Budapeşt Fon der Lyayenin yenidən Avropa Komissiyasının başçısı seçilməsinə qarşıdır
Budapeşt, 1 mart, AZƏRTAC
Macarıstan Avropa Komissiyasının başçısı Ursula Fon der Lyayenin növbəti müddətə yenidən bu vəzifəyə seçilməsini istəmir. Bunun səbəbi onun qəbul etdiyi qərarların Avropa ölkələrinin təhlükəsizliyi il bağlı vəziyyətin gərginləşməsinə gətirib çıxarmasıdır.
AZƏRTAC xəbər verir ki, cümə günü bu bəyanatla Macarıstanın xarici işlər və xarici ticarət naziri Peter Siyarto çıxış edib.
Nazir ümidvar olduğunu bildirib ki, Ursula Fon der Lyayenin mandatının başa çatmasına qalan bu qısa müddətdə onun tərəfindən Avropada vəziyyəti daha da pisləşdirəcək qərarlar qəbul edilməyəcək. “Bu, həm iqtisadiyyat, həm də təhlükəsizlik məsələlərinə aiddir”, -deyə Siyarto qeyd edib.
Vüqar Seyidov
AZƏRTAC-ın xüsusi müxbiri
Budapeşt
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 13.10.2026 [13:57]
Belçikada polis əməkdaşı əməliyyat zamanı öldürülüb
- 13.10.2026 [13:36]
“Ryanair” Budapeştdən Böyük Britaniyaya yeni aviareys açır
- 13.10.2026 [13:06]
Bu ilin III rübündə bp şirkəti 3 milyard funt sterlinq itki proqnozlaşdırır
- 13.10.2026 [12:52]
Gürcüstan Rusiya ilə sərhəddə müasir keçid məntəqəsi inşa edib
- 13.10.2026 [12:47]