BVF AZƏRBAYCANA 18 MİN DOLLAR HƏCMİNDƏ NÖVBƏTİ KREDİT TRANŞINI AYIRA BİLƏR
Beynəlxalq Valyuta Fondunun Bakı nümayəndəliyindən AZƏRTAC-ın müxbirinə verilən məlumata görə, hazırda Azərbaycan hökuməti ilə “Azərbaycanda Yoxsulluğun Azaldılması və İqtisadi İnkişaf üzrə Dövlət Proqramı” çərçivəsində həyata keçirilən tədbirlərin sürətləndirilməsi, ölkədə neft və neft məhsullarının qiymətlərinin artırılması, Azərbaycan Beynəlxalq Bankının (ABB) özəlləşdirilməsi, “Milli Bank haqqında” və “2005-ci ilin dövlət büdcəsi haqqında” qanun layihələrinin ilkin variantı məsələləri ilə bağlı müzakirələr aparılır. Danışıqlarda müəyyən məsələlər üzrə razılıq əldə olunarsa, təxminən avqustun sonlarında fond sözügedən proqram çərçivəsində Azərbaycana 18 min dollar həcmində növbəti kredit tranşını ayıracaq.
Qeyd edək ki, “Azərbaycanda Yoxsulluğun Azaldılması və iqtisadi inkişaf üzrə Dövlət Proqramı”nın icrasına bu günə qədər BVF tərəfindən ümumilikdə 119 min dollar kredit ayrılması nəzərdə tutulur. İndiyədək bu məbləğin 62 min dollarının 4 tranşda ayrılması barədə BVF-nin Direktorlar Şurası qərar qəbul etmişdir.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 03.10.2026 [09:27]
Azərbaycan nefti 124 dollara satılır VİDEO
- 03.10.2026 [07:32]
Suraxanı rayonunun bəzi ərazilərində işıq olmayacaq
- 02.10.2026 [19:00]