“Bu şəhərdə”nin qəhrəmanları gənclərlə görüşə gəlir
Bakı, 21 may, AZƏRTAC
“Armudu” gənclərin məşhurlarla görüşü” layihəsinin növbəti qonaqları “Bu şəhərdə” komediya teatrının qurucuları, Azərbaycan Respublikasının Əməkdar artistləri Rafael İskəndərov və Coşqun Rəhimov olacaq. Görüş mayın 23-də saat 16:00-da keçiriləcək.
AZƏRTAC Gənclər və İdman Nazirliyinin saytına istinadla xəbər verir ki, onlayn görüşdə iştirak etmək üçün gənclər aşağıdakı linkə daxil olaraq və ya afişada qeyd edilən QR kod vasitəsilə qeydiyyatdan keçə bilərlər:
https://docs.google.com/forms/d/1Vvf7g-9vRDTO99jL1f9yTjfI7VEc3pW8kJeZdFBSUug/edit
Layihənin növbəti qonağı Xalq artisti, Azərbaycan Dövlət Rəqs Ansamblının solisti və ansamblın baletmeysteri, gözəl rəqqasə Təranə Muradova olacaq. Onlayn görüş mayın 25-də saat 17:00-da təşkil ediləcək. Onlayn görüşdə iştirak etmək üçün aşağıdakı linkə daxil olaraq və ya afişada qeyd edilən QR kod vasitəsilə qeydiyyatdan keçmək mümkündür:
https://docs.google.com/forms/d/1ZZmxlhvCLD6RRZQAupplBopZ4hg_o8EXh3VjMNjtfBM/edit
Mayın 29-da saat 17:00-da isə “Armudu” gənclərin məşhurlarla görüşü” layihəsinin qonağı isə türkoloq, Azərbaycan Yazıçılar Birliyinin üzvü və Xalq yazıçısı Anarın qızı Günel Anarqızıdır. Onlayn görüşdə iştirak etmək üçün aşağıdakı linkə daxil olaraq və ya afişada göstərilən QR kod vasitəsilə qeydiyyatdan keçmək olar:
https://docs.google.com/forms/d/1qsb32MAyndBxhrCUOOpsPH3WVAks9oYoJF8mq8mpiFI/edit