Cari ildə neft qiymətlərində yuxarı istiqamətli dəyişmə sürəti məhdud çərçivədə qalacaq
Bakı, 13 yanvar, AZƏRTAC
ABŞ-ın Enerji İnformasiya Administrasiyasına (EIA) görə, 2021-ci ildə neft qiymətlərində yuxarı istiqamətli dəyişmə sürəti məhdud çərçivədə qalacaq.
AZƏRTAC EIA-ya istinadla xəbər verir ki, birdən çox COVID-19-a qarşı peyvəndin tətbiqi ilə artan iqtisadi bərpa gözləntiləri fonunda “Brent” markalı xam neftin qiyməti ötən ilin dekabr ayında orta hesabla 50 dollar/barrelə yüksəldi. Bu il yanvar ayının əvvəlində Səudiyyə Ərəbistanının fevral və mart aylarında neft hasilatını aylıq 1 milyon barrel azaldacağını açıqlaması ilə “qara qızıl”ın qiyməti son 10 aydakı ən yüksək səviyyəyə qalxdı. Qlobal neft ehtiyatları və tədarük bolluğunun yüksək olması səbəbindən 2021-ci ildə neft qiymətlərində yuxarı istiqamətli dəyişmə sürətinin məhdud çərçivədə qalacağı gözlənilir.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 29.08.2023 [10:10]
Azərbaycan neftinin qiyməti dəyişməyib
- 29.08.2023 [10:09]
Dünya birjalarında neft ucuzlaşıb
- 28.08.2023 [16:31]
“Şahdəniz” yatağından ümumilikdə 200 milyard kubmetr qaz hasil olunub
- 28.08.2023 [10:06]
Dünya birjalarında neft bahalaşıb
- 26.08.2023 [12:09]
Qaz xətlərinin yerin altı ilə aparılması qəti qadağandır – Xəbərdarlıq
- 26.08.2023 [10:19]
Azərbaycan neftinin qiyməti 88 dolları ötüb
- 26.08.2023 [10:15]
Dünya birjalarında neft bahalaşıb
- 25.08.2023 [10:22]