Burkina-Fasoda kilsəyə və məscidə hücum nəticəsində onlarla insan qətlə yetirilib
Bakı, 26 fevral, AZƏRTAC
Burkina-Fasonun şimalında yerləşən Sahel bölgəsindəki Essakane kəndində silahlı şəxslərin katolik kilsəsinə hücumu nəticəsində azı 15 nəfər həlak olub.
AZƏRTAC “ABC news” telekanalına istinadla xəbər verir ki, hücumun terror aktı olduğunu deyən rahib Jan-Pierre Savadoqo 12 katolikin hadisə yerində, daha üçünün isə xəstəxanada öldüyünü bildirib.
Eyni zamanda ölkənin şərqində məscidə hücum edilib. Hadisə nəticəsində onlarla insanın qətlə yetirildiyi bildirilir. Yerli sakinlərin sözlərinə görə, öldürülən şəxslərin hamısı müsəlmanlardır.
Hələ ki, regionda fəaliyyət göstərən heç bir qruplaşma hücumların məsuliyyətini öz üzərinə götürməyib. Faktla bağlı araşdırma aparılır.
Burkina-Fasoda hakimiyyəti ələ keçirən xunta ölkənin təxminən yarısına nəzarət edə bilmir. Hökumət qüvvələri ilə müxtəlif qruplaşmalar arasında baş verən toqquşmalarda minlərlə insan həlak olub, 2 milyondan çox insan isə evlərini tərk etmək məcburiyyətində qalıb. 2022-ci ildə baş verən dövlət çevrilişi ölkədəki vəziyyəti daha da ağırlaşdırıb.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 23.09.2026 [12:32]
Fransızların 86 faizi övladlarının gələcəyindən narahatdır
- 23.09.2026 [12:00]
“Əl-Ərəbiyə”: Bağdad və Maskat İrandan uçuşların qəbulunu dayandırıb
- 23.09.2026 [11:55]
Fransa Rusiyanın hibrid hücumlarına qarşı hərbi gücünü artırır
- 23.09.2026 [11:48]
İran XİN: Tehran Qətər vasitəsilə Vaşinqtona öz şərtlərini çatdırıb
- 23.09.2026 [11:37]
ABŞ-nin Polşadakı yeni hərbi bazasına Donald Trampın adı veriləcək
- 23.09.2026 [11:07]
BMT: Qara dəniz limanlarının blokadası ərzaq çatışmazlığına səbəb ola bilər
- 23.09.2026 [10:12]