmasa, neftin qiyməti yüksək həddə qalacaq

Elman Abdullayev: “Azərbaycan irsi UNESCO siyahılarında” kitabı bələdçi rolunu oynayır.

Tbilisidə Orta Dəhlizlə bağlı müzakirələr aparılır

“Reuters”: Efiopiyanın paytaxtında partlayış səsləri eşidilib

Azərbaycanın müharibədən sonra geosiyasət quruculuğu - TƏHLİL

Nazir: Məqsədimiz regional ticarət dövriyyəsini 20 milyard dollara çatdırmaqdır

Gəncənin əsrlərə şahidlik edən Xan bağı VİDEO

Gəncənin əsrlərə şahidlik edən Xan bağı VİDEO

Ahıllar və müharibə ilə əlaqədar əlilliyi olan şəxslər arasında futbol matçı keçirilib

Dövlət Komitəsinin sədri Kürdəmirdə vətəndaşların müraciətlərini dinləyəcək

Yunanıstan mediası: Azərbaycanla enerji əməkdaşlığının genişləndirilməsi diqqət mərkəzindədir

Agentlik: Ahıl şəxslər üçün sosial xidmət müəssisəsində hazırda 210 nəfər yaşayır

Naxçıvanda 142 ümumtəhsil məktəbində 179 məktəbəhazırlıq qrupu fəaliyyətə başlayıb - FOTOLAR

Mingəçevir Reqatası: Azərbaycan avarçəkənləri daha 5 medal qazanıblar

Səfəvilərdən bu günə: Ağbil türbələri VİDEO

Səfəvilərdən bu günə: Ağbil türbələri VİDEO

“TEXNOFEST” festivalında məsafədən minatəmizləmə üzrə yerli sistemlər və robotlar təqdim edilib

Bu saata olan əsas xəbərlər

Vətən müharibəsinin xronikası: 1 oktyabr

Bakıda “Qütbləşmiş dünyada media vasitəsilə etimadın qurulması” mövzusunda Media Forumu keçirilir YENİLƏNİB 2

İdman tarixində bu gün: Pele futbolçu karyerasını başa vurub

Kiçik və Orta Biznesin İnkişafı, İnvestisiyaların və İxracın Təşviqi Agentliyi bu gündən fəaliyyətə başlayıb

Oktyabrın 6-10-da Drakonid meteor yağışı müşahidə ediləcək

Sabiq nazir: Cənubi Qafqazın üç ölkəsi rəqabətqabiliyyətli sahələri müəyyənləşdirməlidir

ADEX Azərbaycanın müdafiə sənayesinin imkanlarını nümayiş etdirən strateji platformadır ŞƏRH

“Azərbaycan irsi UNESCO siyahılarında” – yeni nəşr

® Azərbaycan ilə Mərkəzi Baltik regionu arasında iqtisadi əməkdaşlığın yeni istiqamətləri “AZEXIM FORUM”da müzakirə olunub

Misirdə Roma dövrünə aid piramida formalı sərdabə tapılıb

Mərkəzi Elmi Kitabxanada Mustafa Şabanovun kitabları təqdim edilib

Baş Prokurorluq Kürdəmirdə baş verən zəhərlənmə hadisəsi ilə bağlı araşdırmanın aparıldığını açıqlayıb – YENİLƏNİB 3 VİDEO

Baş Prokurorluq Kürdəmirdə baş verən zəhərlənmə hadisəsi ilə bağlı araşdırmanın aparıldığını açıqlayıb – YENİLƏNİB 3 VİDEO

Fərid Şəfiyev: Orta Dəhlizlə yanaşı, digər yeni bağlantıların formalaşması regionun tranzit əhəmiyyətini artırır

Fransada mer mübahisəli nikah qərarına görə 7500 avro cərimələnə bilər

Hattap Soysal: Müasir avadanlıq tələbələrimizin praktiki biliklərini artırır VİDEO

Hattap Soysal: Müasir avadanlıq tələbələrimizin praktiki biliklərini artırır VİDEO

İsveçrədə quraqlıq nəticəsində Qədim Roma dövrünə aid xarabalıqlar üzə çıxıb

İcbari Sığorta Bürosu: VÖEN məlumatlarının əldə edilməsi üzrə bəzi xidmətlər müvəqqəti əlçatmaz ola bilər

Mehmet Tülek: Gələcəkdə baytarlıq cərrahiyyəsi sahəsində ixtisaslaşmaq istəyirəm VİDEO

Mehmet Tülek: Gələcəkdə baytarlıq cərrahiyyəsi sahəsində ixtisaslaşmaq istəyirəm VİDEO

Sədaqət Qəhrəmanova: Qadınların rəqəmsal mühitdə imkanlarının genişləndirilməsi vacibdir

Azərbaycan klubu amerikalı basketbolçunu heyətinə qatıb

Ötən gün 56 cinayətin açılması təmin olunub

Şərurun bəzi kəndlərində elektrik enerjisinin verilişi dayandırılacaq

Neft Fondu “Brookfield” ilə investisiya imkanlarının araşdırılması üzrə strateji tərəfdaşlığa başlayır

Prezident: Etibarlı strateji tərəfdaşımız olan Çin ilə münasibətlərimizin inkişafına xüsusi əhəmiyyət veririk

Xəzər Universitetinin tələbəsi: Heyvanlara marağım baytarlıq ixtisasını seçməyim üçün əsas amil oldu VİDEO

Xəzər Universitetinin tələbəsi: Heyvanlara marağım baytarlıq ixtisasını seçməyim üçün əsas amil oldu VİDEO

Fərhad Məmmədov: Geosiyasi güc mərkəzləri artıq bir-biri ilə toqquşur

Türk mütəxəssis: Azərbaycan bizim vətənimizdir, təcrübəmi buradakı voleybolçulara ötürmək istəyirəm - MÜSAHİBƏ

Gəncədə antisanitar şəraitdə dönər əti hazırlayan emal sexi aşkarlanıb

Mehmet Daniş: Etimad mühitinin yaradılmasında medianın məsuliyyəti ön plandadır

Səudiyyə Ərəbistanının vəliəhdi: Krallıq bütün təhdidlərə qətiyyətlə cavab verəcək

Dekan: Baytarlıq sahəsində əsas problem kadr çatışmazlığıdır VİDEO

Dekan: Baytarlıq sahəsində əsas problem kadr çatışmazlığıdır VİDEO

Sodyq Safoev: Mərkəzi Asiya regionu dünyada baş verən əsas proseslərin təsiri altındadır

Çin Xalq Respublikasının Sədri Zati-aliləri cənab Si Cinpinə

Beynəlxalq axtarışda olan şəxs Polşada tutularaq Azərbaycana ekstradisiya edilib

Azərbaycan “SpaceXAI” ilə süni intellekt sahəsində əməkdaşlığa dair Anlaşma Memorandumu imzalayıb

Saməddin Əsədov: Etimad quruculuğu nəqliyyat dəhlizləri boyunca da bərqərar olmalıdır

“Turan Tovuz” – “Fənərbağça” oyununa 20 mindən çox bilet satılıb

Pul yığıram, bəs sonra? İnvestisiyaya başlamaq istəyənlər üçün ilk addımlar

“ADEX 2026” sərgisində AzTU-nun innovativ layihələri nümayiş olunur

Türk nümayəndə: Azərbaycanın qazandığı Zəfərin ölkəmizin müdafiə sənayesində yeni texnologiyaların inkişafına böyük töhfəsi olub

Xələf Xələfov: Dezinformasiyaya qarşı mübarizədə peşəkar medianın rolu xüsusi əhəmiyyət daşıyır

Kayrat Sarıbay: Media Forumu AQEM-in təşəbbüslərini daha geniş auditoriyaya çatdırmaq üçün əla imkandır

Rəqəmsal platformada insan resurslarının kompleks idarə olunması üçün intellektual sistem təqdim olunub

Türkiyə şirkətinin baş direktoru: “Havelsan” 400-dən çox simulyator növü istehsal edir

“Spotify” və “TikTok” Azərbaycanda vergi uçotuna alınıb

Haluk Görgün: Azərbaycanın müdafiə sənayesinin inkişaf səviyyəsi sərgidə çox yaxşı nümayiş etdirilir

Ekspert: Orta Dəhliz dövlətlə yanaşı, özəl sektora da gəlir gətirir

Türkiyənin Ali Təhsil Şurasının sədri Türkiyə–Azərbaycan Universitetində olub

Mikayıl Cabbarov: Biz üzərimizə götürdüyümüz öhdəlikləri yerinə yetiririk VİDEO

Mikayıl Cabbarov: Biz üzərimizə götürdüyümüz öhdəlikləri yerinə yetiririk VİDEO

Baş katib: Azərbaycan-AQEM əməkdaşlığı media sahəsində dialoqun inkişafına töhfə verir

® “Bank of Baku”da hüquqi şəxslərə özəl depozit – 11 faizədək gəlir!

Mikayıl Cabbarov: Biz öhdəlikləri real istehsala çevirməyə çalışırıq VİDEO

Mikayıl Cabbarov: Biz öhdəlikləri real istehsala çevirməyə çalışırıq VİDEO

Prezident: Media savadlılığının artırılması etimadın dayanıqlı əsaslarının yaradılmasının mühüm şərtlərindəndir

Azərbaycan Prezidenti: Media ictimai rəyin formalaşmasına, dialoq və əməkdaşlıq imkanlarına təsir göstərə bilən qüvvədir

Fövqəladə Hallar Nazirliyi elektrikdoldurma qurğularının təhlükəsiz istismarı ilə bağlı əhaliyə müraciət edib

Prezident İlham Əliyev: AQEM çərçivəsində ilk Media Forumunun Bakıda təşkili xüsusi önəm kəsb edir

Prezident: AQEM regionda sülhə, təhlükəsizliyə və sabitliyə töhfə verən unikal dialoq platformasıdır

Kriştianu Ronaldu Portuqaliya millisində çıxışını davam etdirməyi planlaşdırmır

AQEM Media Forumunun iştirakçılarına

Qızıl və gümüş bahalaşıb VİDEO

Qızıl və gümüş bahalaşıb VİDEO

Birjalarda neft ucuzlaşıb VİDEO

Birjalarda neft ucuzlaşıb VİDEO

Bakıda üzgüçülük üzrə Dünya Kuboku start götürüb

Nazir: Rəqəmsallaşma və süni intellektin tətbiqi nəticəsində iqtisadi imkanların artdığını müşahidə edirik