CARİ İLDƏ 1 MİLYON 600 MİN TON ƏRZAQ BUĞDASI İSTEHSALI GÖZLƏNİLİR
Bakı, 27 fevral (AZƏRTAC). Kənd təsərrüfatı naziri İsmət Abasov bildirmişdir ki, ölkə rəhbərinin göstərdiyi qayğı nəticəsində ilbəil ölkəmizdə taxıl istehsalı, o cümlədən ərzaq buğdası istehsalı artır.
Nazir demişdir ki, 2008-ci ilin sonunda 500 min tona yaxın əlavə taxıl istehsal olunmuşdur. Ötən ilin payızında bu ilin məhsulu üçün 800 min hektar sahədə buğda səpini aparılmışdır. Mütəxəssislər cari ildə 1 milyon 600 min ton ərzaq buğdası istehsalı proqnozlaşdırırlar. Respublikamızın ərzaq buğdasına tələbatı 1 milyon 650 min tondur. Başqa sözlə, ölkəmiz 2009-cu ildə daxili istehsal hesabına özünü ərzaq buğdası ilə təmin edəcəkdir. Yaxın gələcəkdə ölkəmizin digər ərzaq məhsullarına tələbatı da daxili istehsal hesabına ödəniləcəkdir.
Xatırladaq ki, kənd təsərrüfatı məhsullarının müəyyən hissəsi xaricə ixrac olunur.
######

MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 26.08.2023 [05:30]
Bu il Oğuzun taxıl sahələrində orta məhsuldarlıq 30,9 sentner olub
- 26.08.2023 [03:21]
Balakənli fermerlər 7819 hektar sahədə dən üçün qarğıdalı yetişdiriblər
- 25.08.2023 [01:10]
Bu il Beyləqanda 23 min tondan çox pambıq istehsalı gözlənilir
- 24.08.2023 [04:45]
Beyləqanda payızlıq səpin üçün indiyədək 8750 hektarda şum qaldırılıb
- 24.08.2023 [03:17]
Bu il Ağcabədidə 40 min tondan çox pambıq istehsalı gözlənilir
- 22.08.2023 [20:19]