Cari ildə tarlalardan 982 min ton kartof yığılıb
Bakı, 17 noyabr, AZƏRTAC
Kənd təsərrüfatı bitkilərinin yığımı başa çatmaq üzrədir. Noyabr ayının 1-nə kimi tarlalardan 982,1 min ton və ya ötən ilin müvafiq dövrünə nisbətən 1,6 faiz çox kartof, 1 milyon 602,9 min ton (4,2 faiz çox) tərəvəz yığılıb.
Dövlət Statistika Komitəsindən AZƏRTAC-a verilən məlumata görə, hesabat dövrü ərzində 448,1 min ton (0,1 faiz çox) bostan məhsulları, 946,8 min ton (4,2 faiz çox) meyvə və giləmeyvə, 193,9 min ton (1,8 faiz çox) üzüm, 882,8 ton (1,3 faiz az) yaşıl çay yarpağı, 232,4 min ton (12 faiz az) pambıq, 24,7 min ton (28 faiz az) günəbaxan, 176,9 min ton (2,1 faiz çox) şəkər çuğunduru və 5,7 min ton (11,8 faiz çox) tütün toplanıb.
Bundan əlavə, sahələrdən qarğıdalı da daxil olmaqla 3 milyon 180,5 min ton və ya ötən ilin eyni dövrü ilə müqayisədə 8,5 faiz az dənli və dənli paxlalı bitkiçilik məhsulları yığılıb.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 26.08.2023 [05:30]
Bu il Oğuzun taxıl sahələrində orta məhsuldarlıq 30,9 sentner olub
- 26.08.2023 [03:21]
Balakənli fermerlər 7819 hektar sahədə dən üçün qarğıdalı yetişdiriblər
- 25.08.2023 [01:10]
Bu il Beyləqanda 23 min tondan çox pambıq istehsalı gözlənilir
- 24.08.2023 [04:45]
Beyləqanda payızlıq səpin üçün indiyədək 8750 hektarda şum qaldırılıb
- 24.08.2023 [03:17]
Bu il Ağcabədidə 40 min tondan çox pambıq istehsalı gözlənilir
- 22.08.2023 [20:19]