Azərbaycan Dövlət İnformasiya Agentliyi

CARİ İLİN BİRİNCİ YARISINDA AZƏRBAYCAN İQTİSADİYYATININ YÜKSƏK SÜRƏTLƏ İNKİŞAFI DAVAM ETMİŞDİR

Xəbər verildiyi kimi, avqustun 5-də Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin sədrliyi ilə Nazirlər Kabinetinin 2008-ci ilin birinci yarısının sosial-iqtisadi inkişafının yekunlarına həsr olunmuş geniş iclası keçirilmişdir. Ölkəmizin şəhər və rayonlarında təşkil olunan yığıncaq və müşavirələrdə ictimaiyyətin nümayəndələri iclasdan irəli gələn vəzifələri müzakirə edirlər. AZƏRTAC-ın müxbirlərinin həmin tədbirlərdən hazırladıqları materialları təqdim edirik.

GÖYGÖL RAYONU

Ümumrayon toplantısında qeyd olunmuşdur ki, hesabat dövründə sənayenin və aqrar bölmənin inkişafı davam etmişdir. Yeni istehsal sahələrinin yaradılması hesabına altı ayda 433 yeni iş yeri açılmışdır ki, onun 411-i daimidir.

Rayon icra hakimiyyətinin başçısı Arıf Seyidov yarımillik göstəriciləri xatırladaraq bildirmişdir ki, keçən ilin müvafiq dövrü ilə müqayisədə 305 ton çox süd, 47 ton çox ət, 333 min ədəddən çox yumurta istehsal edilmişdir. Rayondakı 28 sənaye müəssisəsində 5366,2 min manatlıq məhsul istehsal olunmuşdur ki, bu da keçən ilin müvafiq dövrünə nisbətən 3450,8 min manat çoxdur.

Rayonda abadlıq və quruculuq işləri davam etdirilmiş, kəndlərə içməli və suvarma suyu xətləri çəkilmişdir.

Son illər respublikamızda qazanılan uğurlardan, qarşıda duran vəzifələrin yerinə yetirilməsi yollarından da danışılmışdır.

SAMUX RAYONU

Rayon icra hakimiyyətinin başçısı Vilyam Hacıyev hesabat məruzəsində demişdir ki, yarandığı qısa vaxt ərzində Samux rayonunun siması tanınmaz dərəcədə dəyişmiş, insanların həyat və məişət şəraiti xeyli yaxşılaşmışdır. Ən ucqar kəndlərə rahat yollar çəkilmiş, elektrik enerjisi və mavi yanacaqla təminat qaydaya salınmışdır.

İlin birinci yarısında rayonda görülmüş işlər sırasında kənd və qəsəbələrə gedən yolların abadlaşdırılması, yeni şahmat məktəbinin, yeni inzibati binaların istifadəyə verilməsi də vurğulanmışdır.

Bildirilmişdir ki, bu ilin altı ayında rayonda 65 hektar üzüm bağı salınaraq bağların ümumi sahəsi 1065 hektara çatdırılmış, 5 qəsəbə və 17 kənd təbii qazla təmin olunmuşdur.

NAFTALAN ŞƏHƏRİ

Şəhər ictimaiyyəti nümayəndələrinin iştirakı ilə keçirilən yığıncaqda kurort şəhəri olan Naftalanda ilin birinci yarısında görülən işlər və qarşıda duran vəzifələr təhlil olunmuşdur. Şəhər icra hakimiyyətinin başçısı Musa Musayev məruzəsində bildirmişdir ki, sənaye müəssisələri və fiziki şəxslər tərəfindən ilin birinci yarısında 137,5 min manatlıq məhsul istehsal edilmişdir. Əhaliyə göstərilən pullu xidmətin həcmi 596 min manata çatmışdır.

Məlumat verilmişdir ki, hesabat dövründə 2 məktəbin əsaslı təmiri davam etdirilmiş, 19 yaşayış binasının dam örtüyü təzələnmiş, Heydər Əliyev parkının yeniləşdirilməsinə başlanılmışdır.

Yığıncaqda mövcud problemlərin həlli üçün müvafiq tapşırıqlar verilmişdir.  

 ŞİRVAN ŞƏHƏRİ 

Şəhər Şurasının geniş iclasının iştirakçıları əvvəlcə ulu öndər Heydər Əliyevin abidəsini ziyarət etmiş, dahi şəxsiyyətin xatirəsinə ehtiramlarını bildirmişlər.

İclasda hesabat məruzəsi ilə çıxış edən icra hakimiyyətinin başçısı Mərdan Camalov demişdir ki, yarım ildə istehsal olunmuş məhsul və xidmətlərin həcmi 24,2 milyon manat artaraq 168,3 manata çatmışdır. Bunun 29,1 faizi dövlət, 70,9 faizi isə qeyri-dövlət bölməsinin payına düşür. Keçən ilin müvafiq dövrü ilə müqayisədə neft hasilatı 9 faiz, meyvə-tərəvəz şirələri istehsalı 90,8 faiz, duru bitki yağları istehsalı 6,2 faiz, pambıq yağı istehsalı 34,6 faiz, çörək və çörək məmulatı istehsalı 64,1 faiz, şirniyyat məhsulları buraxılışı 71,4 faiz artmışdır. İstifadəyə verilmiş əsas fondların dəyəri 552,2 min manat olmuşdur. Bu, əvvəki ildəkindən 65 faiz artıqdır. Əsas kapitala yönəldilən investisiyanın həcmi 13,5 milyon manata çatmışdır.

Bildirilmişdir ki, ilin birinci yarısında əhalinin pul gəlirləri 56 milyon manat (artım 33,5 faiz), adambaşına düşən gəlirlər 736,6 manat (artım 31,8 faiz) təşkil etmişdir. Sahibkarlığın dəstəklənməsi diqqət mərkəzində olmuş, 5274 nəfərə 6,8 milyon manat kredit ödənilmişdir.

Çıxış edənlər sahələr üzrə qazanılan uğurlarla yanaşı, mövcud problemlərdən də bəhs etmişlər.

BİLƏSUVAR RAYONU

İdarə, müəssisə və təşkilatların, hüquq mühafizə orqanları rəhbərlərinin, ərazi icra nümayəndələri və bələdiyyə sədrlərinin iştirakı ilə keçirilən yığıncaqda rayon icra hakimiyyətinin başçısı Adil Məmmədov hesabat məruzəsində əsas iqtisadi göstəricilərin artdığını, əhalinin həyat səviyyəsinin yaxşılaşdığını vurğulamışdır. O, işçilərin orta aylıq əmək haqqının 27,1 faiz artaraq 135,5 manat təşkil etdiyini, 428 yeni iş yerinin açıldığını bildirmişdir.

Qeyd olunmuşdur ki, regionların sosial-iqtisadi inkişafı Dövlət proqramında nəzərdə tutulan tədbirlərə müvafiq olaraq, rayonda tikinti və quruculuq işləri davam etdirilmiş, sosial məsəllərin həllinə diqqət artırılmışdır. Üç kilometrdən çox asfalt-beton örtüklü yol çəkilmiş, məktəb və inzibati binalar, həkim ambulatoriyası istifadəyə verilmiş, bir hektar ərazidə park salınmışdır. Hazırda rayonda bir neçə təhsil, səhiyyə obyektlərinin və emal müəssisələrinin tikintisi davam etdirilir.

Qazanılmış uğurlarla yanaşı, yol verilmiş nöqsanlar da ətraflı təhlil olunmuşdur.

XIZI RAYONU

Bu ilin birinci yarısında Xızı rayonunun Yeni Yaşma kəndində tikiş, xalçaçılıq və toxuculuq sexi açılmış, 15 nəfər daimi işlə təmin edilmişdir. Rayon üzrə isə 125 iş yeri açılmışdır. Tikinti-quruculuq işləri aparılmış, şəhərdə Heydər Əliyev parkı abadlaşdırılmış, görkəmli yazıçı Mir Cəlal Paşayevin tunc büstü qoyulmuşdur.

Bu barədə məlumat verən rayon icra hakimiyyətinin başçısı Vaqif Abdullayev demişdir ki, kənd məktəblərində və uşaq bağçalarında əsaslı təmir işləri, daxili yollarda cari təmir, sanitar-təmizlik işləri aparılmışdır. İlin birinci yarısında əhalinin sosial-məişət qayğıları da diqqət mərkəzində saxlanılmışdır. 240 nəfəri əhatə edən 63 ailəyə ünvanlı dövlət sosial yardımı təyin edilmişdir. Sakinlərin elektrik enerjisi, təbii qaz, su ilə təminatı üçün tədbirlər görülmüşdür. Aqrar sahənin dinamik və intensiv inkişafı davam edir.

Tədbirdə təhsilin, əhaliyə göstərilən səhiyyə xidmətinin vəziyyətinə toxunulmuş, problemlərdən danışılmışdır.

BİNƏQƏDİ RAYONU

Rayon icra hakimiyyətinin başçısı Alı Qocayev son illərdə olduğu kimi, cari ilin birinci yarısında da uğurla həyata keçirilmiş iqtisadi siyasət nəticəsində respublikamızın, o cümlədən paytaxtın Binəqədi rayonunun sosial-iqtisadi inkişafında ciddi nailiyyətlərin əldə olunduğunu bildirmişdir.

Hesabat məruzəsində qeyd olunmuşdur ki, cari ilin altı ayında rayonda əsas kapitala yönəldilmiş sərmayələrin həcmi 44 milyon 771 manat təşkil etmişdir. Bu, ötən ilin müvafiq dövrü ilə müqayisədə 2,4 dəfə çoxdur. Rayon üzrə 75 milyon 104 min 700 manatlıq sənaye məhsulu istehsal olunmuş və xidmətlər göstərilmişdir. Sənaye məhsulunun ümumi həcmində qeyri-dövlət sektorunun xüsusi çəkisi 69,7 faiz təşkil etmişdir.

Bütün maliyyə mənbələri hesabına 12 min 762 kvadratmetr yaşayış sahəsi, 18 milyon 61 min manatlıq əsas fondlar istifadəyə verilmişdir. Əsas fondların 87,7 faizini istehsal təyinatlı obyektlər təşkil etmişdir. Yarım ildə rayonda 2288 yeni iş yeri açılmışdır.

Yığıncaqda çıxış edənlər rayonda aparılan tikinti-quruculuq, təhsil, səhiyyə, idman və digər sahələrdəki uğurlardan danışmışlar. Əhalinin sosial problemlərinin həlli, o cümlədən elektrik enerjisi, qaz, su təchizatı sahəsində möcud çatışmazlıqların aradan qaldırılması ilə bağlı konkret təkliflər səslənmişdir.

BEYLƏQAN RAYONU

Şura iclasında cari ilin birinci yarısında rayonun sosial-iqtisadi inkişafının əsas yekunları təhlil olunmuşdur.

Hesabat məruzəsi ilə çıxış edən icra hakimiyyətinin başçısı İrşad Əliyev vurğulamışdır ki, altı ayda rayonda istehsal olunmuş məhsulların və əhaliyə göstərilən xidmətlərin həcmi 58,7 milyon manat təşkil etmişdir ki, bu da əvvəlki ilin müvafiq dövrünə nisbətən 95,5 faiz çoxdur. Sənaye məhsulu istehsalının və xidmətlərin həcmi 6,2 milyon manat olmuşdur.

Kənd təsərrüfatı məhsullarının istehsalı 41 faiz artaraq 25,5 milyon manat olmuş, ötən ilin göstəricilərindən 7,2 dəfə çox tikinti-quraşdırma işləri görülmüşdür. Qarabağ müharibəsi əlilləri və şəhid ailələri üçün inşa edilən 24 mənzilli yaşayış binası, ticarət mərkəzi istifadəyə verilmişdir.

AĞSU RAYONU

Hesabat yığıncağında xüsusi vurğulanmışdır ki, son illər ölkəmizdə sosial-iqtisadi sahədə qazanılan dinamik inkişafı Ağsunun timsalında da aydın şəkildə görmək mümkündür. Rayon iqtisadiyyatının əsas sahəsi olan kənd təsərrüfatında müsbət nəticələr qazanılmışdır. 30824 hektar sahədən rayonun tarixində rekord miqdarda - 89,1 min ton taxıl istehsal olunmuş, hər hektarda məhsuldarlıq 29,1 sentnerə çatdırılmışdır. 25 hektar yeni üzümlük salınaraq, plantasiyaların sahəsi 670 hektara çatdırılmışdır. 539 hektarda pambıq əkilmiş, 500 hektarda nar bağı salınmışdır.

Rayon icra hakimiyyətinin başçısı Ənvər Seyidəliyev bildirmişdir ki, ötən ilin müafiq dövrü ilə müqayisədə ət istehsalı (diri çəkidə) 9 ton, süd istehsalı 16 ton, yumurta istehsalı 11 min ədəd, yun istehsalı isə 33 ton çox olmuşdur. Altıdan çox kənddə orta və ibtidai məktəb binalarında, ulu öndər Heydər Əliyevin adını daşıyacaq seyrəngahda, “Qəhrəmanlar parkı”nda, avtovağzal kompleksində və onlarca digər obyektdə tikinti-abadlıq işləri sürətlə davam etdirilir. Küçələr, kənd yolları asfaltlaşdırılır, su təchizatı yaxşılaşdırılır. Əhalinin elektrik enerjisi və təbii qazla təminatında, təhsil, səhiyyə sahələrində də xeyli iş görülmüşdür.

MİNGƏÇEVİR ŞƏHƏRİ

Şəhər icra hakimiyyətinin başçısı Mübariz Ağayev hesabat məruzəsi ilə çıxışında cari ilin birinci yarısında Mingəçevirdə də bütün sahələrdə xeyli irəliləyişin olduğunu bildirmişdir. Şəhərin iqtisadiyyatının əsasını təşkil edən sənaye müəssisələri tərəfindən ötən dövr ərzində 99,8 milyon manatlıq məhsul istehsal edilmiş, 8,5 milyon manatlıq tikinti-quruculuq işləri görülmüş, avtomobil nəqliyyatı ilə 564 min ton yük daşınmışdır. İstehlak bazarında əhaliyə 74,6 milyon manatlıq xidmət göstərilmiş, pərakəndə əmtəə dövriyyəsinin həcmi 61,9 milyon manat təşkil etmişdir.

Şəhərdəki idarə və təşkilatların fəaliyyətinə də toxunulmuş, mövcud nöqsan və çatışmazlıqların tezliklə aradan qaldırılmasının vacibliyi bildirilmişdir.

Məruzədə təhsil, idman, səhiyyə, şəhərin abadlaşdırılması istiqamətində işlərin uğurla davam etdirildiyi, Heydər Əliyev adına parkın, musiqili fəvvarənin istifadəyə verildiyi vurğulanmışdır.

QƏBƏLƏ RAYONU

2008-ci ilin birinci yarısı Qəbələ rayonu üçün də uğurlu olmuşdur. Rayon icra hakimiyyətinin başçısı Tofiq İbrahimov məruzəsində bildirmişdir ki, altı ayda məhsul buraxılışı 28139 min manat olmuşdur ki, bu da ötən ilin müvafiq dövründəkindən 4150 min manat və ya 17,3 faiz çoxdur. Sənayedə 23 faiz, tikintidə 39 faiz, nəqliyyatda 12 faiz, rabitədə 20 faiz, ticarətdə 21 faiz artım qeydə alınmışdır. Hesabat dövründə rayonda 398 yeni iş yeri açılmışdır. Bütünlükdə isə son beş ildə 6965 yeni iş yeri açılıb ki, bunun da 5177-si daimidir.

İlin birinci yarısında əmtəə dövriyyəsinin həcmi 26100 min manat olmuşdur ki, bu da ötən ilin müvafiq dövrü ilə müqayisədə 6793 min manat və ya 35,1 faiz çoxdur. Pullu xidmətlərin həcmi 400 min manat və ya 12,8 faiz artmışdır.

Çıxış edənlər kənd təsərrüfatı, təhsil, səhiyyə sahələrində, sahibkarlığın inkişafında əhəmiyyətli müsbət dəyişikliyin hiss edildiyini bildirmiş, bəzi nöqsan və çatışmazlıqlara toxunmuşlar.

QUBADLI RAYONU

Qubadlı Rayon İcra Hakimiyyətinin başçısı Malik İsaqov hesabat məruzəsində respublikanın sosial-iqtisadi inkişafında böyük uğurlar qazanıldığını bildirmişdir. O demişdir ki, Qubadlı rayonu da bəzi göstəricilərə malikdir. “Azərikimya” şirkətinin maliyyə dəstəyi sayəsində 46 obyektdə təmir işləri görülür, habelə məcburi köçkünlərin sıx yaşadığı yerlərdə onların məişət problemləri həll olunur. Hesabat dövrü ərzində 183 daimi iş yeri açılmışdır, 250 ailə, yaxud 1003 insan ünvanlı yardım alır.

Ayrı-ayrı qurumların rəhbərləri görülmüş işlər barədə məlumat vermiş, ilin sonunadək həlli nəzərdə tutulan məsələlərdən danışmışlar.

Tədbirdə insanları narahat edən məsələlərin operativ həllinə dair tapşırıqlar verilmişdir.

BƏRDƏ RAYONU

2008-ci ilin altı ayında rayonda görülmüş işlər qənaətbəxşdir. Ötən ilin müvafiq dövrü ilə müqayisədə rayon iqtisadiyyatının əsas sahələri üzrə məhsul buraxılışının həcmi 18,8 faiz artaraq, 74.3 milyon manata çatmışdır. Məhsul buraxılışının ümumi həcmində kənd təsərrüfatı 45 milyon manat, ticarət və topdan satış 19.1 milyon manat, tikinti sektoru 4.8 milyon manat, sənaye 3.3 milyon manat, nəqliyyat 1.6 milyon manat, rabitə 0.5 milyon manat təşkil etmişdir.

Bu məlumatları rayon icra hakimiyyətinin başçısı İlham Ağayev keçirilən şura yığıncağında vermişdir. O bildirmişdir ki, ilin birinci yarısında 70,3 min ton taxıl, 2,7 min ton kartof, 27 min ton tərəvəz, 4,9 min ton bostan məhsulları istehsal edilmişdir. Təsərrüfatlarında olan qaramalın sayı 5,8 faiz, davarların sayı 1,8 faiz artmışdır. Hesabat dövründə rayonda geniş tikinti-quruculuq işləri aparılmış, əhalinin elektrik enerjisi və qazla təminatının yaxşılaşdırılması üçün mühüm işlər görülmüşdür. Mavi yanacaq verilməyən kəndlərə yeni xətlər çəkilir.

Yığıncaqda təhsil, səhiyyə, mədəniyyət, tikinti, rabitə və sair sahələrdə görülən işlərdən, həlli vacib məsələlərdən də danışılmışdır.

OĞUZ RAYONU

Fəallar yığıncağında rayon icra hakimiyyətinin başçısı Aydın Əlihüseynov məruzəsində Oğuzda istehsal və xidmət sahələrinin inkişaf etdiyini, əhalinin məşğulluğunun və həyat səviyyəsinin yüksəldiyini vurğulamışdır. O demişdir ki, cari ilin altı ayında rayonda 146-sı daimi olmaqla, 494 yeni iş yeri açılmış, şəhərdə inşa edilən 80 çarpayılıq xəstəxana binasının, idman kompleksinin, şəhid ailələri və əlillər üçün 16 mənzilli yaşayış binasının, 6 mərtəbəli mehmanxananın, Cənubi Qafqazda yeganə olacaq qlükoza zavodunun və digər obyektlərin tikintisi davam etdirilmiş, çörək və çörək məmulatları sexi, gündəlik istehsal gücü 50 ton olan asfalt zavodu, Bucaq kəndində 260 şagird yerlik yeni məktəb binası, kəndlərdə yeni emal sexləri istifadəyə verilmişdir.

Oğuzda turizmin inkişafı üçün böyük potensialın olduğunu bildirən məruzəçi ötən müddətdə rayon mərkəzində və kəndlərdə “Oğuz”, “Saf təbiət”, “Palma” istirahət mərkəzlərinin açıldığını və yeni turizm obyektlərinin tikintisinə başlanıldığını vurğulamışdır.

Bildirilmişdir ki, hesabat dövründə rayonda aqrar sahənin inkişafına da xüsusi diqqət yetirilmiş, kənd təsərrüfatı məhsulları istehsalının həcmi artmış və 42,4 min ton taxıl istehsal olunmuşdur.

Yığıncaqda ayrı-ayrı xidmət təşkilatlarının rəhbərləri görülmüş işlərə, qarşıda duran vəzifələrə toxunmuşlar.

MASALLI RAYONU

Yığıncaqda 2008-ci ilin altı ayı ərzində rayonda ümumi məhsul istehsalının və əhaliyə göstərilən xidmətlərin həcminin əvvəlki ilin müvafiq dövrü ilə müqayisədə 3 faiz, kənd təsərrüfatı məhsulları istehsalının 13 faiz və sənaye məhsullarının həcminin 5,3 faiz artdığı diqqətə çatdırılmışdır.

Rayon icra hakimiyyətinin başçısı Qəzənfər Ağayev hesabat məruzəsində bu dövrdə bir işçiyə hesablanan əmək haqqının 14 faiz yüksəldiyini, 1546 yeni iş yerinin açıldığını bildirmişdir. Qeyd olunmuşdur ki, regionların sosial-iqtisadi inkişafı Dövlət proqramında nəzərdə tutulan tədbirlərə müvafiq olaraq Masallı şəhərində şəhid ailələri, Qarabağ, Əfqanıstan və Çernobıl əlilləri üçün 32 mənzilli yaşayış evi, ağ ciyər xəstəlikləri dispanseri və digər obyektlər istifadəyə verilmişdir. Heydər Əliyev parkı yenidən qurulmuş, Masallı şəhərində 9 mərtəbəli yaşayış binasının tikintisinə başlanmış, Heydər Əliyev muzeyinin və akademik Zərifə Əliyeva adına Respublika Göz Xəstəlikləri İnstitutunun Masallı filialının tikintisi başa çatdırılmış, şəhərə və kəndlərə içməli su xətləri çəkilmişdir. Yeni məktəb binalarının, ticarət, xidmət və istehsal obyektlərinin tikintisi davam etdirilmişdir.

Tədbirdə 2008-ci ili uğurla başa vurmaq məqsədi ilə qarşıda duran vəzifələr müzakirə olunmuşdur.

CƏLİLABAD RAYONU

İdarə, müəssisə və təşkilat rəhbərlərinin, ərazi icra nümayəndələrinin, bələdiyyə sədrlərinin və icmaiyyyətin təmsilçilərinin iştirak etdiyi şura iclasının iştirakçıları əvvəlcə şəhərin Heydər Əliyev parkında ümummilli lider Heydər Əliyevin abidəsini ziyarət etmiş, önünə gül dəstələri düzmüşlər.

Rayon icra hakimiyyətinin başçısı Əziz Əzizov bu ilin birinci yarısında rayon iqtisadiyyatının əsasını təşkil edən aqrar bölmədə böyük uğurların qazanıldığını bildirmişdir. Belə ki, 119743 ton taxıl, 86943 ton kartof, 17014 tərəvəz, 693 ton bostan məhsulları, 1264 ton meyvə istehsal edilmiş, heyvandarlıq məhsullarının istehsalında ciddi irəliləyiş olmuş, 1159 nəfər iş yeri qazanmışdır.

Qeyd olunmuşdur ki, tikinti-quruculuq işləri geniş vüsət almış, bir sıra sosial obyektlər istifadəyə verilmiş, əlil və şəhid ailələri üçün 16 mənzilli yaşayış, inzibati binaların, məktəblərin, idman mərkəzlərinin, istehsal müəssisələrinin tikintisi aparılmış, şəhərin küçə və meydanlarında, kənd yollarında təmir və bərpa işləri görülmüşdür.

Toplantıda mövcud problemlərin həlli ilə bağlı təkliflər verilmişdir.

 

 

Xəbəri sosial şəbəkələrdə paylaşın

Bizi sosial şəbəkələrdə izləyin

Ərdoğan və BMT-nin Baş katibi arasında telefon danışığı olub

Göyçayda güclü külək fəsadlara yol açıb

Kanadada “Heydər Əliyev və Azərbaycan Mədəniyyəti” adlı qısametrajlı sənədli film hazırlanıb

Avropada hava nəqliyyatı sərnişinləri üçün daha güclü müdafiə mexanizmi yaradılır

Göyçayda minik avtomobilləri toqquşub, 2 nəfər xəsarət alıb

İspaniya millisi dünya çempionatına heç-heçə ilə başlayıb

Azərbaycan Ordusunda Milli Qurtuluş Günü münasibətilə silsilə tədbirlər təşkil olunub

Xankəndi Mədəniyyət Mərkəzində ilk dəfə Milli Qurtuluş Gününə həsr edilən təntənəli konsert olub

Azərbaycanın namizədi BMT-nin İnsan Hüquqları Komitəsinin üzvlüyünə seçilib

ŞKTC XİN: Azərbaycan xalqının Ümummilli Lideri Heydər Əliyevin xatirəsini hörmətlə anırıq

Dövlət Komitəsi Milli Qurtuluş Günü münasibətilə videoçarx hazırlayıb

Şəlalə Kamilova: İqtisadiyyatın strateji əhəmiyyətli sahələrində qadınların iştirakının genişləndirilməsi xüsusi aktuallıq kəsb edir

Yəmən sahilləri yaxınlığında gəmiyə silahlı hücum edilib

İstanbulda Ümummilli Lider Heydər Əliyevin tarixi xidmətlərindən bəhs olunub

Janna Aydarova: Orta Dəhlizin gələcəyi Qazaxıstanla Azərbaycanın əməkdaşlığından asılıdır

“Romeo və Cülyetta”da gözlənilməz qonaq – Əsas qəhrəmanın ölüm səhnəsi gülüşlərlə yadda qalıb

Tramp: Hörmüz boğazı cümə günü tam açılacaq

ABŞ Prezidenti: İranla Anlaşma Memorandumunun mətni tezliklə açıqlanacaq

Nargiza Miralimova: Logistika sahəsində qadın liderliyinin inkişafı regional əməkdaşlığın möhkəmlənməsinə töhfə verir

Azərbaycan və Venesuela arasında idman sahəsində əlaqələr genişləndirilir

Qubada “Əsrlərin əks-sədası: Əcdadların musiqi irsi – keçmişdən bu günə” adlı fotosərgi və konsert proqramı təşkil edilib

Karpat hövzəsinin qədim sakinləri

Bu saata olan əsas xəbərlər

"Panatinaikos" Ergin Atamanla yollarını ayırıb

Rusiyada bombardmançı təyyarə qəzaya uğrayıb

Sabah əksər yerlərdə hava yağıntılı və dumanlı olacaq, magistral avtomobil yollarında görünüş məsafəsi məhdudlaşacaq

Burhanettin Duran: Milli Qurtuluş Günü Azərbaycan xalqının gələcəyinə sahib çıxmasının rəmzidir

Astanada ortaq türk əlifbasının gələcək tətbiqinə dəstəyi təsdiqləyən Bəyannamə imzalanıb

ABŞ Prezidenti G7 sammitində iştirak etmək üçün Cenevrəyə eniş edib

İğdır Universitetinin rektoru: Şuşa Bəyannaməsi Türkiyə-Azərbaycan qardaşlığının yol göstərən ulduzudur

® Moody’s ABB-nin reytinqini yüksək səviyyədə saxlayıb

Zelenski G7 sammiti çərçivəsində Putinlə görüşməyi təklif edib

Ölkəmizdə milli həmrəyliyi yarada biləcək ideologiya 1993-cü ildən sonra müəyyənləşdirilib – ŞƏRH

Sorğu: Ukraynalıların əksəriyyəti rus dilinin rəsmi səviyyədə istifadədən çıxarılmasını dəstəkləyir

Gürcüstan və Serbiya prezidentlərinin görüşündə regional təhlükəsizlik məsələləri diqqətdə olub

Azərbaycanın iki boksçusu Dünya Kubokuna qələbə ilə başlayıb

Şuşa Bəyannaməsi: Zəfər rəmzindən yeni regional nizamın formalaşmasına doğru

Tovuzda su kanalından kişi meyiti tapılıb

Üç aylıq missiyadan sonra “Şarl de Qoll” aviadaşıyıcısı Fransaya qayıdır

“Azərbaycan rüzgarı”nın növbəti buraxılışı Milli Qurtuluş Gününə həsr edilib

Səbinə Tanrıverdiyeva: Logistika sahəsində qadın liderliyi regional əməkdaşlığın inkişafına töhfə verir

Donald Tramp: Gəmilər Hörmüz boğazından hərəkət etməyə başlayır

Seçmə mərhələ: Azərbaycan millisinin rəqibləri bəlli olub

Milli Qurtuluş Günü Qaxda silsilə tədbirlərlə qeyd olunub

Azərbaycanın müdafiə naziri Pakistan tərəfinə başsağlığı verib

Türkiyə Prezidenti Azərbaycanı Milli Qurtuluş Günü münasibətilə təbrik edib

Kir Starmerlə əlaqəli əmlakların və avtomobilin yandırılmasına görə 2 nəfər təqsirli bilinib

Macarıstanda xarici onlayn mağazalar üstünlük qazanır

Numan Kurtulmuş: Türkiyə ilə Azərbaycanı ortaq tarixi yaddaş, mədəniyyət və tale birləşdirir

Azərbaycan boksçuları Serbiyada 13 medal qazanıblar

Tunis yığmasının baş məşqçisi istefa verib

AFFA-nın baş katibi FIFA-nın sammitində

Hulusi Kılıç: Şuşa Bəyannaməsi Türkiyə ilə Azərbaycanın potensialının birləşməsi üçün güclü stimuldur

Milli Qurtuluş Günü Azərbaycan tarixində yeni mərhələnin başlanğıcıdır

Müdafiə naziri: Azərbaycan Ordusunun şəxsi heyətinin Böyük Qayıdışa layiqli töhfələr verməsi Vətənə sədaqət nümunəsidir

Sabahdan “Sığorta Tarixçəsi Əmsalı”nın tətbiqinə başlanılır

Avropanın müdafiə sənayesində əməkdaşlıq böhranı dərinləşir

Türkiyə ictimaiyyəti Azərbaycanı Milli Qurtuluş Günü münasibətilə təbrik edir

Kir Starmer: 16 yaşdan kiçik uşaqların sosial şəbəkələrdən istifadəsi qadağan ediləcək

Azərbaycan ərazisindən tranzit keçməklə Ermənistana növbəti yük göndərilib VİDEO

Azərbaycan ərazisindən tranzit keçməklə Ermənistana növbəti yük göndərilib VİDEO

Türkiyənin və İranın xarici işlər nazirləri arasında telefon danışığı olub

Şuşa Bəyannaməsi Azərbaycan-Türkiyə qardaşlığının əbədi və sarsılmaz birliyini təsdiqləyən tarixi manifestdir ŞƏRH

Türkiyə Müdafiə Nazirliyi: Ankara və Bakı bundan sonra da çiyin-çiyinə dayanacaq

Çindən gətirilmiş təhlükəli məhsullar məhv edilib

“Qara Canavar” evinə qayıdıb: Nazim Sadıxov Bakıda yenidən tarix yazmaq əzmindədir

G7 sammiti ərəfəsində hadisə: bir jandarm həlak olub, iki nəfər yaralanıb

Azərbaycan məhsulları Moskvada təqdim olunub

Şuşada beynəlxalq konfrans: Cənubi Qafqazda sülh quruculuğu müzakirə olunub YENİLƏNİB VİDEO

Şuşada beynəlxalq konfrans: Cənubi Qafqazda sülh quruculuğu müzakirə olunub YENİLƏNİB VİDEO

Azərbaycanlı futbolçu Kipr klubuna keçib

Türkiyənin XİN başçısı sabah Rusiyaya səfər edəcək

Avropalı liderlər ABŞ ilə İran arasında əldə olunan razılaşmanı alqışlayıblar

Belçika Hörmüz boğazının tezliklə yenidən açılacağına ümid edir

“Real Madrid” Mark Kukurellanın keçidini açıqlayıb

Buğda üzrə orta məhsuldarlıq ötən illə müqayisədə 19,5 faiz artıb VİDEO

Buğda üzrə orta məhsuldarlıq ötən illə müqayisədə 19,5 faiz artıb VİDEO

Deputat: Şuşada keçirilən beynəlxalq konfrans Azərbaycanın sülh təşəbbüslərinin təqdimatı baxımından mühüm əhəmiyyət daşıyır VİDEO

Deputat: Şuşada keçirilən beynəlxalq konfrans Azərbaycanın sülh təşəbbüslərinin təqdimatı baxımından mühüm əhəmiyyət daşıyır VİDEO

Milli Qurtuluşdan başlanan yol bu gün Azərbaycanı qalib, suveren və qüdrətli dövlət zirvəsinə yüksəldib - ŞƏRH

TDT-nin Baş katibi: 15 İyun milli birliyin, dözümlülüyün və ölkənin davamlı inkişafı ilə tərəqqi yolunun rəmzi kimi çıxış edir

Azərbaycan şahmatçıları dünya çempionatında mübarizə aparacaq

Ombudsman: Ulu Öndər Heydər Əliyevin siyasi müdrikliyi sayəsində Azərbaycanın inkişaf yolunun möhkəm təməli qoyuldu

Kürşad Zorlu: Müttəfiqlik səviyyəsinə yüksələn münasibətlərimiz mühüm nəticələr verir VİDEO

Kürşad Zorlu: Müttəfiqlik səviyyəsinə yüksələn münasibətlərimiz mühüm nəticələr verir VİDEO

XİN: ABŞ ilə İran arasında əldə olunmuş razılaşmanı alqışlayırıq

Baş nazir Əli Əsədov Fəxri xiyabanda Ulu Öndər Heydər Əliyevin məzarını ziyarət edib

Azərbaycan avarçəkəni Portuqaliyada ikinci qızıl medalını qazanıb

Milli Qurtuluş Günü - Dövlətçiliyin xilası, xalqın gələcəyə inamının bərpası və müstəqilliyin qorunması ŞƏRH

"Sabah"ın yeni idman direktorunun adı məlum olub

Şuşa Bəyannaməsi: Azərbaycan-Türkiyə münasibətlərində yeni mərhələ ŞƏRH

İspaniya millisi dünya çempionatında mübarizəyə başlayır

Yaxın Şərqdə sabitliyin bərpası dünya bazarında neftin qiymətinə təsirsiz ötüşməyib

Pakistanın xüsusi nümayəndəsi: Şuşa Azərbaycanın mədəni irsinin rəmzidir VİDEO

Pakistanın xüsusi nümayəndəsi: Şuşa Azərbaycanın mədəni irsinin rəmzidir VİDEO

Mikita Poturayev: Ukrayna daim Azərbaycanın ərazi bütövlüyünün bərpasını dəstəkləyib VİDEO

Mikita Poturayev: Ukrayna daim Azərbaycanın ərazi bütövlüyünün bərpasını dəstəkləyib VİDEO

Azərbaycan nümayəndə heyəti UNESCO-nun tədbirlərində iştirak üçün Parisə yollanıb

Londonda Milli Qurtuluş Gününə həsr olunan şahmat turniri

Myanma Prezidentinin Çinə səfəri başlayıb

Şamaxıda Milli Qurtuluş Günü qeyd olunub

Kürdəmirdə Milli Qurtuluş Gününə həsr olunan konsert təşkil edilib VİDEO

Kürdəmirdə Milli Qurtuluş Gününə həsr olunan konsert təşkil edilib VİDEO

Güclü istilər səbəbindən Fransanın nüvə elektrik stansiyalarında istehsal məhdudlaşdırıla bilər

Çin eyni raketlə orbitə 8 peyk çıxarıb VİDEO

Çin eyni raketlə orbitə 8 peyk çıxarıb VİDEO

Höteborqda son on ildə evsizlərin sayı təxminən iki dəfə azalıb

Bu saata olan əsas xəbərlər

Paytaxtda yollar yenilənir: 6 rayonda təmir işlərinə start verilir