Cari ilin birinci yarısında Gürcüstanda 150-yə yaxın insan itkin düşüb
Tbilisi, 20 iyul, AZƏRTAC
Cari ilin yanvar-iyun aylarında Gürcüstanda 146 nəfər itkin düşüb.
AZƏRTAC xəbər verir ki, bu barədə Gürcüstan Daxili İşlər Nazirliyinin statistik hesabatında məlumat verilir.
Məlumatda deyilir ki, itkin düşənlərdən 16-sı xarici ölkə vətəndaşıdır. Ən çox itkin düşənlər Belçika vətəndaşlarıdır - 8 nəfər.
Cari ilin birinci yarısında, həmçinin 4 nəfər Səudiyyə Ərəbistanı, 2 nəfər Rusiya, 1 nəfər Qazaxıstan və 1 nəfər Azərbaycan vətəndaşının itkin düşdüyü bildirilir.
Aparılan əməliyyat-axtarış və xilasetmə tədbirləri nəticəsində Belçika vətəndaşlarının 4-ü, Səudiyyə Ərəbistanı vətəndaşlarının 2-si, Rusiya vətəndaşlarının isə 1-i sağ tapılıb.
İtkin düşənlərin axtarışı davam etdirilir.
Xətayi Əzizov
AZƏRTAC-ın xüsusi müxbiri
Tbilisi
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 11.06.2026 [19:58]
Təhlükəli maddələrlə bağlı insident səbəbindən Pentaqon təxliyə olunur
- 11.06.2026 [19:31]
Dünya Bankı qlobal iqtisadi artım proqnozunu aşağı salıb
- 11.06.2026 [19:24]
Astanada keçirilən C5+1 dialoqunda TBNM-in inkişafı müzakirə olunub
- 11.06.2026 [18:58]
Avropa Mərkəzi Bankı son üç ildə ilk dəfə faiz dərəcəsini artırıb
- 11.06.2026 [18:28]